ateistlik
atelektaz
OBASTAN VİKİ
Ateizm
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Aqnostik ateizm
Aqnostik ateizm ateizmi və aqnostisizmi əhatə edən fəlsəfi mövqedir. Aqnostik ateistlər ateistdirlər, ona görə ki onların heç bir tanrı və ya ilahi varlığa inancları yoxdur və ona görə aqnostikdirlər ki, tanrının varlığının prinsip olaraq bilinə bilməz olduğunu və ya ən azından hal hazırda bilinə bilməyəcəyimiz hesab edirlər. Aqnostik ateizm bir və ya daha çox ilahi varlığın mövcudluğuna inanan, ancaq bu varlıqların mövcudluğunun və ya yoxluğunun bilinə bilməyəcəyini düşünən aqnostik teizmin əksi ola bilər. == Epistemoloji arqumentlər == Ateistlər həmçinin tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanens fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqda əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edirdi ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.
Ərəb ölkələrində ateizm
Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamısı xəyalın məhsuludur. Ateist tanrıları və dinləri inkar edir.Ərəb ölkələrində ateistlərin dəqiq sayını demək çox çətindir. ərəb ölkələrinin mediasında ən böyük üstünlüyə malik Səudiyyə və Qətər mediası regionda ateistlərin olması, onların fəaliyyəti ilə bağlı xəbərlərin ictimaiyyətə çatdırılmasına imkan vermir. Ərəb ateistləri yeni anlayış deyil. Islam tarixi ilə azad düşüncənin formalaşmasının tarixi paralel inkişaf edib. XX əsrin əvvəllərində Ərəb ölkələrində ateizm ilə bağlı məqalələr yazılmağa başladı. misir yazıçısı İsmayıl Madhar 1930-cu illərdə niyə mən ateistəm adlı elmi əsər yazmışdır. Başqa sözlə sekulyar düşüncə tərzi formalaşırdı .
Dövlət ateizmi
Dövlət ateizmi — teizmi qəbul etməyib, ateizmi dəstəkləyən dövlət siyasəti. Tarixdə və hal-hazırda daha çox Marksist ideologiyanı qəbul edən bəzi dövlətlər tərəfindən tədbiq edilmişdir və hələ də tədbiq edilməkdədir. Amma yenə də Marksizm dinləri rədd edən tək ideologiya deyildir. Laisez-faire dövrü kapitalistlərindən Ayn Randın fikirləri Marksizmə demək olar ki, daban-dabana zidd olmasına baxmayaraq, o, dinləri modern dövrdən əvvəlki dövrün batil inancları olaraq ifadə edirdi.

Digər lüğətlərdə