avtoqatar

avtoqatar
avtoqaraj
avtoqaz
OBASTAN VİKİ
Avtoqatar
Avtomobil qatarı — bir və ya bir neçə qoşqulu avtomobil. Avtomobil qatarı yük və sərnişin (qoşqulu avtobus) üçün olur. Adi avtomobillərə nisbətən avtomobil qatarında daşınan yükün miqdarı çox, istismar xərcləri, yükləmə-boşaltma zamanı dayanmalar, görülən iş vahidinə sərf edilən istismar materiallarının miqdarı az olur. Yük uzaq məsafəyə daşındıqda avtomobil qatarının iqtisadi səmərəsi daha da yüksəlir. Avtomobil qatarı vahid tormoz sistemi və elektrik avadanlığı şəbəkəsi ilə təchiz edilir. Çətin yol şəraitində aktiv oxlu avtomobil qatarından istifadə olunur. Belə qatarda bürücü moment mühərrikdən yalnız yedək maşının aparan oxuna deyil, həm də bir və ya bir neçə qoşqu oxuna ötürülür.

Digər lüğətlərdə