ATİKƏ

əsli «ətiqə»dir və qədimdən qalmış əşya deməkdir.
ATİK
ATİQ
OBASTAN VİKİ
Burnaz Atikə Sultan
Burnaz Atikə Sultan (1614, Konstantinopol, Osmanlı imperiyası – 1674, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Xanzadə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.
Atikə Sultan (III Əhmədin qızı)
Atikə Sultan (29 mart 1712, Konstantinopol – 2 aprel 1738, Konstantinopol) — 23. Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Atikə Sultan 29 mart 1712-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anasının kimliyi isə bilinmir. Hələ 12 yaşında ikən 6 yanvar 1724-cü ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nişanlandı. 20 fevral günü İbrahim Paşa sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nigahı bağlandı. Eyni mərasimlə bacısı Xədicə Sultan da Osman Paşanın oğlu Əhməd Paşayla nigahlandı. Cütlüyün toy mərasimi isə 13 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Cağaloğlu sarayı cütlüyə təsis edildi. Övladının olub-olmadığı bilinmir.
Atikə Sultan (Sultan İbrahimin qızı)
Atikə Sultan (1644, Konstantinopol – 1667, Konstantinopol) — Osmanlı sultanı Sultan İbrahimin qızı. Sultan İbrahimin çərkəs əsilli kənizlərindən Leyla Saçbağlı Sultandan doğulan Atikə Sultanın həyatıyla bağlı yetərli məlumat yoxdur. Hətta bəzi mənbələrdə anasının baş hasəki Xədicə Turhan Sultan olduğu qeyd olunur. Hələ 2 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, mərhum sultanın digər xanımları və qızları kimi o da, Köhnə saraya göndərilmişdir. Ancaq həmin il nənəsi Validə Kösəm Sultanın istəyilə atasının müsahiblərindən Topal Kənan Paşayla nikahlanmışdır. Tamamilə formal olan bu nikahın ardıından Kənan Paşa müxtəlif əyalətlərə təyin edildi. 1656-cı ildə 2 ay müddətinə kaptan-ı dərya olaraq xidmət etmişdir. Ancaq daha sonra vəzifələrindən azad edilmiş, bu səbəblə 1658-ci ildə Abxaz Həsən Paşa üsyanına qoşulmuşdur. Bu səbəblə qardaşı IV Mehmedin əmriylə nikah dərhal pozulmuşdur. Boşandıqdan bir il sonra Topal Kənan Paşa 16 fevral 1659-cu ildə vəfat etmişdir.
баба́шка вмина́ть голи́ца девятикра́тный кислоро́д малоголо́вый нововводи́тельство то́лько что..., как бить баклу́ши возопи́ть возроди́ть вычитать карбонизи́роваться перещу́пать предъявля́ть ухищрённость анатомия chloasma crêpe suzette crewman dormitory car premise tray agriculture месячник сенокосилка