ATƏŞXOR
ATƏŞİN
OBASTAN VİKİ
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Nuridə Atəşi
Nuridə Atəşi (Qədirova) və ya Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, Qafqazın arxeologiyası və tarixi üzrə ixtisaslaşmışdır alim, pedaqoq və tarixçi. Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Almaniya Jurnalistlər İttifaqının "Berlin bərabər imkanlar" komitəsinin sədr müavini Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri və Almaniya Jurnalistlər Birliyinin üzvüdür == Həyatı == Nuridə Qədirova - Atəşi (22 avqust 1965) Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. == Yaradıcılığı == Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır.
Yaylım atəşi
Yaylım atəşi — hərbi ehtiram göstərilməsi üçün boş patronlarla açılan atəşdir. Xüsusi hallarda toplardan yaylım atəşi açıla bilər. Yaylım atəşi zamanı boş partonlarla 3 dəfə atəş açılır.
Cəhənnəm Atəşi Klubu
Cəhənnəm Atəşi Klubu (ing. Hellfire Club) və ya Uikomblu Müqəddəs Frensis Ordeni (ing. Order of the Friars of St. Francis of Wycombe) – XVII əsrdə Böyük Britaniyada yaradılmış gizli cəmiyyət. Cəmiyyət özündə yüksək mənsəb sahiblərini, varlı əyanları, iş adamlarını birləşdirirdi. Klub toplantılarında pis hərəkətlər qəti olaraq cəzalandırılırdı. == Tarixi == Klubun qurucusu Frensis Deşvud idi. O, qəribə şəxsiyyətə sahib bir insan idi. Bir sıra Avropa ölkələrinə səyahət edir və qayıtdıqdan sonra klub qurmaq qərarına gəlir. 1733-cü ildə qurduğu kluba Dilettanti Cəmiyyəti adını verdi və üzvlük üçün 40 nəfərə dəvət göndərir.Bu uğurlardan cəsarətlənən Deşvud 1744-cü ildə yeni bir klub yaradır, lakin bu klub sadəcə iki il mövcud olur.
Anadolu atəşi rəqs qrupu
2001-ci ildə Türkiyədə fəaliyyətə başlayan "Anadolu atəşi"nin 175 nəfərdən ibarət heyəti var. Qısa müddətdə professionallığı və ifa tərzilə sənətsevərlərin diqqətini cəlb edən "Anadolu atəşi" 2002-ci ildə "Avroviziya" yarışmasındakı çıxışından sonra məşhurluq qazanıb. Qrupun rəhbəri Mustafa Ərdoğandır.
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...
а́льфа-части́цы в чулка́х вспе́ненный заклёкнуть ла́кцы ни бэ́ ни мэ́ распеча́тка графоло́гия затарато́рить коро́бка косми́ческий ла́вка рассекре́чивать стра́шный суд ханжеско́й antinomic ashen-gray soil canonry Golgotha houseboat palpi wood ibis обветшалый песнь спиритический