ATMOSFER
AUDİOJURNAL
OBASTAN VİKİ
Atoll
Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər.
Atollon
Atollon — "Ulduz müharibələri" kainatında uydurma planet. Atollon qalaktikanın xəritələnməmiş bölgəsində yerləşir. Planetin nəfəs ala bilinəcək atmosferi var, lakin isti iqlimi mövcuddur. Mərcan ağacları ilə örtülmüş qayalı səthi olan Atollonun quraq havasına baxmayaraq, planet səthinin dərinliklərində şirin su mənbəyinə malikdir. Planetdə Bendu adlı qüdrətli güc canlısı yaşayır. O, özünü gücün aydın və qaranlıq tərəfləri arasında tarazlıq kimi görür. Planet ilk dəfə "Üsyançılar" teleserialında nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Atollon — Vukipediya saytında.
Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub. Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur. == İnzibati bölgüsü == Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.
Nukuoro atollu
Nukuoro — ekvatordan bir qədər şimalda, Mikroneziya Federativ Ştatlarının Ponpei ştatında yerləşən qum atollu. Təxminən 900 nəfər əhalisi var. Atol klassik halqaşəkilli formasındadı, ortasında diametri 6 kilometrə yaxın olan laqun yerləşir.Adada hava limanı yoxdur, ayda bir dəfə qeyri-müntəzəm olaraq sərnişin gəmisi gəlib gedir. Həmçinin buranın ibtidai məktəbi var.İnsanların Nukuoroda nə vaxt peyda olması məlum deyil, lakin miqrasiya çox güman ki XII əsrdə başlayıb və qeyri-bərabər yayılıb. Ağlagələn miqrasiya istiqaməti Tuvaludu. Avropalılar atollu 1806-ci ildə tapıblar: ispan dənizçi Xuan Batista Monteverdinin komandanlığı altında olan gəmidən görüblər.Əhalisi Polineziya dili olan Nukuoro dilində danışırlar, bundan başqa yaşlılar ponapey dilini də bilirlər. Taro və kopra yetişdirilməsi (əsasən atollun cənub-şərq hissəsində), maldarlıq və balıqçılıqla məşğul olurlar Sahilində qara istridyələrə rast gəlmək mümkündü, onlar mirvari istehsal edirlər. Atollda uşaqların ailədən ailəyə keçməsi çox yayılıb, belə ki, 1999-cu ildə edilən tədqiqatda müəyyən edilmişdir ki, uşaqların təxminən üçdə ikisi (61%) ögeydilər. 1965-ci ildə isə yaşlı əhalinin cəmi 2% -ı ömrümdə heç vaxt onlara doğma olmayan ailədə böyümüyüblər.2011-ci ildə BMT-nin yerli xalqların məsələləri üzrə Daimi forumunda Nukuoro rezidentlərin təmsilçisi Bestina Mencamin bildirdi ki, atol qlobal istiləşmənin səbəb olduğu sunamiyə görə daim təhlükədədi, və o, təkçə sığınacaqların yoxluğunu yox, həm də aclığa aparan münbit torpaqların dağıdılmasını nəzərdə tuturdu.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Taka (atoll)
Taka atollu (marş. Tōkā tˠʌɡɑ͡ææ̯, ing. Toke, Taka) — Sakit okeanda 6 adaclqdan ibarəh olan atoll. Patak cərgəsinə daxildir. Adanın quru sahəsi 0,57 km², laqunla birlikdə isə 93,14 km² təşkil edir. == Tarixi == Ada 1816-cı ildə "Ryurik" gəmisində Otto Konsebunun rəhbərlik etdiyi rus ekspedisiyası zamanı kəşf edilir.

Digər lüğətlərdə

в гармо́нику гнуть прощебета́ть раскры́тие светолече́ние серде́чник студнеобра́зный тамплие́р гегемо́ния консерви́ровать монометалли́зм ни на что не смотре́л бы разбо́йный галька знамя heathbird kilometre meltable Mexican ornithoscelidan Rory savagely зубной плюсовый реформировать