ATLAZ
AVANMAQ
OBASTAN VİKİ
AV
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
"Avropada ilin muzeyi" müsabiqəsi
"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. == Tarixi == Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. == Şərtləri == Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
"Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsi
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır.2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlərMaddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2. Medalın ön tərəfi 2.1.
"Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" yubiley medalı
"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təltif edir. == Taxılma qaydası == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Azərbaycan avtomobil yolları — 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm, qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Diametr boyu kiçik kürəkciklərlə haşiyələnmiş medalın ön tərəfinin aşağı hissəsindən yuxarı hissəsinə doğru açılan günəş şüalarının üzərində yol, körpü və səkkizguşəli ulduzun fraqmentindən ibarət kompozisiya yerləşdirilmişdir. Kompozisiyanın aşağı hissəsində palıd budağı, yuxarı hissəsində "100" rəqəmi təsvir olunmuşdur. Ön tərəfin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN AVTOMOBİL YOLLARI", aşağı hissəsində qövs boyunca "1918" və "2018" rəqəmləri həkk olunmuşdur. Yazılar ilə rəqəmlər arasında sol və sağ tərəflərdə diametri 2 mm olan səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Azərbaycan avtomobil yolları — 100 il (1918–2018)" yubiley medalı
"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təltif edir. == Taxılma qaydası == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Azərbaycan avtomobil yolları — 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm, qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Diametr boyu kiçik kürəkciklərlə haşiyələnmiş medalın ön tərəfinin aşağı hissəsindən yuxarı hissəsinə doğru açılan günəş şüalarının üzərində yol, körpü və səkkizguşəli ulduzun fraqmentindən ibarət kompozisiya yerləşdirilmişdir. Kompozisiyanın aşağı hissəsində palıd budağı, yuxarı hissəsində "100" rəqəmi təsvir olunmuşdur. Ön tərəfin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN AVTOMOBİL YOLLARI", aşağı hissəsində qövs boyunca "1918" və "2018" rəqəmləri həkk olunmuşdur. Yazılar ilə rəqəmlər arasında sol və sağ tərəflərdə diametri 2 mm olan səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
106 nömrəli avtobusda partlayış (film, 2004)
106 nömrəli avtobusda partlayış qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Oleq Namazov tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1984-cü ildə Bakıda 106 saylı avtobusun partladılması terror hadisəsi haqqındadır. == Məzmun == Film 1984-cü ildə Bakıda 106 saylı avtobusun partladılması terror hadisəsi haqqındadır. Terror hadisəsi nəticəsində iki uşaq anası olan bir qadın həlak olmuş, daha bir neçə nəfər yaralanmışdı. Bu cinayəti törətmiş terrorçunun şəxsiyyəti müəyyən edilmiş, onun Vartanov soyadlı erməni olması sübuta yetirilmişdir.
106 saylı avtobusun partladılması
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi. == Haqqında == 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı. Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. == Nəticə == İki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır. == İstinadlar == == Ədəbiyyat == "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il. == Xarici keçidlər == Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
10 avqust
10 avqust — Qriqorian təqvimində ilin 222-ci günü. (uzun ildə 223-cü) Bu tarixdə ilin sonuna 143 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1821 — Missuri ABŞ-nin 24-cü ştatı olub. === 1901–cari === 1910 — Antanta Dövlətləri və Osmanlı imperiyası arasında Sevr müqaviləsi imzalanmışdır. === Azərbaycana aid hadisələr === 1990 — Gəncədən 20 km uzaqlıqda Tbilisi-Ağdam marşrut avtobusu partladılmışdır. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında boksçular Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov bürünc medal qazanıb.
11 avqust
11 avqust — Qriqorian təqvimində ilin 223-cü günü. (uzun ildə 224-cü) Bu tarixdə ilin sonuna 142 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1473 — Ağqoyunlular və Osmanlı imperiyası arasında Otluqbeli döyüşü baş vermişdir. === 1601–1900 === === 1901–cari === 1920 — RSFSR və Latviya arasında Riqa sülh müqaviləsi imzalanmışdır. 1932 — Belarusda Belovejskaya Puşça Milli Parkı yaranmışdır. 1960 — Çad Fransadan müstəqilliyini elan edib. 2012 — İranın Şərqi Azərbaycan ostanında zəlzələlər baş vermişdir. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanıb. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçilər Şərif Şərifov və Toğrul Əsgərov qızıl medal qazanıb.
13 avqust
13 avqust — Qriqorian təqvimində ilin 225-ci günü. (uzun ildə 226-cı) Bu tarixdə ilin sonuna 140 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1895 — ABŞ və İspaniya arasında İspan-ABŞ müharibəsi bitmişdir. === 1901–cari === 1960 — Mərkəzi Afrika Respublikası Fransadan müstəqilliyini elan edib. 1961 — Soyuq müharibə: Şərqi Almaniya sakinlərinin Qərbə qaçmaq cəhdlərinin qarşısını almaq üçün, Berlinin şərq və qərb sektorları arasındakı sərhədi bağlayır və Berlin divarının tikintisi başlanır. 2004 — XXVIII Yay Olimpiya Oyunları Afinada keçirilib.
14 avqust
14 avqust — Qriqorian təqvimində ilin 226-cı günü. (uzun ildə 227-ci) Bu tarixdə ilin sonuna 139 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1920 — VII Yay Olimpiya Oyunları Antverpendə keçirilib. 1947 — Pakistan Britaniya imperiyasından müstəqillik qazanıb. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Mövlud Mirəliyev bürünc medal qazanıb.
15 avqust
15 avqust — Qriqorian təqvimində ilin 227-ci günü. (uzun ildə 228-ci) Bu tarixdə ilin sonuna 138 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Konqo Respublikası (Brazzavil) Fransadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan manatı dövriyyəyə buraxılmışdır. 1994 — Azərbaycan və Sinqapur arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında güləşçi Sabah Şəriəti bürünc medal qazanıb.
15 avqust (film, 2001)
15 avqust (fr. 15 Août) — 2001-ci ildə istehsal olunmuş Fransa filmi.
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
1848-1849-cu illər Avstriya inqilabı
1848-1849-cu illər Avstriya inqilabı — Avstriya imperiyasında baş vermiş burjua-demokratik inqilab, 1848-ci il inqilablarından biri. == Tarixi == Avstriyada da inqilab Fransada baş verən inqilabının təsiri altında baş verdi. Avstriya hakim dairələri mətbuata Fransada baş verənlər haqqında bir kəlmə belə qeyd etməmək üçün qadağalar qoysa da, artıq mart ayının 3-də aşağı landtaqların tələbləri meydana çıxdı. Bu tələblərdə senzuranın ləğvi, təmsilçiliyin artırılması, landtaqların hüquqlarının genişləndirilməsi əks olunmuşdu. Mart ayının 13-də isə Vyanada baş verən üsyan nəticəsində, mart ayının 14-də Klemens Metternix hakimiyyətdən devrildi. Mart ayının 15-də isə Macarıstanda Buda və Peşt şəhərlərində üsyanların baş qaldırması ilə inqilab qalibiyyət çaldı. == Ədəbiyyat == Авербух Р. А. Революция в Австрии (1848—1849 гг.). М., 1970.
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898)
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur.Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur.Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır. == İstinadlar == == Xarici keçidlər == 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı — YouTube == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
18 avqust
18 avqust — Qriqorian təqvimində ilin 230-cu günü. (uzun ildə 231-ci) Bu tarixdə ilin sonuna 135 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1958 — ABŞ-də Vladimir Nabokovun "Lolita" romanı nəşr edilib. === Azərbaycana aid hadisələr === 2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında atıcı İradə Aşumova bürünc medal qazanıb. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında kanoeçi Valentin Demyanenko gümüş, boksçu Kamran Şahsuvarlı və güləşçi Nataliya Sinişin isə bürünc medal qazanıb.
1956 Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
1957 Avroviziya Mahnı Müsabiqəsi
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. == Keçirilən yer == Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
1960 Avroviziya Mahnı Müsabiqəsi
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1961 Avroviziya Mahnı Müsabiqəsi
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1962 Avroviziya Mahnı Müsabiqəsi
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
1963 Avroviziya Mahnı Müsabiqəsi
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.

Значение слова в других словарях

антиматериалисти́ческий вла́жность выга́чивать выпря́дываться неотзы́вчивость непринуждённый неуда́чливость поре́заться практици́зм ускака́ть абисси́нцы грязелече́ние дублёр координа́ты нарко... похмели́ться сомбре́ро фалло́пиев colour bearer enuresis oligoclase quaestor stolid скучать тектоника