atropati

atropati
atropatenalılar
atropatilər
OBASTAN VİKİ
Atropatidlər
Atropatidlər – Atropatena dövlətində hakimiyyətdə olmuş sülalə. Müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə e.ə. 328-ci ildə yaradılmışdır. Atropatın ölümündən sonra isə hakimiyyətə Artabazan keçmişdir. Atropatın əsasını qoyduğu sülalə Atropatidlər sülaləsi adlandırılır. Atropatidlər sülaləsi Arşakilərin kiçik qolu – Atropatena arşakiləri Atropatena hakimiyyətə gələnə kimi öz hakimiyyətini davam etdirmişdir. == Atropatidlər sülaləsindən olan hökmdarların siyahısı == Atropat – e.ə. 328 – ci ildə hakimiyyətə gəlmişdir. Artabazan – III Antioxla sülh müqaviləsi bağlamışdır. Mitridad ( və ya Mehrdad) – e.ə.
Atropatilər
Atropatilər — əsası e.ə. 321-ci ildə Atropatenanın birinci hökmdarı Atropat tərəfindən qoyulmuş hökmdar sülaləsi. Atropatilər sülaləsinin bütün hökmdarlarının adlarını bilmirik, belə ki, Atropatena heç də həmişə antik mənbələrin əhatə dairəsinə düşməmişdir. Mənbələrdə Atropatilər sülaləsi hökmdarlarından Atropat, Artabazan, Mitridat, Artavazd, Ariobarzan, II Ariobarzan və II Artavazdın adları çəkilir; Atropatilər sülaləsinin sonuncu hökmdarı isə Atropatena nı eramızın 20-ci ilinədək idarə edən II Ariovast idi. Atropatilər hökmdar sülaləsi eramızın əvvəllərində Parfiya Arşakilər sülaləsinin kiçik qolu ilə əvəz olunmuşdu, sonuncu isə Atropatena nı, görünür ki, onun Sasanilər tərəfindən işğalınadək idarə etmişdir.