ATTACK

attack1

n 1. hücum, həmlə, basqın; sudden ~ qəfil hücum / həmlə / basqın; armed ~ silahlı hücum / basqın; to make an ~ hücum etmək; to carry / to deliver an ~ hücuma keçmək; to return to the ~ yenidən / təkrarən hücuma keçmək; to repel / to repulse an ~ hücumu / həmləni dəf etmək; 2. hücum, məzəmmət; düşməncəsinə tənqid; ~ against the policy of government dövlətin siyasətinə qarşı hücum; 3. tib. tutma; heart ~ ürək tutması

attack2

adj hücum; ~ plane av. hücumçu təyyarə; ~ aviation hücum təyyarələri; ~ position hərb. hücum üçün başlanğıc mövqe; ~ order hərb. hücum əmri

attack3

v 1. hücum / həmlə etmək; to ~ a town şəhərə hücum etmək; to ~ an enemy düşmənə hücum etmək; The enemy attacked us at night Düşmən bizə gecə hücum etdi; 2. tənqid etmək; to ~ smb.’s conduct bir kəsin hərəkətlərini / davranışını tənqid etmək; His proposals were attacked in the newspapers Onun təklifləri qəzetlərdə tənqid edildi; 3. işə ciddi girişmək; to ~ a problem problemi həll etməyə ciddi girişmək; 4. üstünə düşmək, hücum çəkmək; to ~ the food yeməyin üstünə düşmək; He attacked the food as if he had not eaten for a week O, yeməyin üstünə elə düşdü ki, elə bil bir həftə heç nə yeməmişdi; 5. ziyan vurmaq, korlamaq; The disease attacked his bones Xəstəlik onun sümüklərini korladı; 6. xarab etmək, dağıtmaq; The damp is attacking the wall Nəm divarı korlayır / dağıdır; 7. məhv etmək, ziyan vurmaq; Crops were attacked by locusts Çəyirtkələr taxılı məhv etdi; 8. tex. yemək, korlamaq, xarab etmək; Acid attacks metals Turşu metalı yeyir; 9. id. hücum etmək, hücuma keçmək

ATTACHMENT
ATTACKER
OBASTAN VİKİ
DoS-attack
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. == Üzvlər == === Hazırkı tərkib === Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) === Əvvəlki tərkib === Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") === Əməkdaşlıq === Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
İstanbul Attack
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Attack on Titan
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
Attack on Titan: No Regrets
Attack on Titan: No Regrets (yap. 進撃の巨人 悔いなき選択) eyni adlı vizual roman əsasında Gun Snark tərəfindən yazılmış və Hikaru Suruqa tərəfindən illüstrasiya edilmiş Yapon manqa seriyasıdır. Serial Hajime İsayamanın məşhur Attack on Titan (進撃の巨人, Shingeki no Kyojin) manqası əsasında yazılmışdır. Hekayədə Levi Akkaman-ın Kəşfiyyat Birliyinə qoşulmazdan əvvəl başına gələnlərdən danışılır. Serial Yaponiyada "Kodansha" və ABŞ-də "Kodansha Comics" tərəfindən nəşr olunur. İki hissəli OVA 2014 və 2015-ci illərdə buraxıldı. == Süjet == Hekayə Attack on Titan əsasında yazılmışdır və Levinin yeraltı şəhərdə cinayətkar olduğu günlərdə, Ervin Smit-in onu Kəşfiyyat Birliyinə işə götürməzdən əvvəl iki ən yaxşı dostu İzabel Maqnoliya və Farlan Çurç ilə birlikdə olduğu zamanları izləyir. == Konsepsiya və inkişaf == Suruqa manqaya başlamazdan əvvəl onun baş redaktoru hekayənin əvvəlində Levinin və başqalarının yaşadığı Yeraltını daha yaxşı təsəvvür edə bilməsi üçün Metropolitan Ərazisinin Xarici Yeraltı Boşaltma Kanalına baş çəkməyi təklif etdi. Elə orada olarkən Suruqa ilk dəfə 18 metr hündürlüyündə Titanın nə qədər böyük olacağını təsəvvür edə bildi. Suruqa Levini çəkərkən onu Titana Hücumda olduğundan daha gənc göstərməyə çalışdı.
Attack on Titan personajlarının siyahısı
Attack on Titan manqası və anime seriyası Hacime İsayamanın yaratdığı geniş bədii personajlardan ibarətdir. Hekayə bəşəriyyətin nəhəng divarlarla əhatə olunmuş şəhərlərdə yaşadığı bir dünyada qurulur; insanların onları səbəbsiz yeyən nəhəng humanoid titanlara qarşı müdafiəsindən bəhs olunur. Hekayədə ilkin olaraq Eren Yeqa öz uşaqlıq dostları Mikasa Akkaman (ing. Mikasa Ackerman) və Armin Arlerto (ing. Armin Arlert) ilə birlikdə şəhərləri işğal edildikdən və Erenin anası titan tərəfindən yeyildikdən sonra titanlara qarşı döyüşmək üçün orduya qoşulur. Onlar 104-cü Təlim Korpusunun bir hissəsidir, məzunları Qarnizon Alayı (ing. Stationary Guard), Kəşfiyyat Birliyi (ing. Survey Corps) və Hərbi Polis Briqadası (ing. Military Police) da daxil olmaqla hərbi hissədə müxtəlif vəzifələr tuturlar. Sonradan məlum olur ki, divarların yerləşdiyi ərazi Paradis (パラディ, Paradi) adlanır və bura Eldiyanın (エルディア,Erudia) sonuncu ərazisidir.
Ben 10 Alien Force : Vilgax Attacks
Ben 10: Alien Force – Vilgax Attacks — Ben 10 videooyun seriyasında üçüncü oyunudur, və Ben 10: Alien Force nəşrinə əsaslanan ikinci oyundur. Birinci videooyun cizgi serialının ilk iki mövsümünə əsaslanır; Vilgax Attacks isə serialın üçüncü və final mövsümlərinə əsaslanır. 27 oktyabr 2009-cu il buraxılmışdır.
взгрустну́ться впро́холость глоби́н глыбови́дный ледя́нка предвеща́тельница телохрани́тель деревообде́лочница настора́живать пригоре́ть разрази гром стрека́тельные клетки, органы трансли́ровать хорей caber constructivist gesticulate man step-down undé writing master полукровный развеселиться трясина усидчивость