ATİL

"at" (od, Günəş) və «il» (el) sözlərindən düzəlmiş və «elin odu (Günəşi, hökmdarı)» mənasındadır (V əsr Hun imperatorunun adındandır). Xalq arasında "Atlı xan" adı ilə də məşhur olmuşdur.
ATİQƏ
ATİLAY
OBASTAN VİKİ
Atila Pesyani
Atilla Pesyani (30 aprel 1957, Tehran – 6 oktyabr 2023, Paris) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu. == Həyatı == Atilla Pesyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur. Atilla Pesyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nağavi və qızı Sitarə Pesyani də aktrisalıqla məşğuldurlar. Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur. === Təhsili === Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır. == Karyerası == İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır: Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014)Atilla Pesyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014) == Mükafatları == Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Atilla
Attila və ya Atilla (bilinmir, Qafqaz – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Atilla-fateh (serial, 2001)
Attila (ing. Attila) — 2001-ci ildə çəkilən ABŞ mini-serialı. == Süjeti == Film böyük Hun imperiyasının hökmdarı Attilanın həyatından bəhs edir. Attila uşaq yaşlarından cəsur döyüsçü olduğundan əmisi onu öz yanına gətirir ve öz vəliəhdi elan etmək istəyir. Lakin Attilanın emisi oğlu bununla razılaşmır. Əmisi bu mübahisələri kəsmək üçün Attilanı girov kimi Romaya göndərir. Buna baxmayaraq Attila Romada olarkən əmisinin öldüyünü eşidir və dərhal geri qayıdır. O, hun qəbilələrini birləşdirərək vahid imperiya yaradır ve Romaya hücum edir. Roma məğlubiyyətdən yaxa qurtarmaq üçün Attilaya qarşı sui-qəsd hazırlayır. == Xarici keçidlər == Attila — Internet Movie Database saytında.
Atilla (ad)
Atilla (Avropada Attila) — qədim türk dilində İdil çayını adlandırmaq üçün işlədilən Atıl/Atal sözünə "-lı" səkilçisinin artırılması ilə meydana gələn Atıllı sözündən və ya Gotik dilindəki "atte" yəni "ata" mənasını verən sözdən gəldiyi təxmin edilir. Xüsusilə Türkiyə və Macarıstanda oğlan uşaqlarına verilən geniş yayılmış addır. Attila — dünyanın ən məşhur sərkərdələrindən biri. Attila Olgaç — Türkiyə aktyoru. Atilla Jorma — dilçilik üzrə elmlər doktoru (2008) Atilla Maralanlı — yazıçı Attila Borhidi — Macarıstan botaniki. Attila Szalai — müdafiəçi kimi çıxış edən Macarıstan milli futbolçusu Attila İlhan — şair, yazıçı, jurnalist və tənqidçi.
Atilla Arcan
Atilla Arcan - türk aktyor və şoumen. Əsl soyadı Gursəs olan Atilla Arcan 1945-ci ildə İstanbulda doğulmuşdur. Teatr və sinema aktyoru. rejissor və ssenarist Məhərrəm Gursəsin oğludur. Televizya ekranlarında 1994-cü ildən bəri bir müddət yayımlanan məşhurları təqlid etdiyi "Min bir sifət" parodiya şouları ilə tanınan Atilla Arcan bir çox film, teatr və serialda rol alıb. O, "Min bir sif\t" şousunda Turqur Özal, Süleyman Dəmirəl kimi bir çox siyasi şəxs və hadisələrə mizah yplunda ekranlara daşımışdır. 1990-cı illərdə Patbom saqqız reklamında yer aldı və bu, dövrün ən yaxşı reklamlarından biri oldu. 1984-cü ildən aktrisa Gül Arcanla evli olan Atilla Arcanın Şəbnəm Sevgi Gursəs adında bir qızı, Barış, Özgür və Çağrı adlı 3 oğlu var.Atilla Arcan 2015-ci il noyabrın 16-da dünyasını dəyişib. Cənazəsi Erenköy Qalip Paşa məscidindən çıxarılaraq Küçükyalı qəbiristanlığına dəfn olunmuşdur. Ölümü ilə bağlı açıqlama verən ürək cərrahı Xızır Mete Alp Atilla Arcanın aməliyyta alındığını, amma edilən bütün müdaxilələrə rəğmən onu qurtara bilmədiklərini söyləmişdir.
Atilla Jorma
Atilla Jorma — Finlandiya türkoloqu, dilçilik üzrə elmlər doktoru (2008), professor. == Həyatı == Atilla Jorma 1952-ci ildə Finlandiyada dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünə daxil olmuş və 1982-ci ildə təhsilini tamamlamışdır. 1984-1987-ci illərdə Finlandiyada Türkü Universitetinin dilçilik bölümündə elmi işçi kimi çalışmışdır. 1984-1991-ci illərdə Finlandiya Türkü Universitetində türk dilindən dərs demişdir. 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Türkiyənin Ərdahan Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümündə Xorasan türkcəsi, Türkmən, Qaqauz dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Fincə-Türkcə, Türkcə-Fincə lüğət hazırlamışdır. Fin, macar, holland, alman, ingilis dillərini bilir. == Yaradıcılığı == Atilla Jormanın türkoloji araşdırmaları olduqca əhatəlidir.
Atilla Jozef
Atilla Jozef (mac. József Attila; 11 aprel 1905[…], Budapeşt – 3 dekabr 1937[…], Balatonsarso[d], Şomod) — XX əsrin Macarıstan şairi. == Həyatı == Budapeştdə dünyaya gələn Jozef çətin bir uşaqlıq və yeniyetməlik dövrü keçirib. Kasıb bir ailənin üç uşağından biri idi. Atası sabunçu, anası isə xidmətçi idi. Atası şair üç yaşında ikən evi tərk etdi və Amerikaya qaçdı. Digər iki qardaşı ilə birlikdə analarının onlara baxmaq üçün fasiləsiz işləməsinə və sonda yorğunluqdan xəstələnməsinə şahid oldular. Anası xəstələndiyi üçün Macarıstan Uşaqlara Yardım Dərnəyi tərəfindən Ocsöd kəndindən bir ailəyə övladlığa verildi. Övladlığa verildiyi ailə Jozefi donuzlara baxmağa məcbur etdi və ona Pişta adını qoydu.Orada 7 yaşına qədər yaşadı. Daha sonra isə, anası sağaldıqdan sonra yenidən onun yanına qayıtdı və onun ölümünə qədər evə kömək etmək üçün müxtəlif işlərlə məşğul oldu.
Atilla Maralanlı
== Həyatı == Atilla Maralanlı 1961-ci ildə Təbrizdə anadan olub. İbtidai və orta təhsilini Tehranda alıb. 1993-cü ildə Azərbaycan Respublikasına mühacirət edib. Həmin ildən Bakıda yaşayır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əsasən tərcümə ilə məşğul olur. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan elmi qrupu şöbəsində çalışır. Behruz Həqqinin "Koroğlu: tarixi-mifoloji gerçəklik", Həmid Dadizadənin "Ədəbiyyat problemlərinə dair", Səməd Sərdariniyanın "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitablarını farscadan azərbaycancaya çevirib və Bakıda çap etdirib.
Atilla Olgaç
Attila Olgaç (28 iyul 1944, Ankara) — Türkiyə teatr və serial aktyoru.
Atilla Pesyani
Atilla Pesyani (30 aprel 1957, Tehran – 6 oktyabr 2023, Paris) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu. == Həyatı == Atilla Pesyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur. Atilla Pesyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nağavi və qızı Sitarə Pesyani də aktrisalıqla məşğuldurlar. Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur. === Təhsili === Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır. == Karyerası == İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır: Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014)Atilla Pesyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014) == Mükafatları == Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Atillanın atlıları (film, 2002)
Atillanın atlıları tammetrajlı film-tamaşası rejissor Sevil İbrahim tərəfindən 2002-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsərdə olduğu kimi filmdə də əvvəldən axıradək türklərdə adət ənənələr, türklərin mərdliyi və qorxmazlığı tərənnüm edilmişdir. Əsas rolları Ramiz Məlik, Qönçə Ağabəyli, Rafiq Əzimov və Abbas Qəhrəmanov ifa edirlər. == Məzmun == Filmdə Atillanın (Ramiz Məlik) Şaman baba (Rafiq Əzimov) ilə söhbəti, Şaman babanın məsləhətləri, Atillanın kralın qızı Qrimildaya (Qönçə Ağabəyli) aşiq olması, onunla evliliyi, toy günündə qızın atası (Abbas Qəhrəmanov) tərəfindən onun zəhərlənməsi və Qrimildanın könüllü ölümə getməsi əks etdirilir. Əsərdə olduğu kimi filmdə də əvvəldən axıradək türklərdə adət ənənələr, türklərin mərdliyi və qorxmazlığı tərənnüm edilmişdir. == Film haqqında == Film Nəbi Xəzrinin eyniadlı poeması əsasında ekranlaşdırılıb.

Значение слова в других словарях

и́волга нелегити́мно нестихотво́рный отабу́ниться подрумя́ниться шапкозакида́тельство акароло́гия полиме́ры помпаду́рша расстегну́ть bifrontal kirsch wasser li linoleum permanent sperm whale suint Third house unsung бронесилы выговаривать кудахтанье натирать уравнять фаллический