AVARA

1. AVARA (heç bir işlə məşğul olmayan, iş-güc görməyən adam) [Əli:] Mən sənətsiz-peşəsiz avaraya qız vermərəm (M.İbrahimov); BAMBILI (dan.) Gövhərtacın anası: O axmaq bambılıda sən nə görübsən? (Ə.Haqverdiyev); HƏPƏND (köhn.) (söyüş kimi də işlənir) Əhməd bəy: A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim? (Ə.Haqverdiyev); SƏRSƏRİ Zeynalı belə sərsəri həyata ..bəzi arqadaşları.. sürükləmişdi (S.Hüseyn).

2. avara bax veyl

AVAR
AVARALANMAQ
OBASTAN VİKİ
Avara (film, 1951)
"Avara" (hind. आवारा) — 1951-ci ildə istehsal olunmuş Hindistan filmi. == Məzmun == Rac küçədə anadan olub və orada da yaşayır. Eləcə də kiçik oğurluqla məşğul olur. Onun əsl atası – varlı hakim Raqunat çox illər qabaq arvadını – Racın anasını hamilə olduğuna baxmayaraq evdən qovmuşdu. Rac uşaqlıqda onunla bir məktəbdə oxuyan Rita adlı bir qızla tanış olur. Hakim Raqunat həm də Ritanın qəyyumu olur. Raqunat Ritanın ona şübhəli görünən Racla görüşməsinə etiraz edir və onu başqa şəhərə aparır. Küçədə yaşayan Rac Caqqa ilə tanış olur. Caqqa ona sanki atasını əvəz edir.
Avara illər (kitab)
Avara illər - Orxan Kamalın yazdığı və 1950-ci ildə nəşr olunan roman. Müəllif romanı 1949-cu ildə yazıb. Roman Orhan Kamalın "Kiçik Adamın Qeydləri" adı altında toplanıb. Seriyanın digər kitabları Ata evi (roman), Cəmilə (roman) və Dünya Evi (türk.) idi. == Məzmun == Avara illər, xalqına inanan bir yazıçının dili ilə desək, çətin uşaqlıqdan sonra yetkinliyə keçid zamanı şəxsiyyətin həqiqəti tapmaq mübarizəsindəki qorxularını, qaçışlarını, xatirələrini əks etdirən romandır. Ata evi (roman)dan sonra ədəbiyyatımızda “insan məsələsini” hər yönüylə ən yaxşı qələmə verən yazarlardan biri olan Orxan Kamalın qələmə aldığı “Boş illər” həm də bir maarifçilik romanıdır...
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Avara aşiq (film, 1993)
== Məzmun == Quldurlar tərəfindən gənc taksi sürücüsü və onun arvadı həlak olur. Onların oğulu Cimi, dələduzlarla dostluq edir və yalan hesabına yaşayır. Böyük qaçaqmalçıya aid olan qızıl oğurlayır. Cimi Polislərdən qaçmağa məcbur olur. O, Bir vaxtlar Atası xilas etdiyi və həlak olduğu şəxsin evinə düşür. Hadisədən Ciminin xəbəri olmur. Cimi özünü ABŞ-dən gəlmiş ev sahibinin qızının adaxlısı kimi aparır. Sonda Cimi Quldurlardan qisasını alır.
Xanım və Avara (film, 1955)
Xanım və avara (ing. Lady and the Tramp) — 1955-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 15-ci cizgi filmi. İlk nümayişi 22 iyun 1955-ci ildə təqdimatı olmuşdur. Uord Qrinin eyniadlı romanının ekranlaşdırmasıdır. 27 fevral 2001-ci ildə Disney studiyası filmin sikvelini - "Xanım və Avara 2: Yaramazın sərgüzəştləri" (Lady and the Tramp II: Scamp's Adventure) cizgi filmini təqdim etmişdir. 28 fevral 2006-cı ildə "Xanım və avara" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2012-cü ildə "Xanım və avara" Blu-ray-də yenidən satışa çıxarılmışdır.
Xanım və Avara (cizgi filmi, 1955)

Xanım və Avara 2: Yaramazın sərgüzəştləri
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (ing. Lady and the Tramp II: Scamp's Adventure) — 2001-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. İlk nümayişi 27 fevral 2001-ci ildə təqdimatı olmuşdur. 1955-ci ildə yaradılmış "Xanım və Avara" cizgi filminin davamıdır. Cizgi filminin süjetini Xanım və avaranın oğlu Yaramazın başına gələnlər təşkil edir. O, ev iti olmaq istəmir və atası kimi "əsl küçə iti" olmaq arzusundadır. Cizgi film Volt Disney şirkətinin hazırda ləğv olunmuş Avstraliya nümayəndəliyi tərəfindən yaradılmışdır.
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (cizgi filmi, 2001)
Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (ing. Lady and the Tramp II: Scamp's Adventure) — 2001-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. İlk nümayişi 27 fevral 2001-ci ildə təqdimatı olmuşdur. 1955-ci ildə yaradılmış "Xanım və Avara" cizgi filminin davamıdır. Cizgi filminin süjetini Xanım və avaranın oğlu Yaramazın başına gələnlər təşkil edir. O, ev iti olmaq istəmir və atası kimi "əsl küçə iti" olmaq arzusundadır. Cizgi film Volt Disney şirkətinin hazırda ləğv olunmuş Avstraliya nümayəndəliyi tərəfindən yaradılmışdır.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avaran (Eçmiədzin)
Avaran — Eçmiədzin qəzasında kənd adı. == Toponimik izah == Avaran- İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. (133, 1). Qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Bax: Abaran. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Avaran (Qusar)
Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. == Toponimikası == Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır. Əhali ləzgilərdən ibarətdir.
Avaranqışlaq
Avaranqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Avaran kənd inzibati-ərazi vahidi tərkibindəki Avaranqışlaq kəndi Kuzunqışlaq kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Avaran (kənd adı) və qışlaq sözlərindən düzəlib, "Avaran kəndinin qışlağı" deməkdir. Avaran kəndinə məxsus keçmiş qışlaq yerində məskunlaşma nəticəsində bu yaşayış məntəqəsi meydana gəlmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusarçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 490 nəfər yaşayır.
Avarayr döyüşü
Avarayr döyüşü və ya Avaray döyüşü — Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında döyüş. Maku ilə Xoy arasındakı Avarayr düzündə, 26 may 451-ci ildə olmuşdur. Üsyana Vardan Mamikonyan başçılıq edirdi. Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir.
Avarayr düzü
Avarayr düzü — İranda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.
Avarayr çölü

Digər lüğətlərdə