AVAZSIZ
AVİABİLET
OBASTAN VİKİ
Aviabaza
Hərbi aerodrom və ya aviabaza — mövcud aviasiya hissələrinə xidmət göstərən təmir və təchizat orqanı. Təmir sexləri və anbardan ibarətdir. Səyyar aviabazaların təmir sexləri xüsusi uyğunlaşdırılmış "Foks-Arbel" qatar vaqonlarında yerləşir və təyyarələrin, mühərriklərin, avtomobillərin və bəzi silahların və bort avadanlıqlarının kiçik və lazım gəldikdə orta həcmli təmirini yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Daimi aviabazaların emalatxanaları xüsusi uyğunlaşdırılmış binalarda təşkil olunur və yuxarıda sadalanan əmlakın orta və bəzi hallarda əsaslı təmirini həyata keçirmək üçün nəzərdə tutulmuşdur == İstinadlar == == Əlavə ədəbiyyat == Воздушный кодекс Российской Федерации — России, утверждён 19.03.1997 года, № 60-ФЗ. Федеральные авиационные правила производства полётов государственной авиации.
Bataysk Aviabazası
Bataysk — Rostov vilayəti ərazisində eyni adlı şəhərin cənub-şərqində, Rostov-na-Donu şəhərindən 12 km aralıda yerləşən hərbi aerodrom. 1940-cı illərdə aerodromda hərbi təyyarəçilik uçilişi yerləşirdi. 1950-ci illərdə aerodromda Yeysk hərbi təyyarəçilik uçilişi qərarlaşırdı. Bura əsasən I–II kursdan olan kursantlar öz peşələrinə yiyələnirdilər. 1960-cı illərdə aviabazada L-29 təyyarələr cəmləşdirilmişdi. 1980-ci illərdə isə L-29 təyyarələri L-39 təyyarələrilə əvəzlənmişdir. 1993-cü ildə arerodrom yerləşməsi səbəbindən uçilişin tərkibindən çıxarılır. Burada 801 saylı tədris aviasiya polku yaradılır. Burada müxtəlif msrkalı hərbi təyyarələr yerləşdirilmidi. 2015-ci ilin mayına qədər aerodrom tərk edilmişdi.
Dəllər aviabazası
Dəllər aviabazası — Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən aviabaza. Baza Azərbaycan Hərbi Hava Qüvvələrinin balansındadır. == Tarixi == Aviabazada vaxtı ilə 882-ci qırıcı aviasiya polku yerləşirdi. Burada Su-24 və MiQ-25 hərbi təyyarələri yerləşdirilmişdi.
Gəncə aviabazası
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Kürdəmir aviabazası
Kürdəmir aviabazası — Azərbaycan Respublikasının Kürdəmir rayonunda, Bakıdan qərbdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada Su-25 qırıcı təyyarələri və Su-24 bombardmançıları yerləşir. == Tarixi == 1941-ci ilin sentyabr ayından 1942-ci ilin mart ayına kimi 25-ci ehtiyat qırıcı aviasiya polku bu aviabazada yerləşib. Polkun pilotları burada İkinci dünya müharibəsi dövrünə aid təyyarələrlə, həmçinin İngiltərədən və Amerikadan göndərilmiş təyyarələrlə döyüş təlimi keçirdilər. 28 noyabr 1945-ci ildən 22 noyabr 1969-cu ilə kimi MiQ-17 təyyarələrindən ibarət 761-ci qırıcı aviasiya polku Kürdəmir aviabazasında yerləşib. 1953 - cü ildən etibarən aerodromda Su-24 və Su-17 təyyarələrindən ibarət olan, 36-cı Bombardmançı Aviasiya diviziyasının tərkibindəki 976-cı İnsterburq Bombardmançı Aviasiya Alayı yerləşirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra aviabaza Azərbaycana Hərbi Hava Qüvvələrinin nəzarətinə verilməsi razılaşdırılıb. Razılaşmaya görə Rusiya ordusu Azərbaycanı tərk edərkən hərbi bazalarda olan silah-sursatı təhvil verməli olduğu halda, bir çox hallarda Rusiya razılaşmaya əməl etmirdi. Kürdəmir aviabazasında xidmət edən rus əsgərləri bütün hərbi texnikanı icazəsiz Rusiyaya daşıdılar, bazada ancaq bir ədəd istifadəyə yararsız Su-24 təyyarəsi saxlayaraq bazanı tərk etmişdilər. Rusiya ordusu getdikdən sonra Kürdəmir aviabazası Surət Hüseynova sadiq qüvvələrin nəzarətinə keçib və aviabazadan 1992-ci ilin iyunundan etibarən buradan hərbi təyyarələr Qarabağa döyüş uçuşları həyata keçirməyə başladılar.
Nasosnı aviabazası
Nasosnı aviabazası — Azərbaycan Respublikasının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. == Tarixi == Burada 1940-cı ilin aprel ayından 1941-ci ilin aprel ayınadən 25-ci qırıcı aviasiya polku yerləşirdi. Əsasən İ-15bis və İ-16 təyyarələri istifadə edilirdi. 1945-ci ildən 1992-ci ilə qədər burada ayına kimi burada 82-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Bazanın hədəfi neft buruqlarının təhlükəsizliyini təmin etmək olmuşdur. Burada vaxtı ilə aviatəmir zavodu olmuşdur (MiQ-25 qırıcıları üçün). == Avia qəzalar == 1977-ci ilin yazı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı MiQ-25 təyyarəsi ilə dənizə düşmüşdür. Nəticədə baş leytenant Peleşenko həlak olmuşdur. 1977-ci ilin payızı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı Rəhimov yüksəkliyi düzgün müəyyən etməməsi səbəbindən enərkən qəzaya uğramışdır. Təyyarəçi həlak olmuşdur.
Offutt aviabazası
Offutt aviabazası (ing: Offutt Air Force Base) (İATA: OFF, ICAO: KOFF, FAA LID: OFF) - ABŞ-nin Omaha şəhəri yaxınlığında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazası. Baza, ABŞ Strategiya Komandanlığının (USSTRATCOM), Hərbi Hava Qüvvələri Hava Vəziyyəti Agentliyinin və əsas bölmə kimi fəaliyyət göstərən Havadan Müdaxilə Komandanlığının (ACC) 55-ci Qanadının (55. Wing) qərargahıdır. Offuttun aviasiya sahəsində ilk istifadəsi 1918-ci ilin sentyabrında Birinci Dünya Müharibəsi əsnasında Ordu Hava Xidmətinin şar sınağı bölgəsi olaraq başlamışdır. Bazanın adı 1924-cü ildə Birinci Dünya Müharibəsi pilotu leytenant Jarvis Offuttun xatirəsinə Offutt olaraq dəyişdirilmişdir.
Qala aviabazası
Qala aviabazası — Azərbaycan Respublikasının Xəzər rayonunda, Bakıdan şərqdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada əsasən hərbi helikopterlər üçün nəzərdə tutulmuşdur. == Tarixi == Aerodrom inzibati cəhətdən Xəzər rayonunun Qala qəsəbəsindən 5 km cənub-şərqdə yerləşir. SSRİ dönəmində hərbi məqsədlər üçün istifadə edilirdi. Burada 482-ci qırıcı aviasiya polku yerləşirdi. Sonrakı dönəmlərdə HHMQ xidmət etmişdir. 1949-cu ilin iyul ayından 1952-ci ilin iyul ayına kimi burada 518-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Uçuşlar YK-9U və MiQ-15 təyyarələri ilə həyata keçirilmişdir. 1980 - 1992 illərdə burada 300-cü qarışıq aviyasiya eskadrilyası fəaliyyət göstərirdi. Hazırda isə Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasındadır.
Xmeymim aviabazası
Xmeymim aviabazası Suriyada yerləşən, lakin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən hərbi məqsədlər üçün istifadə edilən aviabazadır. Əl-Laziqiyyə mühafəzəsinin Əl-Laziqiyyə şəhərinin cənub-şərqində yerləşir. Bazanın leqal statusu 2015-ci ilin avqustunda Rusiya və Suriya hökumətləri arasında imzalanmış razılaşma ilə tənzimlənir. 2017-ci ilin sonlarında Rusiya hökuməti Xmeymim bazasının Suriyadakı daimi Rusiya hərbi kontingentinin bir komponenti olması barədə qərar qəbul etmişdir. == Tarixi və hazırkı leqal statusu == Xmeymim aviabazası 2015-ci ilin ortalarında Basil Əl-Əsəd Beynəlxalq Aeropotuna bitişik şəkildə inşa olunmuşdur. Bu aviabaza "Suriya vətəndaş müharibəsində iştirak edən Rusiya qüvvələri üçün strateji mərkəz" rolunu oynayır. Suriyada Rusiyaya məxsus strateji bazanın mövcudluğu barədə xəbər ilk dəfə ABŞ tərəfindən sentyabrın əvvəllərində açıqlanmış və amerikalı rəsmilər bu hadisənin Suriyadakı mövcud münaqişəni daha da alovlandıra biləcəyindən ehtiyatlanmışdır. Aviabaza 30 sentyabr 2015-ci il tarixində istifadəyə verilmişdir.26 avqust 2015-ci ildə Dəməşq şəhərində Rusiya və Suriya arasında imzalanmış razılaşmaya əsasən Rusiya tərəfi bu aviabazadan heç bir vaxt məhdudiyyəti olmadan istifadə etmək hüququna sahib olurdu. Razılaşma Rusiya parlamenti tərəfindən ratifikasiya olunduqdan sonra 2016-cı ilin oktyabrında prezident Vladimir Putin tərəfindən imzalanmışdır. Beləliklə, bazada xidmət göstərən rusiyalı şəxsi heyət və onların ailə üzvləri diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında nəzərdə tutulmuş hüquqi toxunulmazlıq və digər imtiyazlar əldə etdilər.
Şayrat aviabazasının bombardman edilməsi
Şayrat azviabazasının bombardman edilməsi (ing. 2017 Shayrat missile strike) — ABŞ Hərbi-Dəniz Qüvvələrinin Suriya müharibəsi çərçivəsində Suriyada dövlətə məxsus Şayrat aviabazasını 59 Tomahauk raketləri ilə bombardman etməsi. Hücum əmrini ABŞ Prezidenti Donald Tramp 4 aprel 2017-ci il Xan-Şeyxunda kimyəvi silahdan istifadəyə cavab olaraq verib. Bu hadisə Suriya müharibəsi başlayandan ABŞ-nin Suriya dövlətinə məxsus obyektə ilk hücumudur. == Münasibət == === Suriya === === ABŞ === === Beynəlxalq === Avstraliya, İsrail, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq və Türkiyə hökumətləri hücumu kimyəvi hücuma cavab olaraq qiymətləndirib və müsbət dəyərləndirib. Rusiya və İran hücumu tənqid edərək, bunu suveren bir ölkənin hüquqlarının pozulması kimi qiymətləndiriblər. == İstinadlar == == Həmçinin bax == Xan-Şeyxunda kimyəvi silahdan istifadə == Xarici keçidlər == "ABŞ Suriya hərbi bazasına zərbə endirdi, nə baş verir? - TƏHLİL" ( (az.)). islamazeri. 2017-04-07.

Значение слова в других словарях

вгиба́ние вулка́нный гноеточи́вый кубообра́зно обеспло́живаться отчёсывать припла́вливаться самоотверже́ние ужа́стик бра́тия вычисля́ть пастора́ль приста́вка расклёпываться сгово́рчивый ума́сливаться я́сный рюим boatswain's chair clawed inhumanity prophetical recrystallization вносить соответствовать