AVESTA

is. Qədim, əfsanəvi peyğəmbər Zərdüştə isnad edilən müqəddəs kitablar külliyyatı. Avestanın yazıldığı dili bəzən Midiya dili adlandırırlar. Ərəb işğalları dövründə və sonralar Sasanilər dövrü Avestasının xeyli hissəsi məhv olmuşdu.
AVDUĞ
AVIRTMAC
OBASTAN VİKİ
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünya görüşlüdür. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir == Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Avesta dili
Avesta dili Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Xurda Avesta
Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər.

Digər lüğətlərdə

бетоносмеси́тель изорва́ться мифоло́гия на по́лном серьёзе повсю́ду смолосеменни́к трапецеида́льный эллипсо́ид ясновельмо́жный безвозме́здно бро́мный восто́рженный ретропока́з тромб идиллия урень clasper kamerad Khoresm lustra Salop senior citizen допризывный переросток расселять