AVTANDİL

günəş ürəkli, atəşin qəlbli.
AVŞAR
AYAR
OBASTAN VİKİ
Avtandil Ağbaba
Avtandil Maxaradze
Avtandil İvanoviç Maxaradze (gür. ავთანდილ მახარაძე 16 iyul 1943, Batumi) — Sovet və gürcü aktyoru. == Həyatı == Avtandil İvanoviç Maxaradze 1 avqust 1943-cü ildə Batumidə anadan olub. Rustaveli adına Tbilisi Teatr İnstitutunda təhsil alıb (1965). 1966-cı ildən Rustaveli adına Teatrda işləyir.
Avtandil Talıbov
Avtandil Hüseynəli oğlu Talıbov (26 dekabr 1946, Siyaqut, Noraşen rayonu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Korroziya inhibitorları və konservasiya materialları” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, dossent. == Ümumi məlumatlar == Avtandil Hüseynəli oğlu Talıbov 26 dekabr 1946-cı ildə Naxçıvan MR Şərur rayonu Siyagut kəndində qulluqçu ailəsində anadan olmuşdur. Onbirillik təhsilini 1964-cü ildə Şərur rayonu Siyaqut kəndində başa çatdırdıqdan sonra həmin il V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsinə daxil olmuş və ali təhsilini 1969-cu ildə bitirərək orta məktəbdə kimya-biologiya müəllimi ixtisasına yiyələnmişdir. О, 1982-ci ildə Azərbaycan Neft və Kimya (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) insititunda «Оlefinlərin tetraflüorborat nitroniumla nitrolaşması» namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. A.H.Talıbov 1986-cı ildən АМЕА NKPİ-də işləyir. Elə həmin ildə SSRİ Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə A.H.Talıbova “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi (indiki dosent) və «böyük elmi işçi » elmi rütbəsinə layiq görülmüşdür. 2013-ci ildə Neft-Kimya Prosesləri İnstitunun nəzdindəki Dissertasiya Şurasında “Bəzi nitro-,və amin tərkibli birləşmələrin sintezi və onların istifadə yolları” mövzusunda “Üzvi kimya” və “Neft Kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Olefinlərin, doymamış mürəkkəb efirlərinin tetraflüor-borat nitroniumla (ion birləşməsi) nitrolaşması ilə tsiklik nitro, nitro flüor və nitro spirt saxlayan mürəkkəb efirlərin, nitro qrupuna malik olana ltıhalqalı 1.3-dioksalan, beşhalqalı dioksan tetraflüor boratların sintez edilmiş, antimikrob xassələrinin təqiqi, bitki yağı və naften tərki-bli neft turşulardan onların amidlərinin, imidazolin birləş-mələrinin sintezi, sintez edilmiş birləşmələrin konservasiya mayesi, korroziya inhibitorları reagentləri kimi tədqiqilir, həmcinin yağ turşularının triqliseridlərindən hidroliz prosesi ilə bioyanacağın, sellülozadan isə 5-hidroksimetil furanalın sintezi sahəsində geniş elmi tədqi-qat işləri aparılmışdır. == Elmi tədqiqatları == İşlədiyi dövrdə 172-dən çox elmi əsərləri dərc olunmuşdur.
Avtandil Varsimaşvili
Avtandil Varsimaşvili(ing. Avtandil Varsimaşvili; 10 noyabr 1959, Tbilisi)— Avtandil Varsimaşvili (gürcü. ავთანდილ ვარსიმაშვილი) - gürcü teatr və kino rejissorudur. Dövlət Akademik Teatrının bədii rəhbəridir. A. Qriboyedov və Azadlıq Teatrı Korsiya -nin sahibi, həmçinin özünün Wars-Studio film şirkətinin rejissoru və prodüseridir. == Karyerası == Sovet İttifaqının dağılması və Qafqazdakı müharibələr Gürcüstanın mədəni həyatına çox pis təsir etdi. Varsimaşvili 15 il işlədiyi Rustaveli Teatrından ayrılaraq Qafqaz Teleradio Şirkətində işləməyə başladı. Orada "Köhnə Bölgədəki Ev" adlı ilk gürcü qorxu serialını çəkdi . 1999 -cu ildə Qriboyedov adına Rus Teatrının bədii rəhbəri təyin edildi. Təyin edildikdən sonra Qriboyedov Teatrı tezliklə Gürcüstanın ən uğurlu teatrlarından biri oldu.
Avtandil İsrafilov
Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023, Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) == Həyatı == Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib. A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir. Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2 dekabr 2022-ci ildə reanimasiya yerləşdirilib.
Temik Avtandilyan
Temik Avanesoviç (Oqanesoviç, Aqanesoviç) Avtandilyan (erm. Ավթանդիլյան Թեմիկ Հովհաննեսի, rus. Темик Аванесович Автандылян; 20 avqust 1922, Ağdərə, Cavanşir qəzası, Azərbaycan SSR, SSRİ – 10 fevral 1945, Qloquv[d]) — erməni əsilli sovet hərbçisi, baş leytenant. == Həyatı == Temik Avanesoviç Avtandilyan 20 avqust 1922-ci ildə SSRİ tərkibindəki Azərbaycan SSR-nin Cavanşir qəzasındakı Ağdərə kəndində anadan olmuşdur. O, Bakıda hərbi məktəb bitirmiş, 1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Avtandilyan Qafqaz, Ukrayna və Polşada gedən döyüşlərdə iştirak etmişdir. O, 1945-ci ildə Polşanın Qloquv şəhərində hücum zamanı rədaşət göstərmiş və həlak olmuşdur. == Mükafat və təltiflər == Temik Avtandilyan "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri və medallarla təltif edilmiş, 27 iyun 1945-ci ildə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı almışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред.