AVSTRİYA

Latın sözüdür, mənası “şərq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AVLAQ
AVTOMOBİL
OBASTAN VİKİ
Avstriya gerbi
Avstriya gerbi — Avstriyanın rəsmi dövlət simvoludur. Dövlət Bayrağı və Dövlət Himni ilə birlikdə əsas dövlət rəmzlərindən biridir. İlk dəfə 15-ci əsrdə qəbul edildi, lakin bu günə qədər də qalxandakı tək başlı qartalın ilk təsviri Frederik Barbarossanın gümüş sikkəsinə yerləşdirilib. 15-ci əsrdən 1806-cı ilə qədər ikibaşlı qartal qədim imperiya simvolu, qəhrəmanların yoldaşı idi. Bununla birlikdə, Almaniyanın Prussiya monarxlarının hakimiyyəti altında birləşməsi ilə tək başlı qartal Alman gerbinə qayıdır, burada bir sıra dəyişikliklərə məruz qalaraq bu gün də qalır. İkibaşlı qartal Avstriya gerbindən itib. Bu, 1918-ci ildə Avstriya-Macarıstan İmperiyasının süqutu ilə baş verdi. Avstriya Respublikası qüllə tacı ilə taclanmış, pəncələrində çəkic və oraq tutan və sinəsində Avstriya milli rəngləri olan qalxan daşıyan birbaşlı qartalı təsvir edən yeni gerbi təsdiqləyib. Ölkə nasizmdən azad edildikdən sonra gerbdə qırıq zəncirlər təsvir olunmuşdu. Qalxanda üç xətt təsvir edilmişdir: qırmızı, ağ və qırmızı.
Avstriya
Avstriya (alm. Österreich‎), rəsmi adı Avstriya Respublikası (alm. Republik Österreich‎) – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir. Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir. Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir. Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir. Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə.
Avstriya Respublikası
Avstriya (alm. Österreich‎), rəsmi adı Avstriya Respublikası (alm. Republik Österreich‎) – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir. Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir. Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir. Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir. Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə.
Avstriya adaçayı
Avstriya adaçayı (lat. Salvia austriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Mərkəzi vəə Şərqi Avropada rast gəlinir. Çöllərdə, çəmənliklərdə, sahələrin kənarında bitir. Bitkinin boyu 30-50 sm, gövdəsi sadə, düz olur.
Avstriya ayıdöşəyi
Dryopteris campyloptera (lat. Dryopteris campyloptera) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü.
Avstriya bayrağı
Avstriya bayrağı — Avstriyanın Dövlət bayrağı.Bu bayraq Danimarkanın bayrağı ilə birlikdə dünyanın ən qədim bayraqlarından biri hesab edilir Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinə baxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdə olan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə son qoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir, həmçinin ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını da təmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazine yaxınlığındakı döyüşdə iştirak etmişdi. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb.
Avstriya bağacığı
Avstriya bağacığı(lat. Eurygaster austriacus Schreck.) — buğumayaqlılar tipinin Həşəratlar cinsinin Taxtabitilər dəstəsinə aid olan növ. Eurygaster austriacus Schreck bədəni geniş dairəvidir. Rəngi dəyişkən olub, sarımtıl – boz və yaxud tutqun, bəzən isə qaradır. Ön döşün yan tərəfləri xaricdən təpəvari çıxıntılıdır. Başın eni uzununa bərabər olub, təpəsi itiləşmiş şəkildədir. Skul lövhəsi dilçəkdən uzundur və hər ikisi başın qabaq tərəfində rastlaşır. Uzunluğu 11 – 13 mm – dir. Avstriya bağacığının Azərbaycanda yayılma arealı digər bağacıqlardan məhduddur. Bu növə yalnız Kiçik Qafqazda yerləşən rayonların ərazisində təsadüf edilir.
Avstriya boğazı
Avstriya boğazı — Frans-İosif arxipelaqına daxil olan adaları ayırır. Arxengelsk vilayətinin ərazisinə daxildir. Boğaz 1874-cü ildə Avstriya-Macarıstan ekspedisiyası tərəfindən kəşf edilir. Ekspedisiya tərəfindən anoloji olaraq Avstriya adlandırılmışdır.
Avstriya coğrafiyası
Avstriya coğrafiyası — Avstriya Respublikasının coğrafi xüsusiyyətləri. Avstriya dağlıq ölkədir. Ərazisinin çox hissəsi, yəni 75%-i Şərqi Alp dağları, şimal hissəsi isə ucqar şimal-şərqdə Orta Dunay ovalığına keçən təpəlik və düzənliklərdir. Mərkəzi Kristalik Alp dağlarının Yüksək Tauern massivində olan Qrosqlokkner (3,797 metr) zirvəsi Avstriyanın ən yüksək nöqtəsidir. Silsilələrin yalları həmişə qarla örtülü olur. Buzlaqları var. Əsas faydalı qazıntııları neft, qaz, qonur kömür, maqnezitdir. Dəmir və qurğuşun-sink filizi, qrafit, müxtəlif düz yataqları, mineral bulaqları var. Düzən rayonlarda və Alp dağlarının ətəklərində iqlim mülayim kontinental, qərbində isə rütubətlidir. Orta tempratur yanvarda –1 °C-dən –4 °C-yə qədər, iyulda 15–18 °C olur.
Avstriya hersoqluğu
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən önəmlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir. Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi. Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45.
Avstriya ilanbaşı
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Avstriya imperiyası
Avstriya imperiyası (alm. Kaiserthum Österreich‎) — tarixi alman dövləti. Paytaxtı Vyana şəhəri. Çoxsaylı millətlərlə dolu olan (polietnik), ümumi adı olmayan, lakin Vyanadakı idarəedici dairələrə tabe olan dövlət. Napoleon Bonapartın imperator elan olunmasına cavab olaraq Frans II Avstriyalı özünü imperator elan eləyərək Avstriya imperiyasını yaradır. Çoxmillətli dövlətdə stabilliyi gorumaq üçün imperator dairəsi maliyyənin inkişaf edib qorunub saxlanmasına güvənirdi. İmperiyada əhalinin 1/4-i almanlar olduğuna görə almanizasiyaya ehtiyac vardı. Almanizasiya ilk öncə təhsildən başdı. 1848-ci ilin mart ayında maliyyə böhranı zamanı Vyanada olan çatışmalar nəticəsində Metternix istefaya yollanır. Yeni konstitusiya demokratik olmadığına görə 15 may 1848-ci ildə mitinqlər başlayır.
Avstriya iqtisadiyyatı
Avstriya iqtisadiyyatı — Avstriyanın əsas güzaranıdır. Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın altıncı iclasının yekunları üzrə Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar. Protokolda sənaye, enegetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm, tikinti, səhiyyə, maliyyə və bank, informasiya-kommunikasiya texnologiyaları, idman və s. sahələrdə əməkdaşlıq haqqında ilkin sazişlər öz əksini tapıb. Azərbaycan tərəfdən protokolu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər federal nazirinin müavini Yozef Mayer imzalayıblar. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Avstriya kinematoqrafı
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Avstriya kinosu
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Avstriya kronu
Avstriya kronu (alm. Österreichische Krone‎) — 1919—1925-ci illər ərzində Avstriyanın pul vahidi. Avstriya-Macarıstanın dağılmasından sonra, Avstriya və Macarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi. Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.
Avstriya memarlığı
Avstriya memarlığı — Avstriya Respublikasının memarlıq sənəti. XII–XIII əsrlərdə Avstriya memarlığında roman üslubu bazilikalar, XIII–XV əsrlərdə qotik üslub (Vyanadakı Müqəddəs Ştefan kafedralı), XVII əsrin sonu XVIII əsrin birinci yarısında isə barokko üslubu (Vynada Karl Borromey kilsəsi, Şenbruin, Trautzon, Şvartsenberq sarayları) geniş yayılmışdır. XIX əsr Avstriya memarlığında eklektizm modernizmlə (memar V. Vaqner, A. Looz və başqaları) əvəz olunmuşdur. 1920–1930-cu illərdə Avstriya memarlığında, memar Klemens Holtmeysterin yaradıcılığında milli romantik istiqamət inkişaf etmişdir. 1945-ci ildən sonra Avstriyada müasir üslubda binalar (Vyanada Ştadthalle universal şəhər zalı, 1955–1958, memar Roland Rayner; internat məktəb, 1966, memar Q. Peyxl; Linsdə A. Brükner adına konsert zalı. 1972, memar X. Siren və s.) yaradılmışdır. Hielscher K., Gube R. Österreich. Landschaft und Baukunst, Berlin, 1928. Riehl H. Barocke Baukunst in Österreich, München, 1930. Sedlmayer H., Österreichische Barockarchitektur 1690—1740, Wien, 1930.
Avstriya musiqisi
Avstriya musiqisi — Avstriyalı bəstəkar və müğənnilərin Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ən yaxşı musiqi nümunələri. Klassik musiqi əsri olan XVIII əsrdə Avropa klassik musiqisi dominantlıq edirdi. Bu zaman Vyana musiqi innovasiyaları üçün xüsusi bir vacib məkan idi. Klassik musiqi müasir dövrdə də Avstriyada öz aktuallığını saxlayır. Bu ölkədə çoxlu sayda məşhur avstriyalı bəstəkarlar var. Onlardan ən məşhurları bunlardır: Volfqanq Amadey Motsart Frans Şubert Yozef Haydn Lüdviq van Bethoven Alban Berg Anton Bruckner Qotfrid von Aynem Erik Volfqanq Kornqol Frits Kreysler Ernst Krenek Yozef Lanner Franz Lehar Qustav Maler Arnold Şönberq İohann Ştraus Franz von Suppe Anton Vebern Avstriyanın paytaxtı Vyana musiqi innovasiyalarının əsas mərkəzi hesab olunur. XVIII-XIX əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər. Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.
Avstriya mədəniyyəti
Bu günkü Avstariya ərazisində mədəniyyəti e.ə. 1050-ci ildən Qolştat və Laten mədəniyyətlərindən başlayaraq izləmək olar. Lakin, bizə tanış olan bugünkü Avstriya mədəniyyəti Avstriya torpaqları Müqəddəs Roma imperiyası tərkibində olan zaman, Avstriyanın inkişafında mühüm mərhələ olan, 1156-ci ildə qəbul olunmuş Avstriyanı knyazlıq statusuna qaldıran "Kiçik imtiyazla" (Privilegium Minus) formalaşmağa başlamışdır. Avstriya mədəniyyəti keçmiş və hal-hazırkı qonşuları: İtaliya, Polşa, Almaniya, Macarıstan və Çexiyanın da kifayət qədər təsirinə məruz qalmışdır. Qədim alman dilindəki Ostarrichi sözündən törəmə olan ölkənin alman dilindəki Österreich adı "Şərq krallığı" kimi tərcümə edilir. Ehtimal ki, termin başlanğıcını region üçün xalq tərcümələrində orta əsrlərdə işlədilən latın Marchia orientalis adından götürür. Marchia orientalis - "şərq sərhəddi" kimi tərcümə edilir. Beləki, ölkə Müqəddəs Roma İmperiyasının şərq sərhəddində yerləşirdi. Bu əksini həmçinin Anşlüsdən sonra Üçünçü reyxə tətbiq edilən Ostmark adında da tapmışdı. Latın adı başlanğıc qədim alman dilindən "ost-" hissəciyinin klassik latın dilindən fərqli olaraq cənub deyil şərq kimi işlədilməsinə gətirir (Klassik latın dilində "ost-" hissəciyi Avstraliya- Cənub torpağı üçün kök rolunu oynayır).
Avstriya məktəbi
Avstriya məktəbi (eyni zamanda psixoloji məktəb, Vyana məktəbi) — bazar qiymət mexanizminin özünü təşkil edən gücünün rolunu vurğulayaraq, marjinalizm çərçivəsində iqtisadi nəzəriyyənin bir istiqamətidir. Bu yanaşma, insan davranışının mürəkkəbliyi və bazarların davamlı dəyişən təbiəti iqtisadiyyatda riyazi modelləşdirməni son dərəcə çətinləşdirir (mümkün deyilsə). Bu vəziyyətdə, iqtisadi siyasət sahəsində sərbəst iqtisadiyyat (laissez-faire), iqtisadi liberalizm və libertarizm prinsipləri əsasdır. Avstriya məktəbinin ardıcılları bazar iştirakçıları (iqtisadi subyektlər) tərəfindən bağlanmış müqavilələrin azadlığının qorunması və əməliyyatlara müdaxilə edilməməsini (xüsusilə dövlət tərəfindən) müdafiə edirlər. Avstriya məktəbinin xüsusiyyətləri : riyazi tədqiqat metodlarının istifadəsindən imtina; subyektivlik məktəbin demək olar ki, bütün nümayəndələrinin xarakterik bir xüsusiyyəti kimi; istehlakçı davranışının psixoloji xüsusiyyətlərinin öyrənilməsinə vurğu; makroiqtisadi problemlər öyrənilərkən kapitalın quruluşuna və sonuncusunun müvəqqəti dəyişkənliyinə vurğu. Avstriyalı iqtisadçılar, insan fəaliyyətinin fərdlər nöqteyi-nəzərindən təhlili kimi xarakterizə etdikləri metodoloji fərdiliyə sadiq qalırlar. Avstriya məktəbinin iqtisadçıları, mənalı bir iqtisadi nəzəriyyə qurmağın yeganə yolunu insan fəaliyyətinin əsas prinsiplərindən məntiqi olaraq çıxarmaq olduğunu iddia edərək belə bir metodu praksiologiya adlandırdılar. Bundan əlavə, təbii təcrübələrdən tez-tez iqtisadi axının davamçıları tərəfindən istifadə olunsa da, "avstriyalılar" iqtisadi modellərin eksperimental sınağının demək olar ki, mümkün olmadığını göstərirlər, çünki insanların normal iqtisadi fəaliyyəti — iqtisadi tədqiqat mövzusu süni şəraitdə təkrarlana bilməz. birinci nəsil — Karl Menger (1840−1921) (banis), Teodor Hertzka (1845—1924), və digərləri. ikinci nəsil — Oygen fon Bem-Baverk (1851−1914), Fridrix fon Vizer (1851−1926), Oygen fon Filippsberq (1858−1917), Emil Zaks (1845−1927); üçüncü nəsil — Lüdviq fon Mizes (1881−1973), Karl Şlezinqer (1889−1938), X. Mayer (1879−1955), Rixard fon Ştriql (1891−1942), Leo İlli (d.
Avstriya mətbəxi
Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir. Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariya və İtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır. Qəhvə: avstriyalılar qəhvənin müxtəlif növlərini (məsələn, Vyana melanjı) içməyi çox sevirlər. Belə içkilərə çoxsaylı kafelərdə rast gəlmək olar. Hazırlanmasında, əsasən, mokkonun növlərindən istifadə olunur. Qəhvənin də istifadə olunduğu xüsusi çərəz növləri mövcuddur ki, əvvəllər "Vyana qəhvəsi" ("Kofe lyejski") adını almışdı. İsti şokolad.
Avstriya palıdı
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. Hündürlüyü 25-40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4-8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Avstriya pinçeri
Avstriya pinçeri — pinçerlərə aid olan it cinsi. Avstriya ərazisində yetişdirilmiş it cinsi. Əsasən çoban iti və anbarların sıçovullardan qorumasına xidmət etmişdir. Əvvəllər «Avstriya qısaayaq pinçeri» adlı cinsi sonradan Avstriya pinçeri ilə bir cinsə aid edilir. Digər çoban itləri kimi müxrəlif xüsusiyyətlərə sahibdir. Bununla belə onların əsas xüsusiyyəti təsərrefat işlərində istifadəsidir. Onlar it şouları üçün deyildir. Bu cinsə daxil olan itlər bir qayda olaraq müxtəlif rənglərdə olurlar. Bununla belə qarın, üz və quruğun sonuclarında ağ ləkələr olur. Avstriya pinçeri bir cins olaraq 1928-ci ildə təstiqlənmişdir.
Avstriya qraflığı
Avstriya qraflığı (Almanca: Herzogtum Österreich) — 1156-cı ildə imzalanan razılaşma ilə Müqəddəs Roma imperiyasının orta əsrlər dövründəki bir əyalətidir. Babenqer ailəsinin tükənməsinin ardından Almaniya kralı I Rudolf 1276-cı ildə hakimiyyəti ələ aldı. Beləliklə, Habsburq ailəsindən ilk dəfə bir hökmdar çıxmış və Avstriya torpaqları Habsburqların mərkəzinə çevrilmişdi. 1453-cü ildə isə Avstriya hakimlərinin statusuları Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmiləşdirildi və hersoq olaraq tanındılar. Kann, Robert A. A History of the Habsburg Empire, 1526–1918 (2nd ed. 1980), ch.
Avstriya himni
Avstriya himni — 22 oktyabr 1946-cı ildən Avstriyanın federal himni. Himninin musiqisi Volfqanq Amadey Motsartın ölümündən 19 gün əvvəl, 5 dekabr 1791-ci ildə tamamladığı "Mason kantata" adlı son əsərindən götürülüb. Müasir musiqişünaslıqda isə belə hesab edilir ki, bu xüsusi melodiya Motsart tərəfindən deyil, onun həmkarı İohan Holzer tərəfindən yazılmışdır. Himninin sözləri Paula fon Preradoviç tərəfindən yazılmış və 1947-ci ildə müsabiqə əsasında təsdiq edilmişdir.
Azərbaycan-Avstriya futbol matçlarının siyahısı
08.09.2004 Vyana DÇSO Avstriya – Azərbaycan 2:0 07.08.2005 Bakı DÇSO Azərbaycan – Avstriya 0:0 08.10.2010 Vyana AÇSO Avstriya – Azərbaycan 3:0 07.11.2011 Bakı AÇSO Azərbaycan – Avstriya 1:4 24.03.2022 Lins AÇSO Avstriya – Azərbaycan 4:1 16.10.2022 Bakı AÇSO Azərbaycan – Avstriya 0:1 07.09.2004 Avstriya AÇSO Avstriya - Azərbaycan 3:0 06.09.2005 Azərbaycan AÇSO Azərbaycan – Avstriya 0:0 10.10.2009 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Avstriya 1:2 18.11.2009 Viner-Noydorf, Avstriya AÇSO Avstriya - Azərbaycan 4:0 04.09.2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Avstriya 0:2 09.10.2015 Avstriya AÇSO Avstriya - Azərbaycan 7:0 07.09.2021 Rid-İnkrays, Avstriya AÇSO Avstriya - Azərbaycan 6:0 12.11.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Avstriya 0:3 06.10.2016 Vilnüs, Litva AÇSO Avstriya – Azərbaycan 4:1 27.10.2016 Rumıniya AÇSO Avstriya - Azərbaycan 3:1 24.10.1998 Zalfelden, Avstriya AÇSO Avstriya - Azərbaycan 1:1 08.08.1995 Gəncə, Azərbaycan UEFA Kub. Kəpəz – Austriya 0:4 22.08.1995 Vyana, Avstriya UEFA Kub. Austriya – Kəpəz 5:1 20.07.2004 Bregenz, Avstriya UEFA İK Bregenz – Xəzər Universiteti 0:3 27.07.2004 Bakı, Azərbaycan UEFA İK Xəzər Universiteti – Bregenz 2:1 19.07.2007 Rid, Avstriya UEFA Kub. Rid – Neftçi 3:1 02.08.2007 Bakı, Azərbaycan UEFA Kub. Neftçi - Rid 2:1 29.01.2011 Bələk, Türkiyə YO Neftçi - Şturm Qraz 2:0 18.06.2013 Tirol, Avstriya YO İnsbruk – İnter Bakı 0:8 20.06.2014 Lutzmansburq, Avstriya YO Şturm Qraz - İnter Bakı 2:3 30.07.2014 Bakı, Azərbaycan UEFA ÇL seç. mər. Qarabağ – Red Bull Zaltsburq 2:1 06.08.2014 Zaltsburq, Avstriya UEFA ÇL seç. mər.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər. Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan–Avstriya futbol matçları
08.09.2004 Vyana DÇSO Avstriya – Azərbaycan 2:0 07.08.2005 Bakı DÇSO Azərbaycan – Avstriya 0:0 08.10.2010 Vyana AÇSO Avstriya – Azərbaycan 3:0 07.11.2011 Bakı AÇSO Azərbaycan – Avstriya 1:4 24.03.2022 Lins AÇSO Avstriya – Azərbaycan 4:1 16.10.2022 Bakı AÇSO Azərbaycan – Avstriya 0:1 07.09.2004 Avstriya AÇSO Avstriya - Azərbaycan 3:0 06.09.2005 Azərbaycan AÇSO Azərbaycan – Avstriya 0:0 10.10.2009 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Avstriya 1:2 18.11.2009 Viner-Noydorf, Avstriya AÇSO Avstriya - Azərbaycan 4:0 04.09.2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Avstriya 0:2 09.10.2015 Avstriya AÇSO Avstriya - Azərbaycan 7:0 07.09.2021 Rid-İnkrays, Avstriya AÇSO Avstriya - Azərbaycan 6:0 12.11.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Avstriya 0:3 06.10.2016 Vilnüs, Litva AÇSO Avstriya – Azərbaycan 4:1 27.10.2016 Rumıniya AÇSO Avstriya - Azərbaycan 3:1 24.10.1998 Zalfelden, Avstriya AÇSO Avstriya - Azərbaycan 1:1 08.08.1995 Gəncə, Azərbaycan UEFA Kub. Kəpəz – Austriya 0:4 22.08.1995 Vyana, Avstriya UEFA Kub. Austriya – Kəpəz 5:1 20.07.2004 Bregenz, Avstriya UEFA İK Bregenz – Xəzər Universiteti 0:3 27.07.2004 Bakı, Azərbaycan UEFA İK Xəzər Universiteti – Bregenz 2:1 19.07.2007 Rid, Avstriya UEFA Kub. Rid – Neftçi 3:1 02.08.2007 Bakı, Azərbaycan UEFA Kub. Neftçi - Rid 2:1 29.01.2011 Bələk, Türkiyə YO Neftçi - Şturm Qraz 2:0 18.06.2013 Tirol, Avstriya YO İnsbruk – İnter Bakı 0:8 20.06.2014 Lutzmansburq, Avstriya YO Şturm Qraz - İnter Bakı 2:3 30.07.2014 Bakı, Azərbaycan UEFA ÇL seç. mər. Qarabağ – Red Bull Zaltsburq 2:1 06.08.2014 Zaltsburq, Avstriya UEFA ÇL seç. mər.
Azərbaycan–Avstriya voleybol matçları
Çempionlar Liqası və CEV kuboku çərçivəsində "Azərreyl" bu ölkənin SVS Post komandası ilə 4 dəfə qarşılaşıb və hamısında qələbə qazanıb.
Bosniya və Herseqovinanın Avstriya-Macarıstan işğalı
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı (alm. Okkupationsfeldzug in Bosnien‎) — Osmanlı İmperiyasının Bosniya vilayətini nəzarət altına keçirmək üçün Avstriya-Macarıstan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyat, 1878-ci ildə Berlin konqresi nəticəsində baş vermişdir. 1878-ci ildə rus-türk müharibəsi Osmanlı İmperiyasının məğlubiyyəti ilə başa çatdı. Balkan yarımadasının ərazi və siyasi şəraitini yenidən qurmaq üçün böyük dövlətlər Berlin konqresini çağırdı. Berlin müqaviləsi qurultayının yekun aktının 25-ci maddəsinə əsasən, Avstriya-Macarıstan Bosniya və Herseqovina ərazisini qeyri-müəyyən müddətə işğal etmək, habelə Sancak bölgəsinə hərbi birləşmələr daxil etmək hüququnu (formal olaraq bu bölgə üzərində türklərin suverenliyinin qoruyaraq) qazandı. Qərar rusiyapərəst yönümlü böyük Cənubi Slavyan dövlətinin Balkanlarda meydana gəlməsinin qarşısını almaq üçün qəbul edildi (bu Serbiya və Monteneqronun birləşməsi halında mümkün ola bilərdi). Həm Serbiya, həm də Osmanlı İmperiyası Bosniyanın Avstriya-Macarıstan işğalına fəal şəkildə qarşı çıxırdı. Osmanlı İmperatorluğu Avstriya-Macarıstan Xarici İşlər Naziri Dyula Andraşindən təminat aldı ki, nazirin ölkəsi işğalı "müvəqqəti" olaraq nəzərdə tutur. İşğal zamanı Bosniya vilayətinin 51 147 km² ərazisi, 1.142.000 nəfər əhalisi var idi. Sakinlərin 43%-ı pravoslav serbləri, 39%-ı müsəlmanlar (boşnaklar) və 8%-ı katolik xorvatları idi.
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı
Bosniyanın və Herseqovinanın Avstriya-Macarıstan işğalı (alm. Okkupationsfeldzug in Bosnien‎) — Osmanlı İmperiyasının Bosniya vilayətini nəzarət altına keçirmək üçün Avstriya-Macarıstan silahlı qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyat, 1878-ci ildə Berlin konqresi nəticəsində baş vermişdir. 1878-ci ildə rus-türk müharibəsi Osmanlı İmperiyasının məğlubiyyəti ilə başa çatdı. Balkan yarımadasının ərazi və siyasi şəraitini yenidən qurmaq üçün böyük dövlətlər Berlin konqresini çağırdı. Berlin müqaviləsi qurultayının yekun aktının 25-ci maddəsinə əsasən, Avstriya-Macarıstan Bosniya və Herseqovina ərazisini qeyri-müəyyən müddətə işğal etmək, habelə Sancak bölgəsinə hərbi birləşmələr daxil etmək hüququnu (formal olaraq bu bölgə üzərində türklərin suverenliyinin qoruyaraq) qazandı. Qərar rusiyapərəst yönümlü böyük Cənubi Slavyan dövlətinin Balkanlarda meydana gəlməsinin qarşısını almaq üçün qəbul edildi (bu Serbiya və Monteneqronun birləşməsi halında mümkün ola bilərdi). Həm Serbiya, həm də Osmanlı İmperiyası Bosniyanın Avstriya-Macarıstan işğalına fəal şəkildə qarşı çıxırdı. Osmanlı İmperatorluğu Avstriya-Macarıstan Xarici İşlər Naziri Dyula Andraşindən təminat aldı ki, nazirin ölkəsi işğalı "müvəqqəti" olaraq nəzərdə tutur. İşğal zamanı Bosniya vilayətinin 51 147 km² ərazisi, 1.142.000 nəfər əhalisi var idi. Sakinlərin 43%-ı pravoslav serbləri, 39%-ı müsəlmanlar (boşnaklar) və 8%-ı katolik xorvatları idi.
Federal Şura (Avstriya)
Federal Şura (alm. Bundesrat‎ — bundesrat') — Avstriya parlamentinin yuxarı palatası — Federal Məclis. Koğuşda 62 yer var. Deputatlar Avstriya torpaqları (parlamentləri) tərəfindən seçilir. Torpaqları əhaliyə görə fərqli sayda millət vəkili (3-dən 12-dək) təmsil olunur. Bundesratın deputatının səlahiyyət müddəti seçilmiş parlamentin səlahiyyət müddəti ilə bağlı 4 ildən 6 ilə qədərdir.
Fransa-Avstriya müharibəsi
İkinci İtaliya İstiqlaliyyət müharibəsi, Avstriya-İtaliya-Fransa müharibəsi, Fransa-Avstriya müharibəsi, Avstriya-Sardiniya müharibəsi və 1859-cu il İtaliya müharibəsi (it. Seconda guerra d'indipendenza italiana; fr. Campagne d'Italie) — 1859-cu ildə İkinci Fransa imperiyası və Sardiniya krallığının Avstriya imperiyasına qarşı apardığı müharibə. Bu, İtaliyanın birləşməsi prosesində həlledici rol oynamışdır. İtalyan xalqı üçün İtaliyanı birləşdirmək uğrunda (Lombardiya və Venesiya Avstriyanın tabeliyində idi) milli azadlıq müharibəsi olan bu müharibə 29 aprel 1859-cu ildə başlamışdır. Müttəfiqlər Avstriya qoşunlarını bir neçə dəfə məğlub etmiş, lakin Prussiyanın Reynə qoşun toplamasından, İtaliyada milli azadlıq hərəkatının genişlənməsindən qorxan, vahid və qüvvətli İtaliya dövlətinin yaranmasını istəməyən III Napoleon müvəffəqiyyətli döyüş əməliyyatlarını dayandırmış və 1859-cu ildə Avstriya ilə separat Villafranka barışığı imzalamışdır. Lombardiya Sardiniyaya birləşdirilmiş, Venesiya Avstriyanın hakimiyyətində qalmışdır. 1860-cı ildə Sardniya bağlanmış Turin müqaviləsinə görə, İtaliyanın Savoyya və Nitsa vilayətləri Franasaya verilmişdir. Blumberg, Arnold. A Carefully Planned Accident: The Italian War of 1859 (Susquehanna University Press.
I Ferdinand (Avstriya imperatoru)
I Ferdinand (alm. Ferdinand I.‎; 19 aprel 1793[…], Vyana, Müqəddəs Roma imperiyası – 29 iyun 1875[…], Praqa, Avstriya-Macarıstan) — Avstriya imperatoru, Macarıstan kralı, Çexiya kralı. Fərqli xəstəliklərdən əziyyət çəkən Ferdinand dövlət idarə etməni yaxşı bacarmırdı. Avropanı bürüyən 1848-ci il inqilabları Avstriyaya da təsir etdikdən sonra könüllü şəkildə tacdan imtina etmişdi. Ömrünün sonunu Çexiyada yaşamış, burada "Xeyirxah Ferdinand" (çex. Ferdinand Dobrotivý) ləqəbi almışdı. Ferdinandın şüarı: "Fiat justitia et pereat mundus" (Qoy dünya dağılsın, amma ədalət bərqərar olsun).
I Karl (Avstriya imperatoru)
I Frans İosif (alm. Karl I. Franz Joseph Ludwig Hubert Georg Maria‎; 17 avqust 1887[…] – 1 aprel 1922[…], Funşal[d], Portuqaliya) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru (1916–1918). 1919-cu ildə kral I Karl ölkədən çıxarıldı və İsveçrəyə yollandı.
Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi
Avstriya ilə dövlət müqaviləsi (alm. Österreichischer Staatsvertrag‎) və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi (alm. Staatsvertrag betreffend die Wiederherstellung eines unabhängigen und demokratischen Österreich‎) — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə. Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.
NEOS – Yeni Avstriya və Liberal Forum
NEOS – Yeni Avstriya və Liberal Forum (alm. NEOS – Das Neue Österreich und Liberales Forum‎) — Avstriyada liberal siyasi partiya. 2012-ci ilin Oktyabr ayında qurulan partiya, JUNOS – Gənc Liberallar Avstriya və Liberal Forum'la ortaq bir seçki siyahısında 2013 qanunvericilik seçkisinə etiraz etdi. 2013-cü ilin Sentyabr ayının 29-da keçirilən seçkilərdə NEOS, 4.9% səs aldı və Milli Şurada 9 oturacaq qazanmışdır. 2014-cü ilin Yanvar ayının 25-də Liberal Forumu ilə birləşərək NEOS – Yeni Avstriya və Liberal Forumunu yaratmışdır. 2014-cü ilin Mart ayında Müstəqil Gənc Liberallar (JuLis)-da birləşərək partiyanın YUNOS - Gənc Liberal NEOS adlı gənc qanadını meydan gətirmişdir. NEOS, 2014-cü ilin May ayının 2-də Avropa üçün Liberal və Demokratlar İttifaqının (ALDİ) tam üzvü olmuşdur. 2014-cü ilin May ayının 25-də olan, 2014 Avropa seçkilərində NEOS, milli səslərin 8,1%-ini aldı və tək bir Avropa Parlamentinin Üzvü döndü. NEOS, birbaşa demokratiyanı Referendumlar və məcburi əsgərlik istifadəsinin sona çatdırılması yolu ilə dəstəklədi və artan mülk vergiləri və siyasi partiyaların ictimai maliyyəsinə qarşı çıxdı.
NUTS Avstriyada
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı (AB) tərəfindən hazırlanmış və yalnız Avropa İttifaqı ölkələrini ətraflı şəkildə əhatə edir. NUTS (Nomenclature of Territorial Units for Statistics) – Avstriyanın (AT) kodları üç səviyyəyə malikdir: əsas sosial-iqtisadi regionlar standartla müəyyən edilmiş (NUTS1), Avstriya Respublikasının federal dövlətlərinin qruplarına cavab verir; bu standartla müəyyən edilmiş regional siyasətin tətbiqi üçün əsas bölgələr (Avstriyanın NUTS 2 ərazisi vahidləri) birinci növbənin inzibati ərazi vahidlərinə - Avstriya Respublikasının federativ torpaqlarına; standartla müəyyən edilmiş kiçik rayon və iri şəhərlər (Avstriyanın NUTS 3-nin ərazi vahidləri) birinci növbədə inzibati ərazi vahidləri - Avstriyanın siyasi rayonlarında qruplar və onların hissələri.
Nasional-Demokrat Partiyası (Avstriya)
Nasional-Demokrat Partiyası (alm. Nationaldemokratische Partei‎; NDP) — Avstriyada siyasi partiya. 1967-ci ildə yaradılan NDP neonasist partiyası idi. Partiya ölkənin antinasist qanunvericiliyini pozduğuna görə 1988-ci ildə ləğv edilmişdir.
Osmanlı-Avstriya müharibəsi (1593-1606)
1593-1606-cı il Osmanlı-Avstriya müharibəsi və ya 13 illik müharibə Valaxiya,Transilvaniya və Moldaviya uğrunda Habsburq monarxiyası ilə Osmanlı imperiyası arasındakı müharibə. 1593-cü ildən 1606-cı ilədək aparılmış bu müharibə,Avropada bəzən 1591–92-ci illərdə Osmanlılar tərəfindən Bixaçın ələ keçirilməsinə görə On beş illik müharibə də adlanır. Avropadakı Osmanlı müharibələri sırasında,Osmanlı-Venesiya müharibəsi (1570-73) ilə Girit müharibəsi (1645-69) arasında ən böyük güc sınağı hesab olunan müharibə oldu. Osmanlı-Habsburqlar müharibələri sırasında,novbəti böyük müharibə 1663-1664-cü illərdəki Osmanlı-Avstriya müharibəsi idi. Ümumiyyətlə,münaqişə çox sayda güc itkisinə səbəb döyüş və mühasirədən ibarət idi,lakin hər iki tərəf üçün çox az nəticə əldə edildi. Osmanlı İmperiyasının Səfəvilər üzərində qələbəsindən sonra qərbdə bəzi məsələlər istiqamətində proseslər baş verdi. Avstriya illik vergilərini gecikdirir və sərhəd zonalarda ixtişaşlar törədirdi. Buna görə Bosniya əyalətinin valisi Telli Həsən Paşa Avstriyaya bir səfər təşkil etdi. 1000 əsir,12 top və bir çox qənimətlə geri qayıtdı. Ancaq bu,Avstriya ilə münasibətlərini daha da pisləşdirdi.
Osmanlı-Avstriya müharibəsi (1787-1791)
Osmanlı-Avstriya müharibəsi — Osmanlı İmperiyası ilə II Yekaterinanın başçılıq etdiyi Rusiya imperiyasının müttəfiqi olan Müqəddəs Roma İmperiyasına bağlı olan Avstriya hersoqluğu arasında baş vermiş döyüşdür. Avstriyanın kiçik bir torpaq qazancı ilə nəticələnmişdir. İmperator II İosif Müqəddəs Roma İmperiyasını əvvəlki gücünə qaytarmaq üçün çalışırdı. Maarifçilik mütləqiyyətini qəbul edən imperatorlardan biri kimi imperiyada və Avstriya hersoqluğunda bir sıra islahatlar apardı. Həmçinin, Bavariyanı əldə etməyə və lazım olduqda, Belçika (Avstriya Hollandiyası) və ya torpaq mübadiləsi ilə yayılmasına yönəlmiş bir siyasət yürüttü. Ancaq qarşısına özündən daha güclü bir orduya sahib olan Prussiya kralı II Fridrix çıxdı. Bu uğursuzluq imperatoru cənubdakı Osmanlı İmperiyasına istiqamətli başqa bir ekspansionist siyasətə sövq etdi. Bu şəkildə imperator 1735–1739-cu illər Osmanlı-Rus-Avstriya müharibəsindən qisas almağı və itirilmiş əraziləri geri almağı planlaşdırdı. Həmçinin, o, 1768–1774-cü illərdə Osmanlı-Rus müharibəsində itirilmiş yerləri və Rusiya işğalı altında olan Krımı geri almağı planlaşdırırdı. Rusiya İmperiyası ilə çox yaxın əlaqələrə sahib olan imperator, Osmanlı İmperiyasını 1787-ci ildə Rusiyaya müharibə elan etmək üçün bir fürsət olaraq gördü və dərhal ruslarla ittifaq yaratdı və Osmanlılara müharibə elan etdi.
Osmanlı–Avstriya müharibəsi (1593–1606)
1593-1606-cı il Osmanlı-Avstriya müharibəsi və ya 13 illik müharibə Valaxiya,Transilvaniya və Moldaviya uğrunda Habsburq monarxiyası ilə Osmanlı imperiyası arasındakı müharibə. 1593-cü ildən 1606-cı ilədək aparılmış bu müharibə,Avropada bəzən 1591–92-ci illərdə Osmanlılar tərəfindən Bixaçın ələ keçirilməsinə görə On beş illik müharibə də adlanır. Avropadakı Osmanlı müharibələri sırasında,Osmanlı-Venesiya müharibəsi (1570-73) ilə Girit müharibəsi (1645-69) arasında ən böyük güc sınağı hesab olunan müharibə oldu. Osmanlı-Habsburqlar müharibələri sırasında,novbəti böyük müharibə 1663-1664-cü illərdəki Osmanlı-Avstriya müharibəsi idi. Ümumiyyətlə,münaqişə çox sayda güc itkisinə səbəb döyüş və mühasirədən ibarət idi,lakin hər iki tərəf üçün çox az nəticə əldə edildi. Osmanlı İmperiyasının Səfəvilər üzərində qələbəsindən sonra qərbdə bəzi məsələlər istiqamətində proseslər baş verdi. Avstriya illik vergilərini gecikdirir və sərhəd zonalarda ixtişaşlar törədirdi. Buna görə Bosniya əyalətinin valisi Telli Həsən Paşa Avstriyaya bir səfər təşkil etdi. 1000 əsir,12 top və bir çox qənimətlə geri qayıtdı. Ancaq bu,Avstriya ilə münasibətlərini daha da pisləşdirdi.
Ukraynanın Avstriya səfirliyi
Ukraynanın Avstriya səfirliyi (ukr. Посольство України в Республіці Австрія) — Ukraynanın Avstriyanın Vyana şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il yanvarın 24-də Ukrayna və Avstriya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Avstriya səfirliyi yaradıldı. Ukraynanın Avstriyada olan fövqəldə və səlahiyyətli səfiri Andrey Şerbadır. O, 2014-cü ildən bu vəzifədədir.
Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi
Varşava Hersoqluğunun Avstriya ilə 1809-cu il müharibəsi — Napoleon Bonopartın Beşinci Koalisiyaya qarşı müharibələrindən biri. 1809-cu ildə Avstriya ilə müharibədə qələbə qazanıldı. Bu münaqişə Napoleonun beşinci koalisiyaya qarşı apardığı müharibənin bir hissəsi idi. Fransa ilə beşinci koalisiyanın müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 14 minlik hərbi korpus qalmışdı. Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Ershersoq bütöv bir dövləti tutmağı planlaşdırırdı. Raşin ətrafında döyüşün nəticəsi olan konvensiyanın imzalanması başa çatmamış ershersoq Ferdinand Karl qəflətən hücum edərək müdafiəsi zəifləmiş Varşavanı ələ keçirdi. Lakin polyaklar əks hücuma keçərək və Pulav, Lublin, Sandomir, Zamoysk qalasını, Lvov, Radom və Krakovu azad etdilər. Nəticədə Varşava Hersoqluğunun ərazisi 103 mindən 155 min km2-ə qədər artdı. Yeni ərazilərdə 4 departament - Lublin, Krakov, Radom və Sedlinski yaradıldı.
Yeni il Avstriyada
Yeni il Avstriyada — Avstriyada təntənə ilə qeyd olunan bayram Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur.
Zalsburq Avstriya FK
Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.
Almaniya Avstriyası
Almaniya Avstriyası Respublikası (alm. Republik Deutschösterreich‎ və ya Deutsch-Österreich) — Mərkəzi Avropada tarixi və tanınmamış dövlət. Bu, Birinci Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın nəticəsində əsasən almandilli və etnik alman əhalisi olan ərazilər üçün əsas dövlət kimi ortaya çıxmış və Almaniya ilə birləşmə planlarını özündə əks etdirirdi. Ölkə 118,311 km2 ərazini əhatə etmişdir və 10,4 milyon əhalisi var idi. Bununla belə, praktikada onun səlahiyyəti Sisleytaniyanın əsasını təşkil edən Dunayboyu və Alp vilayətləri ilə məhdudlaşırdı. İddia etdiyi ərazinin çox hissəsi faktiki olaraq yeni yaradılmış Çexoslovakiya tərəfindən idarə olunurdu və beynəlxalq səviyyədə belə tanınırdı. Bu himayə altında Almaniya Avstriyası yaratmaq cəhdləri, xüsusən də Versal müqaviləsində Almaniya ilə birlik qadağan edildiyinə və 1919-cu ildə yeni Birinci Avstriya Respublikası dövləti yaradıldığına görə, son nəticədə uğursuz olmuşdur. Habsburqların Avstriya imperiyası 1867-ci il kompromisi ilə ikili monarxiya kimi yenidən qurulmuşdu. Bu, macarların dominantlıq etdiyi, nüvəsi Macarıstan krallığı olan və bəzən belə adlandırılan "Müqəddəs İştvan tacının torpaqları"ndan və imperiyanın almanların üstünlük təşkil etdiyi qalan hissəsi, qeyri-rəsmi olaraq "Avstriya" adlanan Sisleytaniyadan ibarət idi. Sisleytaniya cənubda Krayna, Dalmatiya, Avstriya sahilyanı və İstriya, şimalda və şərqdə Bohemiya, Moraviya, Qalisiya və Bukovina ilə birlikdə əsas "Avstriya" vilayətlərini əhatə edirdi.
Avstriya U-21 milli futbol komandası
Avstriya U-21 milli futbol komandası — Avstriyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasıdır və Avstriya Futbol Assosiasiyası tərəfindən idarə olunur. Onlar heç vaxt gənclər arasında Avropa çempionatının finalına çıxmayıb, lakin onun əksər oyunçuları sonradan 2008-ci il Avropa çempionatının iştirakçısı olub və hazırda milli komandanın əsasını təşkil edirlər. Komandanın baş məşqçisi Verner Qreqoriç, köməkçiləri Ditmar Peqam və Raymund Hedldir. Əvvəllər avstriyalılar yalnız həvəskar oyunlar və klubların gənclər komandasının inkişafı üçün 21 yaşlı gənclərdən ibarət komanda toplayırdılar. Rəsmi olaraq 1980-ci ildən başlayaraq, 21 yaşlı gənclərdən ibarət futbol komanda təşkil edilməyə başlayır. Gənclər arasında 2006-cı il Avropa çempionatının ilk rəsmi seçmə turniri 2004-cü ildə başlayıb. 2006-cı il Avropa çempionatına yollanmaq uğrunda mübarizədə avstriyalılar Almaniya, İngiltərə, Polşa, Uels və Azərbaycan komandaları ilə çıxış ediblər. Avstriyalılar oyunların yarısını uduzurlar, qalan ikisində Azərbaycan və Polşa ilə görüşlərdə xal itirərək bərabərə qalırlar. Avstriyalılar bu seçmə mərhələdə yalnız səfərdə ingilislər üzərində 2:1 hesablı gözlənilməz qələbə ilə yadda qalır. Bir il sonra Avro-2007-yə vəsiqə uğrunda mübarizədə avstriyalılar İtaliya və İslandiya ilə bir qrupa düşurlər.
Azərbaycan–Avstriya münasibətləri
Avstriya–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 20-də qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Ramiz Mehdiyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Cavid Qurbanov işçi qrupunun rəhbəridir.

Значение слова в других словарях