ATALIQ

is.
1. Ata ilə övlad arasındakı qan qohumluğu. Atalığını müəyyən etmək. Atalığını danmaq.
2. Ata üzərinə düşən vəzifə, borc. Atalıq vəzifəsi.
– Etmişik ifa atalıq mehrini; Çəkmişik övladımızın fikrini. M.Ə.Sabir.
[Hacı Murad:] Hərgah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram. S.S.Axundov.

3. Ataya məxsus olan, ataya aid olan. Atalıq mülk.
4. Ögey ata.
Rusca əlifba savadını da atalığımdan öyrənmişdim. Ə.Haqverdiyev.
Axşam atalığım evə gələndə nənəm macəranı ona nəql etdi.
O, razı olub məni də özü ilə bərabər fəhləliyə apardı. H.Sarabski.

5. Ata yerini tutan adam; himayəçi.
□ Atalıq etmək – ata kimi baxıb böyütmək, tərbiyələndirmək. [Almaz:] Aftil dayı elə adam deyil, o çox gözəl kişidir.
O, mənə lap atalıq eləmişdir. C.Cabbarlı.
Mursaqulunun atalıq edib böyütdüyü iki bacısı uşaqları var idi. S.Hüseyn.
Bu gündən sonra Qurban Cəlilə yoldaşlıq yox, bəlkə də atalıq edirdi. İ.Musabəyov.

6. köhn. məh. Keçmişdə qız köçərkən atasının oğlan evindən pul və ya qızıl şəklində aldığı başlıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ATALIQ ATALIQ (həqiqi atanın əksi) ..Məleykə bütün əhvalatı açıb Könülə danışdı, məlum oldu ki, təqsir atalığındadır (X
  • ATALIQ himayəçilik
  • ATALIQ ögey
  • ATALIQ vəzifə — borc

Omonimlər

  • ATALIQ ATALIQ I is. Ögey ata. Rusca əlifba savadımı da atalığımdan öyrənmişdim (Ə.Haqverdiyev). ATALIQ II is
ATALI-ANALI
ATAMAN

Digər lüğətlərdə

василько́вый завя́зочка нареченная одо́нья осило́к пожи́ть раскури́ться вымышля́ть загружа́ть мукомо́льня огпу́ ослабля́ть райвоенкома́т символиза́ция Athene congrats dug-out enthalpy generosity Hatti selva torsion bar нерасположение похваливать субретка