avstromarksizm 2021
avşarlama
OBASTAN VİKİ
Hülya Avşar
Hülya Avşar (10 oktyabr 1963, Balıkəsir, Türkiyə) — Türkiyə müğənnisi və aktrisası. == Həyatı == Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkəsirdə anadan olub. Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Gənc ikən Mehmet Tecirli ilə ailə həyatı qurub. Sonradan onlar boşanıblar. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat Gözəllik Yarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqda tacı geri alınıb. 1983-cü il Hülya Avşarın həyatında dönüş nöqtəsi olub. Fikrət Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmində aktrisa kimi debüt edib. "Berlin in Berlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Daha sonra musiqi təhsili alan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom və bir sinq çıxarıb.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Liliya Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Məhəmmədhəsən Avşar
Məhəmmədhəsən Avşar — (1835, Urmiya – 1865, Tehran) — İran rəssamı. Məhəmmədhəsən 1835-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rəssamlıqla məşğul olmuşdu. Əsasən portret janrında işləyirdi. Qacar şahlarından Məhəmməd şahın, Nasirəddin şahın, dövlət xadimlərindən Mirzə Tağı xan Əmir Kəbirin portretlərini çəkmişdi. Nəqqaşbaşı ləqəbi almışdı. Onun albomları dünyanın müxtəlif muzeylərində saxlanılır. 1865-ci ildə vəfat edib.
Hacı Baba Avşar
Mirzə Hacı Baba Avşar (fars. افشار، حاجی بابا‎) — öz ölkəsində müasir Avropa tibbini tətbiq edən ilk iranlı həkim. O, Qacar vəliəhdi Abbas Mirzə və onun oğlu Məhəmməd şah Qacarın (1834–1848) sarayında baş həkim idi. "Hacı Baba" adətən uşağa babasının və ya ulu babasının adının qeyd edilməsi və yad edilməsi zamanı verilən ad olduğundan onun əsl adı məlum deyil. O, 1811-ci ildə bir neçə nəfər ilə birlikdə vəliəhd şahzadənin hesabına və ser Harford Cons-Bridcesin nəzarəti altında İngiltərəyə tibb və kimya üzrə təhsil almağa göndərilib. İngiltərədə səkkiz il qalsa da, diplom ala bilməyib. Qayıdandan sonra o, Məhəmməd şah Qacarın yanında saray həkimi kimi çalışıb. Hacı Baba Avşar təxminən 1842 və ya 1843-cü ildə vəfat etmişdir. Onun Mirzə Məhəmməd Mustavfi və Mirzə Əli adlı iki oğlu var idi. Rusiyada mədən mühəndisi olan Cəfərqulu Bəy adlı bir qardaşı da var idi.
Hüseyn xan Avşar
Hüseyn xan Avşar (1894-?) — İctimai-siyasi xadim, İran Məclisinin üzvü. == Həyatı == Hüseyn xan Avşar Avşar elinin Qasımlı oymağındandır. 1894-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsil almışdı. 14 yaşında Fransaya oxumağa getmişdi. Parisdə ali təhsil almışdı. I Dünya Müharibəsi ərəfəsində İrana qayıtdı. Osmanlı imperiyası ordusunda qulluq etdi. Mehdiqulu xan Hidayətin Baş nazirliyi dönəmində İranın Maliyə naziri olmuşdu. İran Milli Məclisinin üzvü idi.
Hüseynqulu xan Avşar
Hüseynqulu xan Avşar — Məhəmmədəli xan Avşarın oğlu və Zülfüqar xan Əmirli-Avşarın nəvəsi, Fətəli şah Qacar dövrünün şairlərindən dir. O, Abbas mirzə Qovanlı-Qacarın məiyyətində idi, ona görə şeirdə "Çakir" təxəllüs edirdi. Zülfüqar xan Əsəədəddövlə onun oğlu idi. Hüseynqulu xan, Azərbaycanca və farsca şeirlər yazıb. == Qaynaqlar == عاقلی، باقر. خاندان های حکومت گر در ايران (جلد دوم). تهران: نشر نامک، 1386. ISBN 964-6895-42-5.
Mahmud Avşar-Yəzdi
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. == Həyatı == M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Mirzə Mahmud Avşar
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Məhəmmədşüca xan Avşar
Şücaəddin Məhəmmədşüca xan Avşar (benqalca: সুজাউদ্দীন মুহম্মদ খাঁন, 1727-1739) Benqaliyanın, Biharın, Orissanın nəvvabı. O, Mürşüdqulu xan ilə Nasiri Banu Bəyimin qızları Zeynəb ün-Nisə Bəyim və Əzəmət ün-Nisə Bəyim ilə evlənmişdir. Onun üçüncü arvadı Dürdanə Bəyim Sahibə olmuşdur. 30 iyun 1727-ci il tarixində qaynatasının ölümündən sonra o, nəvvablıq taxtına çıxmışdır. Məhəmmədşüca xan Səfəvi imperiyasını quran və əsas qızılbaş tayfalarından olan Əfşar tayfasına mənsub olmuşdur. Məhəmmədşüca xan Dəkkənin Burhanpur bölgəsində anadan olmuşdur. Bir digər adı da Mirzə Dəkkəni olan Məhəmmədşüca əslən Dəkkən müsəlmanlarından, eyni zamanda türk tayfası olan Əfşarlardandır. Onun ulu babası Yar Əli Sultan Səfəvi şahı I Təhmasibin dövründə Xorasanın Fərah şəhərinin hakimi olmuşdur. Məhəmmədşücanın atası və Nəvvab Aqil xanın oğlu olan Mirzə Nəsrəddin də Burhanpurdə mühüm vəzifə sahibi olmuşdur. O, Böyük Moğol imperiyasında Heydərabaddan asılı olan ilxandal vəzifəsini icra etmişdir.
Avşar
Əvşarlar sülaləsi — sülalə Avşar (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aşağı Avşar — Azərbaycanın Ağcabədi rayonunda kənd. Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Avşar — Xocavənd rayonunda kənd.
Avşar (Ağcabədi)
Avşar (əvvəlki adı: Üzeyirkənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Avşar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Üzeyirkənd kəndi Avşar kəndi və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd Soveti adlandırılmışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 11400 nəfərdir. === Tanınmış şəxsləri === Namiq Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı. Məzahir Ərtuğ Avşar — rəssam == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Avşar (Vedibasar)
Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında, Qafqazın 5 verstlik xəritəsində Avşar kimi qeyd edilmişdir. == Toponimiyası == Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119).
Avşar Baba
Avşar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Avşar xalçaları
Avşar xalçaları əsasən Urmiya ətrafında toxunur. Avşarların iqtisadi yaşamında qoyunçuluq təsərrüfatı ilə bağlı olan toxuculuq sahəsi də önəmli yer tuturdu. Onların toxuculuq məhsullarından kilim, cecim, кeçə, çadır, çuval, məfrəş, xurcun, hor, heybə və sairə el-elat arasında yüksək dəyərləndirilirdi. Avşar elinin bin tutub, buta bağladığı yerlərdə "Avşar" adlı xalça toxunurdu. Avşar xalçaları bütün Şərq köçərilərinin istehsal etdikləri xalçalar arasında ən kefiyyətlisi və zərifi hesab olunurdu. Tehranda çıxan "Bərrəsi-ye sənət-е fərş dər Iran" nəşrinin verdiyi bilgiyə görə, Urmiyada istehsal edilən xalça növləri içərisində "Avşar" və yaxud "Əfşari" adlı xalçalar daha gözəl, daha keyfiyyətli idi. "Avşar" xalçalarının alıcısı çox olduğundan sonralar belə xalıların istehsalı Azərbaycanda və Iranda yayılmağa başlanmışdı. Avşar xalçalarının bir növü də Ağcabədi bölgəsinin Avşar kəndində toxunurdu. Bu növ xalçalar da şan-şöhrət qazanmışdılar. Avşar ulusu həm çöl, həm də el dönəmində tutarlı mədəniyyət örnəkləri yaratmışdır.
Aşağı Avşar
Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır. == Tarixi == Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi 9.0 kv.km-dir. == Əhalisi == Əhalisi 1756 nəfərdir (2009). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898–1951)—İranın ictimai xadimi. Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məzahir Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (12 yanvar 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973–1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978–1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub. Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Rza Avşar
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Məzahir Ərtuğ Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (12 yanvar 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973–1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978–1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub. Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Nadir şah Avşar
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Fətəli xan Araşlı-Avşar
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. == Siyasəti == Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.
Hacı Ərdəşir xan Qasımlı-Avşar
Hacı Ərdəşir xan Yusif xan oğlu Qasımlı-Avşar (?-?)—İran briqada generalı. == Həyatı == Ərdəşir xan Yusif xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Xüsusi təhsil almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ərdəşir xan hərbçi idi. Sərtip (briqada generalı) rütbəsi daşıyırdı. == Ailəsi == Hacı Ərdəşir xan İqbalüddövlə İmamqulu xanın qızı ilə ailə qurmuşdu. Cəmşid xan adlı oğlu vardı. Cəlal xan Avşar-Hacı Ərdəşir xanın nəvəsidir. Məsturə Avşar-Hacı Ərdəşir xanın nəvəsidir.
Hüseynqulu xan Qasımlı-Avşar
Hüseynqulu xan İmamqulu xan oğlu Qasımlı-Avşar (?-1821) — Urmiya xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyan qaldırıb.
Hüseynqulu xan Qasımlı-Avşar (kitab)
II Nadir şah Qırxlı-Avşar
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
Kəlbəli xan İmanlı-Avşar
Kəlbəli xan İmanlı-Avşar (?-1639) - Urmiya hakimi. == Həyatı == Kəlbəli sultan Qasım xan oğlu Urmiyada anadan olmuşdu. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barıt çatdırmışdı. Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. Şahdan xan ünvanı almışdı. I Şah Abbas Səfəvi əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq.
Lütfəli xan Kosaəhmədli-Avşar
Lütfəli xan Babaəli bəy oğlu Kosaəhmədli-Avşar (?-?) — Avşarlar sülaləsi dönəmində sərkərdə. == Həyatı == Nadirqulu xan Qırxlı-Avşar əvvəlcə atasını, sonra isə əmisi Baburu o dünyaya yola saldı. Bundan sonra onun həyatının müəyyən dövrü Əbivərd hakimi Babaəli ilə bağlıdır. Məlumdur ki, Babaəli bəy İmamqulunun ölümündən sonra Nadirin dul qalmış anasına kəbin kəsdirib. Başqa sözlə deyilsə, Babaəli bəy Nadirin atalığına çevrildi. Bəzi tədqiqatçılar və tarixçilər Babaəli bəy Kosaəhmədli ilə Nadir arasında mürəkkəb münasibətlərin olduğunu qeyd edirlər. Əslində isə, belə deyildi. Nadirlə Babaəli bəy arasında səmimi münasibətlər formalaşmışdı. Sonradan Nadirin anasının Babaəli bəydən daha iki oğlu oldu. Onlardan birinin adı Fətəli idi.
Mirzə Ağa xan Gündüzlü-Avşar
Mirzə Ağa xan Nəcəfqulu xan oğlu Gündüzlü-Avşar(?-?)— İran hərbçisi, general-mayor. Ağa xan Nəcəfqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qacarlara xidmət etmişdi. Mirpənc rütbəsi almışdı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Mirzə Ağa xanın Səmsam xan, Heydər xan, Əli xan, Hacı xan, Əziz xan adlı oğulları vardı.
Mirzə Rza xan Avşar
Mirzə Rza xan Avşar (?-?)—Azadxah, junalist, İran Məclisinin üzvü. Mirzə Rza xan Avşar elinin Bəgişli oymağındandır. Cənubi Azərbaycanın Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. İran Məclisinin üzv seçilmişdi. Bir müddət Berlində yaşamışdı. Sonra Tehrana gəlmişdi. Bəhai idi. Mirzə Rza xan Bəgişli XIX əsrin axırlarında İstanbul və Trabzon şəhərlərində diplomatik korpusda olarkən Mirzə Hüseyn xanla bərabər "Əlifba" hazırlamış, "Əlifbayi-behruzi" və "Nümuməyi-Əfkar" adlı əsərləri 1881-ci ildə və 1885-ci ildə İstanbulda dərc etmişdir. Mirzə Rza xan jurnalist idi.
Mirzə Əbdülhüseyn xan Avşar
Mirzə Əbdülhüseyn xan Əlinağı xan oğlu Avşar (?-?) — İran hərbçisi, general. Mirzə Əbdülhüseyn xan Əlinağı xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Valideynləri kimi hərbə meyl etmişdi. Mirpəncə (general) rütbəsinədək yüksəlmişdi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Mirzə Əbdülhüseyn xan Avşar elinin Qasımlı oymağındandır. Hacı Məhəmməd xan Qasımlı-Avşarın nəvəsidir. Atası Yəminiləşkər ləqəbli Əlinağı xan İran Qacarlar ordusunun yüksək rütbəli zabitlərindən idi. Ənvər Çingizoğlu, Aydın Avşar.
Muxtar Avşarov
Muxtar Həsən oğlu Avşarov (15 fevral 1914, İrəvan – 6 dekabr 2004, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb. 1922-ci ildə o, Gəncədəki Dəmiryol məktəbində oxumuş və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır. Hələ məktəbli vaxtlarından incəsənətə, teatra olan həvəs onu rahat buraxmadığından boş vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. M. Avşarov ilk teatr təhsilini elə bu böyük sənətkardan almışdır. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə paravoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir.
Muxtar Avşarov xatirələrdə... (film, 2013)
Muxtar Avşarov xatirələrdə... — rejissor Sənan Sultanovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Avşarovun xatirəsinə həsr olunur. Filmdə "Unuda bilmirəm", "Vaqif", "Dəli Domrul", "Tənha qadınlar" teatr tamaşalarının, "Yenilməz batalyon", "Dəli Kür", "Gözlə məni", "Qızıl uçurum", "Atları yəhərləyin", "Qara gölün cəngavərləri", "Qəm pəncərəsi", "Kişi söz", "Hacı Qara", "Güllələnmə təxirə salınır!..." flmlərinin, eləcə də "Solğun çiçəklər" televiziya tamaşasının kadrlarından istifadə edilmişdir.
Məhəmmədqulu xan Qasımlı-Avşar
Məhəmmədqulu xan Qasımlı-Avşar (1760, Urmiya – 1798, Urmiya) — Urmiya xanı . Məhəmmədqulu xan Rzaqulu xan oğlu 1760-cı ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əmiraslan xan Araşlı-Avşardan sonra, 1784-cü ildə Avşar ağsaqqallarının iradəsi ilə taxta əyləşmişdi. O, ilk gündən xanlıqda dəyişiklərə başladı. Vəzifə islahatı keçirdi. Məhəmmədqulu xan hakimliyinin ilk vaxtlarından qonşu xanlarla mübarizəyə başladı. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkir. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı.
Məşhur avşarlar (kitab)

Digər lüğətlərdə