Azərbaycan Respublikasının Milli Atlası
"Azərbaycan Respublikasının Milli Atlası" — Azərbaycan Respublikasına aid xəritələr toplusu.
== Tarixi ==
"Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə qərara alınmışdır.
== Redaksiya heyəti ==
=== İlk tərkib ===
"Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə aşağıdakı tərkibdə təsdiq edilmişdir:
Redaksiya heyətinin sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziriRedaksiya heyəti sədrinin müavini
Mahmud Kərimov – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentiMəsul katib
Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriRedaksiya heyətinin üzvləri
Elmar Məmmədyarov – Xarici işlər naziri
Şahin Mustafayev – İqtisadi inkişaf naziri
Natiq Əliyev – Sənaye və energetika naziri
Ziya Məmmədov – Nəqliyyat naziri
İsmət Abasov – Kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri
Misir Mərdanov – Təhsil naziri
Oqtay Şirəliyev – Səhiyyə naziri
Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov – İdman və gənclər naziri
Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri
Akif Əlizadə – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru
Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru
Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru
Abel Məhərrəmov – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru
=== Yeni tərkib ===
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli, 147 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti ləğv edilmiş və aşağıdakı yeni tərkibi təsdiq edilmişdir:
Redaksiya heyətinin sədri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri.Redaksiya heyəti sədrinin müavini
Akif Əli Zadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.Məsul katib
Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.Redaksiya heyətinin üzvləri
Elmar Məmmədyarov - xarici işlər naziri
Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri
Natiq Əliyev - energetika naziri
Ziya Məmmədov - nəqliyyat naziri
Heydər Əsədov - kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - təhsil naziri
Oqtay Şirəliyev - səhiyyə naziri
Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov - gənclər və idman naziri
Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri
Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Kamal Abdullayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli Fərmanı ilə Ziya Məmmədov redaksiya heyətindən çıxarılmış, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlavə edilmişdir.