AVTOMAGİSTRAL

сущ. автомагистраль (автомобильная магистраль). Bakı-Tiflis avtomagistralı автомагистраль Баку-Тбилиси
AVTOLİZ
AVTOMAŞIN
OBASTAN VİKİ
Avtomagistral
Avtomagistral — avtomobil nəqliyyatı vasitələrinin hərəkəti üçün salınmış və eyni səviyyəli başqa yollarla kəsişməyən yol. Avtomobillərin uzaq məsafəyə intensiv və sürətli hərəkəti üçündür. Avtomagistrallarda əks-istiqamətli hərəkət zolaqları arasında azı 5 metr enində ayırıcı zolaq olmalıdır. Avtomagistrallar, adətən, şəhərlərdən və sənaye mərkəzlərindən aralı keçir. Müasir avtomagistrala Moskvanın şəhərətrafı dövrəvi avtomobil yolu, Moskva–Noginsk, Kiyev–Borispol, Moskva–Volqoqrad yolları misal ola bilər.
Albaniya-Kosovo avtomagistralı
Albaniya-Kosovo avtomagistralı (alb. Autostradë A1), Durres-Kosovo — Albaniyanın ən mühüm avtomobil yollarından biri. Bu yol ölkənin ən iri şəhərləri olan Durres və Tirana şəhər mərkəzlərini Kosovo ilə birləşdirir. Magistral dəniz limanı olan Durres şəhərindən başlayır, Voru və Milot şəhərlərini birləşdirir. Şimali-Alban dağlarını keçərək, Kukes və Mori şəhərlərindən Kosovo sərhəddinə çatır. Kosovoda bu yolun davamı R7 avtomagistralıdır. Sərhədin hər iki tərəfində albanlar üçün A1 avtomobil yolu vacib olduğundan "Rruga e Kombit" (Millət küçəsi) adlanır. == Şossenin vəziyyəti == Avtomagistaralın Reşeni — Kalimaş hissəsində təmir işlərinə 2006-cı ilin oktyabrında başlanılmışdır. 15 may 2010-cu ildə təmir işləri tam olaraq başa çatdırılır. Rəsmi olaraq isə yolun aşılışı 2009-cu ildə gerçəkləşdirilmişdir.
D1 avtomagistralı (Slovakiya)
D1 avtomobil yolu (slovak. Diaľnica D1) - hazırda tikintisi aparılan Slovakiyada avtomobil yolu. Plana görə, magistral Bratislavadan başlayacaq, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçəcək və Slovak-Ukrayna sərhədində sona çatacaq. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir. O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir. Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla). == Tarixçəsi == Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Qradişka–Banya Luka avtomagistralı
Qradişka–Banya Luka avtomagistralı (serb. Autoput Gradiška–Banja Luka / Аутопут Градишка — Бања Лука) — Bosniya və Herseqovinadakı avtomobil yolu, Qradiska şəhərini Banya Luka şəhəri ilə birləşdirən E661 Avropa marşrutunun bir hissəsidir. Buraya dörd qovşaq (Maxovlyanska, Krnete, Berek və çatrne) və iki tunel (Laktaşi və Klaşniçe) daxildir. Ümumi uzunluğu 32,1 km-dir. Maxovlyanskaya döngəsi 15 may 2012-ci ildə nəqliyyat üçün açılıb, onun Doboya əlavə çıxışı var. Qovşağındakı Krnete döngəsində Aleksandrovas, Berek döngəsində Novu Topolaya, Çatrne döngəsində Kozarska-DubiKa-Qradiska avtomobil yoluna çıxış var. 16 mart 2015-ci il tarixindən etibarən yolda gediş haqqı ödənişlidir. Gediş haqqı 2 ilə 10 konvertasiya markası (1 avrodan 5 avroya qədər) dəyişir. == Tikinti == Avtomobil yolunun tikintisinə 2004-cü il sentyabrın 8-də başlanılıb. Planlaşdırılan tamamlama tarixi əvvəlcə 2008-ci il olub, lakin Klaşnikadan Maxovlyana qədər olan yolun 5,6 km hissəsi yalnız 2011-ci ildə açılıb.

Digər lüğətlərdə

насмотре́ться перено́счик сарлы́к торпедоно́сец группирова́ть заледене́вший избие́ние поко́ль религиове́дческий сби́вка скупердя́й цоп alkalinity All Saints' Day amortizable anterior Balkan States blot out body-building bromide Kidderminster prizetaker Severn uninterrupted рентгенограмма