aurofobiya
autekologiya
OBASTAN VİKİ
Adsız Grand Theft Auto oyunu
Adsız Grand Theft Auto oyunu (və ya Grand Theft Auto VI) — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.
Android Auto
Android Auto — Google tərəfindən təkmilləşdirilən əməliyyat sistemidir. Sistem android versiyası 5.0 "Lollipop" və daha yuxarı olan ağıllı telefonları dəstəkləyir. Android Auto ilk dəfə 25 iyun 2014-cü ildə Google I/O tərəfindən elan edildi. 19 mart 2015-ci ildə sistemin mobil versiyası xalqa təqdim edildi. Sistemin funksiyalarına aiddir: GPS, naviqasiya, musiqi player'i, SMS, zəng etmək və veb axtarış dəstəkləyir. Sistem həm səsli, həm də sensor (toxunma ilə) idarəetmə üsulları ilə işləyəcək. Sistemin dəstəklədiyi proqramlar: Google Maps, Google Play Music, Spotify, Songza, Stitcher Radio, iHeartRadio və TuneIn, MLB at Bat dəstəkləyir. Android'in rəsmi saytı Android Auto'nu dəstəkləyən ən çox avtomobil istehsalçı şirkətlərin siyahılarını yığarkən, 2015 və 2016-cı illərin versiyalarını bir çox avtomobil dəstəkləmədi. Android Auto 6 yanvar 2014-cü ildə elan edilmiş Open Automotive Alliance'nın bir parçası və 28 avtomobil istehsalçı şirkətləri və ağıllı telefon tədarükçüsü Nvidia ilə birlikdə hazırlandı. 2015-ci ilin mayında Hyundai şirkəti Hyundai Sonata avtomobili Android Auto'nu dəstəkləyən ilk avtomobil və xidmətə təqdim edən ilk istehsalçı şirkət oldu.
Autekologiya
Autekologiya — konkret növün fərdlərinin ekologiyası. Ekologiyaтжт ayrı-ayrı heyvan və bitki, yaxud biosenozun hissəsini təşkil edən orqanizm populyasiyası növlərinin xüsusiyyətlərinin mühit amillərinə və növün həyat tərzinə reaksiyasını öyrənən bölməsi (tutuşdur: Sinekologiya). == İstinadlar == == Mənbə == R.Ə.Əliyeva, Q.T.Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı: "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379-384. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Autentikasiya
Autentifikasiya (yun. αὐθεντικός, ing. səs authentikos, "əsl, orijinal") hansısa varlığın (qurum, şəxs və ya sistemin) doğruladığı bir məlumat parçasının doğruluğunun təsdiq edilməsidir. Autentifikasiya vasitəsilə ikinci tərəf əmin olur ki, subyekt, doğrudan da, özünü qələmə vermiş şəxsdir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt "həqiqiliyin yoxlanması" işlədilir. Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar); sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu); özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarını). == Həmçinin bax == İnformatika İdentifikasiya == İstinadlar == == Xarici keçidlər == Password Management Best Practices. Password Policy Guidelines. General Information on Enterprise Authentication Arxivləşdirilib 2008-01-14 at the Wayback Machine.
Autizm
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir pozğunluqdur. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən yoxsa nadir görülən mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını 1.000 adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı məlum deyil. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.. == Tarixi == Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib. == Mərkəz haqqında == Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir. Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.
AutoCAD
AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur. Tarixi Proqramın köməyi ilə mühəndislikdə əl ilə yerinə yetirilən cizgi işləri avtomatlaşdırılmış və bununla layihələndirmə işləri sürətləndirilmişdir. Hər il Autocad-ın yeni, daha təkmilləşdirilmiş versiyası yaradılır. İndiyə qədər yaradılmış versiyaları: == İmkanları == Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər. AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra onu .lsp faylı kimi yaddaşa vermək lazımdır. Əks halda AutoCAD bu faylı tanımayacaq və proqram yüklənməyəcək. AutoLİSP proqramlaşdırma dilində bütün əmrlər mötərizələr ilə əhatə edilir. Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər olmalıdır, əks halda proqram işləməyəcək.
Autodesk
Autodesk — Memarlıq, mühəndislik, inşaat, istehsal, media, təhsil və əyləncə sferalar üçün proqramlaşdırma məhsulları və xidmətlər istehsal edən ABŞ-nin transmilli proqramlaşdırma şirkəti.
Autodesk Land Desktop
Bu proqram Autodesk şirkətinin məhsuludur. Proqramın bəzi özəllikləri: Koordinat nöqtələrini müəyyənləşdirmək və redaktə etmək. Əymələri layihələşdirilməsi və çəkilməsi. sadəca qövs,qoşma qövs,qlotoid qövs və başqa həndəsə şəkillərinidə laiələşdirir. Yol plan layihələşdirməsi. Şəxsi qətəlari layihələşdirir. Topoqrafiya xəritəsini. Topoqrafiyaların kəsməsi və onları göstərmək. Torpaq götürmə və yatırmasında iki sahənin arasını hesablama. Yuxarıda saydiğimizdakılardan başqa, Autodesk land/Autocad proqram ilə bağlı işə düşür, Autocad proqramının tam bacarıqları Autodesk land dədə var.İki yapışqan proqram: Autodesk civil design və Autodesk survey ki proqramın qurmasından sonra artırılıb və əsli proqramın hesablama gücünü, Yer ölçmə işləri emalında,yol qurma və hidrolojiya hesablamalarında artırır.
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
Autofellatio
Avtofelasiya — bir kişinin özünün penisini oral yolla stimullaşdırdığı fellatio və masturbasiya növü. Çox az sayda kişi bu hərəkəti etmək üçün kifayət edəcək qədər elastikliyə malikdir. == Fiziki xüsusiyyətlər == Çox az sayda kişi avtofelasiyanı həyata keçirmək üçün lazım olan penis uzunluğuna və elastikliyə malikdir. Bununla belə, gimnastika və yoqa kimi fiziki məşqlərlə də tələb olunan elastikliyə nail olmaq mümkündür. Amerikalı bioloqlar Craig Bartle və Alfred Charles Kinsey, kişilərin 1% -dən daha azının öz penislərinə müvəffəqiyyətli bir formada oral yolla bağlana biləcəklərini söyləmişdirlər. Keçmişdə avtofelasiya cinsi davranışdan daha çox problem hesab olunurdu.
Autofobiya
Autofobiya — təcridolunma fobiyası və ya tək qalma qorxusudur. Zərərçəkənlar fiziki olaraq tək deyillər, lakin onlar inanırlar ki, başqaları onlara qarşı etinazsızdır, sevilmirlər və xəbərsiz gələn adamlar onları qorxudur. Autofobiya bədii mətnlərdə "kimsə tərəfindən" mənasında işlənir və kimdənsə qeyri-ixtiyari olaraq qorxmaq deməkdir. Bu, bəzən özünə nifrətlə əlaqədar olur. Autofobiya digər psixoloji pozğunluqların simptomu ola bilər və ya bir şəxsdə psixoloji problemlərin yaranmasının göstəricisi ola bilər. Bu, həmçinin kiməsə inanmamaq, arxalana biləcəyi kiminsə olmaması və ya dostunun olmaması deməkdir... == Simptomlar == Autofobiyadan əziyyət çəkən insanlar xəstəliyin simptomlarını büruzə verə bilər, lakin bundan əziyyət çəkdiklərinin fərqində olmaya bilərlər. Autofobiyanın simptomlarına daxildir: Şəxs tənhalıq haqda düşünəndə qeyri-ixtiyari qəzəblənir. Düşünür ki, onun tək olmaması üçün kimsə nəysə etməlidir. Tək qalmağı bacarmamaq və ya təkliyin öhdəsindən gələ bilməmək.
Autokunnilinqus
Autokunnilinqus — insanın özünə kunnilinqus etməsi. Başqa sözlə desək, insanın öz vaginasını əmməsi ilə həyata keçirdiyi masturbasiya növüdür. == Sənədləşdirmə == Hərəkəti yerinə yetirmək üçün akrobat kimi yüksək dərəcədə çevik olmaq lazımdır. Daha az çeviklik tələb edən və çox az sayda kişidə sənədləşdirilən avtofelasiyadan fərqli olaraq, o, etibarlı şəkildə sənədləşdirilməmişdir. Bununla belə, insanların özlərinə zərər verdikləri bir fantaziya növü olaraq müəyyən edilmişdir. Ona, insan olmayan primatlarda da rast gəlinir.
Autosarkofaqiya
Autosarkofaqiya psixoloji xəstəlik növü. Bu pozuntu ağır və təhlükəli xəstəliklər siyahısına aiddir. Autosarkofaqiya xəstənin öz bədədnini yeməyə olan həvəsini aradan qaldıra bilməməsinə deyilir. Bu bir növ özünə yönəlmiş kannibalizm kimidir. Bu zaman həkimlər xəstənin öz-özünü yeməsinin qarşısını almağa çalışırlar. Ən dəhşətlisi budur ki, xəstənin özü baş verənləri anlamır və trans vəziyyətindəymiş kimi özünə zərər verir. Bu çox nadir psixi pozuntunu müasir tibb tarixində cəmi bir neçə dəfə qeydə alınıb. Lakin xəstəliyin az rast gəlinməsi onun dəhşətli olmasının qarşısını almır.
Autsayder
Autsayder — müəyyən bir obyekt və ya kateqoriyadan kənar bir şey, müxtəlif səbəblərə görə inhisarçı birliklərə daxil olmayan firma və şirkətlər. Autsayderlərə həm iri, həm də xırda və ya orta müəssisələr aid edilir. Autsayderlər əksər halda yalnız zahirən müstəqil hesab edilir. == Autsayderlər == Bazarda əsasən, azəhəmiyyətli yer tutan firma və şirkətlər; Birjanın üzvü olmayan, lakin müəyyən edilmiş qaydalara riayət etmək şərti ilə satış zalında iş aparmağa icazəsi olan broker; Beynəlxalq gəmiçilikdə bazardakı fəaliyyəti xətti konfranslar çərçivəsindən və onlarla rəqabətdən kənarda həyata keçirən gəmiçilik müəssisələri.
Biometrik autentifikasiya
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması == Biometrik parametrlər == Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir. === Barmaq izləri === Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur. Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var: fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır. Barmaq izinin identifikasiyası Barmaq izinə görə identifikasiya-bu ən geniş yayılmış biometrik texnologiyadır.
Brassica campestris var. autumnalis
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Capsella autumnalis
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Colchicum autumnale
Payız vaxtsızçiçəyi (lat. Colchicum autumnale) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Cucumis melo var. autumnales
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Dendrocygna autumnalis
Qara yekəqarın fitçalan ördək (lat. Dendrocygna autumnalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. == Yarımnövləri == D. a. autumnalis (Linnaeus, 1758) D. a.
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun.Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur.Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq. Polisdən qurtulmağın üç yolu vardır: Təqibdən qaçmaq. Polislərin az olduğu yerlərdə müəyyən müddət dayanmaq.
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanan, Rockstar Games tərəfindən paylanan Grand Theft Auto seriyasının bir hissəsidir. Oyunun 2002-ci ildə GTA 3-ün PC versiyası üçün bazara çıxarıldıqdan bir neçə gün sonra PlayStation 2, PC və Xbox versiyaları üçün bazara çıxarılacağı bildirildi. Oyun PlayStation 2 konsolu üçün 25 Oktyabr 2004-cü ildə Şimali Amerikada, 28 Oktyabr 2004-cü ildə Avropada və 2 dekabr 2004-cü ildə Avstraliyada satışa çıxarılmışdır. Oyunun çıxış tarixi Yaponiyada 9 Noyabr 2006 qərarlaşdırılmışdır. Oyunun Xbox versiyası Şimali Amerikada 25 Oktyabr 2004-cü ildə, Avropada isə 29 Oktyabr 2004-cü ildə satışa çıxarılmışdır. Windows versiyası isə Şimali Amerikada 7 İyun 2005-ci il, Avropada isə 10 iyun 2005-ci ildə satışa təqdim edilmişdir. Grand Theft Auto: San Andreas Spike TV Video Oyunlar Mükafatlarında ən yaxşı aksion-macəra, ən yaxşı xarakter performansı və ən yaxşı soundtrack adı ilə 2004-cü ilin ən yaxşı oyunu seçildi. == Gameplay == Oyunun əsas xarakteri və baş qəhrəmanı ""Carl Johnson""-dur (qısaca olaraq - "CJ", Azərbaycanca - "Karl Conson"). Oyun Carl Johnsonun 1987-ci ildə Liberty City-dən Los Santos-a qayıtması ilə başlamışdır. Hadisələr 1992-ci ildə cərəyan edir.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City Rockstar North tərəfindən hazırlanaraq, Rockstar Games tərəfindən bazara çıxarılan Grand Theft Auto (GTA) seriyasının bir parçasıdır. Sony PlayStation 2 üçün 2002 tarixində bazara çıxarılan oyun, 2003-də Windows əməliyyat sistemi işlədən kompüterlər və Microsoft Xbox platformuna uyğunlaşdırılmışdır. 2004-ün yay aylarında Multi Theft Auto adlı modun MTA 0.5 versiyasına uyğunlaşdırılmışdır. 2010-da Mac OS X əməliyyat sistemi işlədən kompüterlərə uyğunlaşdırılmışdır. 2012-də iOS və Android əməliyyat sistemi işlədən cihazlara uyğunlaşdırılmışdır. Oyunun əsas qəhrəmanı Tomi Versettidir. Bir davam oyunu olaraq görülsədə oyunda danışılanlar Grand Theft Auto III-də olan əvvəlki mövzu qalmaqdadır. Oyun Mayami şəhərinin planında yaradılan “Vice City” adlı uydurma bir şəhərdə cərəyan edir.

Значение слова в других словарях

либери́ец ни́точный отмоли́ть подти́скать посо́льский происте́чь грузи́ться маги́ческий национали́ст огнетуши́тель по-душе́вному пога́ный публика́бельный фраки́йский яз -path atiptoe expansion lyssic sketchpad star-class yacht интенсификация перечитывать пирамида полярный