ATILMA
ATILMA
OBASTAN VİKİ
Atılmamış güllələr (film, 2008)
Atılmamış güllələr, və ya Çaxılmamış güllələr (erm. Չկրակված փամփուշտներ — Çkrakvats pampuştner) — ermənilərin Qarabağ müharibəsi haqqında çəkdiyi filmlərdən biri. == Məzmun == Hadisələr 1991–1994 illərin Qarabağ müharibəsi zamanı cərəyan edir. 23 yaşlı gənc şair, Ermənistanın Yazıçılar Birliyinin üzvü, Aqvan Minosyan evi tərk edib qardaşı Aşotun başçılıq elədiyi könüllü dəstəyə qoşulur. Döyüşlərin birində Aqvan ölümcül yaralanır və həlak olur. Filmin süjet xətti Aşotun == Film haqqında == Filmdə çox sayda sənədli kadrdan istifadə olunub. Film Ermənistanın hər il keçirtdiyi "Qızıl ərik" beynəlxalq kino festivalında nümayiş etdirilib.
Simnarın Xavərnaq qəsrindən yerə atılması
Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir: Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir. == Təsvir == Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir.

Значение слова в других словарях

аттестацио́нный ни да́ ни не́т пренести́сь разоря́я устели́ться вложи́ть дискомфо́ртный окуля́рный оптови́к гранка гуран обречь aurichalcite chain-drive devour dysmenorrhoea irretraceable shoring Swarajist wheat-grass X-ray diffraction ишь настриг оберегать подёнка