Qərb dialektlərində rəngi bir qədər ağ olan şirin gilasa “ablaq gilas” deyirlər. Sözün əsli avlaq yox, ağlaq olub. Burada ağ kökü məlumdur, -laq şəkilçisi isə, güman ki, -xay şəkilçisinin dəyişmiş formasıdır (dəlixay, solaxay sözlərindəki kimi). Qədim mənbələrdə “ağız suyu” birləşməsinin mənasını verən balavız sıqu ifadəsinə təsadüf etmişəm. Göründüyü kimi, burada da ğ-v əvəzlənməsi mövcuddur. Qərb dialektlərində ağarmaq əvəzinə, avazımaq (“xəstənin rəngi avazıyıb” deyirlər) sözü də mövcuddur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)