ATƏŞBAZLIQ

is.
1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fişənglər və s. hazırlama işi; pirotexnika.
2. Əlvan və bəzəkli işıqlar verən fişənglərlə keçirilən şənlik.
Məmmədhəsən mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. M.S.Ordubadi.
Balaca uşaqlar təzə paltar geyərdilər və məşhur olan oyunlardan “koskosa” oynardılar, cahıllar isə atəşbazlıq edərdilər. H.Sarabski.
O təpələrdə elə bil atəşbazlıq nümayiş etdirilirdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ATƏŞBAZLIQ ATƏŞBAZLIQ (fişənglərlə keçirilən şənlik) Bəli, bu gecə kənddə; Atəşbazlıq olacaq (M.Rzaquluzadə); ATƏŞFƏŞANLIQ Qaynaq şamlarının gözqamaşdırıcı qığıl
ATƏŞBAZ
ATƏŞBÖCƏYİ

Digər lüğətlərdə

воссоедини́ться неизмери́мость отма́зываться прома́щиваться сгруби́ть сжа́тый стажёр биле́тный канди́ль подво́зка пропи́тка сло́ган шоссе́ огурь awful de fide disherison escaping neutron expiratory fog gun gox interrogative jus room-and-pillar system вакантный