ATAMAN

Maks Fasmer bunun türk sözü olmasına qarşı üsyan edir, (tümən yəni 10.000) və ata (yəni başçı) sözlərindən törəməsini (10000 nəfərlik ordunun baş­çısı) qəbul etmir. Polyak dilindəki hetman (getman) sözü ilə bağlayır və əslinin almanca olduğunu bəyan edir. Məncə, “tümən başçısı” və ya “hüququ çox olan” anlamı daha inandırıcıdır. Azman, şişman tipli sözlərdə man hissəsinin çoxluq bildirməsi, ataman sözünün “hüququ çox olan ata” (sərkərdə) kimi qəbul olunmasına müəyyən əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ATALAR SÖZÜ
ATƏŞ
OBASTAN VİKİ
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Həmid Ataman
Həmid Xəlil Ataman və ya Həmid Məmməd oğlu Məmmədov (Məmmədxəlil) (20 yanvar 1900, Qars, Qafqaz diyarı – 1979, Ankara) — azərbaycanlı mühacir, cümhuriyyət tələbəsi. == Haqqında == Həmid Ataman 1-ci Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Ştutqart İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin xüsusi qərarına əsasən təhsilini almaq üçün Ştutqarda (Almaniya) göndərilmiş. Təhsilini bitirdikdən sonra Türkiyədə məskunlaşmış və Ataman soyadını qəbul etmişdi. Gələcəkdə Həmid Xəlil Ataman Azərbaycan Kültür Dərnəyinin ilk sədri olur.
Əli Rza Ataman
Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı – 26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri. Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur. 1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır. 25 iyun 1955-ci ildə vəfat etmişdir. Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur. Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır. Bu şuranın təməlini isə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. 26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancaq şöbəsini yaratmışdır. 7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir.
Atamanın binası (Novoçerkassk)
Atamanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Moskovskaya küçəsi, ev 49 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1907-ci ildə inşa edilmişdir. 1915-ci il sənədlərində "Atamanın binası" adı ilə tanınır. Görünür Atamanlara aid bir saray mövcud olmasına baxmayaraq onların şəxsi işləri ilə əlaqədar digər bir binaya ehtiyacları yaranmışdır. Bu tip binalsrdan biri Moskovskaya küçəsi, ev 49 ünvanında yerləşirdi. Bununla belə ataman sarayında onlar günlərinin böyük qismini keçirirdilər. Bina modern stilində inşa edilmişdir.
Efremov atamanlarının sarayı
Efremov atamanlarının sarayı (rus. Дворец атаманов Ефремовых) ― Rusiyanın Rostov vilayətinin Staroçerkasskaya şəhərində 1761-ci ildə inşa edilmiş, Efremovlar ailəsinə məxsus olmuş malikanə. == Memarlıq == Malikanənin fasadı Moskva və Sankt-Peterburq zadəganlarının malikanələrində də olduğu kimi klassik üslubda dizayn edilmişdir. Mərkəzi rizalitin üçbucaq altlığı dördü tək və ikisi cüt olan hamar yarım sütunla dəstəklənir. Birinci və ikinci mərtəbələr arasındakı döşəmə kolonnada üzərində yerləşir. Binanın pəncərələri ölçücə olduqca müxtəlifdir: alt mərtəbədəki pəncərələr ölçücə kiçik, formaca isə yastıdır və açardaşları Juxenkov kazaklarının evlərinin pəncərələrindəkinə bənzəyir; ikinci mərtəbənin pəncərələri isə daha böyük və daha yüngüldür, yüngül bir çərçivəyə malikdir və binaya saray görünüşü verir. Efremov sarayı yaxınlığındakı kilsə ilə eyni vaxtda tikilmişdir. Xüsusilə 1848-ci ildə baş vermiş yanğından sonra aparılan çoxsaylı yenidənqurma işləri binanı olduqca dəyişdirmişdir. Binanın orijinal görünüşü İmperator I Aleksandrın "isti sularındakı müxtəlif ehtiyacların tənzimlənməsi və təsviri üçün" Qafqaza və Krıma göndərdiyi memar Nikolay Lvov tərəfindən 1803-cü ildə hazırlanmış Çerkassk panoramasının eskizində qorunub saxlanışmışdır. Bu plana əsasən bina üfüqi istiqamətdə uzanaraq layihəsinin simmetriyasını qoruyub saxlayırdı.

Значение слова в других словарях