ATARAKSİYA

\[alm. Ataraxie; fr. Ataraxie; ing. Ataraxia; yun. Ataraksia; osm. tr. itminan – i nefs; yun. Atarakia – təmkin-lilik\] – ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərd-lərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islam- da, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.
ATALAY
ATASAGUN

Значение слова в других словарях