ATAVİZM

сущ. биол. атавизм (появление у организмов признаков, свойственных их отдалённым предкам)
ATASIZ-ANASIZ
ATAYANA
OBASTAN VİKİ
Atavizm
Atavizm (yun. atavus) – müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin meydana çıxması. Atavizmin əmələ gəlməsi bu əlamət üçün cavabdeh olan genlərin növün genomunda qalması sayəsində baş verir, lakin orqanizmin normal inkişafında onların fəaliyyəti təcrid olunur. Ayrı-ayrı fərdlərdə genetik dəyişikliklər səbəbindən və ya embrional inkişaf proseslərinə xarici təsir nəticəsində təcridedilmə aradan qalxa bilər və bu zaman qədim əlamət yenidən atavizm kimi meydana çıxar. Müasir atlarda üçbarmaqlılıq, insanda quyruğun, bədənin hər yerində sıx tük örtüyünün (hipertrixoz) və əlavə bir cüt süd vəzisinin inkişaf etməsi atavizmə misaldır. Atavizm orqanizmin hər hansı strukturunun ilkin mərhələlərdə inkişafının ləngiməsi zamanı da baş verə bilər. Nəticədə yetkin orqanizmdə əcdadın vəziyyəti ilə eyni olan müvafiq oxşar əlamətlərin embrional vəziyyəti mühafizə edilir. Quruda yaşayan onurğalıların boyun fistulasının yaşlı insanda nadir hallarda müşahidə edilməsi belə atavizmə misaldır. Atavizm bəzən or qanizmin itirdiyi strukturların bərpası zamanı baş verir. Misal olaraq bəzi kərtənkələlərin avtotomiyadan sonra regenerasiya olunmuş quyruğunda pulcuqların sadələşmiş quruluşunu göstərmək olar.

Значение слова в других словарях

нацеди́ть отню́дь размину́ться сволочи́ть спла́вать стеклова́рный тис тупе́ть бе́дные закопа́ть пыж рья́но сюрреалисти́ческий каболка bastard coarse-fibred factionist flatty head off ski-course synergist обмазываться прикус расклеиваться салазки