AVAZSIZLIQ
AVTORİTET
OBASTAN VİKİ
Avşar
Əvşarlar sülaləsi — sülalə Avşar (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aşağı Avşar — Azərbaycanın Ağcabədi rayonunda kənd. Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Avşar — Xocavənd rayonunda kənd.
Avşar (Ağcabədi)
Avşar (əvvəlki adı: Üzeyirkənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Üzeyirkənd kəndi Avşar kəndi və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd Soveti adlandırılmışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 1940 nəfərdir. === Tanınmış şəxsləri === Namiq Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı. Məzahir Ərtuğ Avşar — rəssam == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Avşar (Vedibasar)
Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında, Qafqazın 5 verstlik xəritəsində Avşar kimi qeyd edilmişdir. == Toponimiyası == Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119).
Avşar Baba
Avşar Baba — Əhməd Yəsəvinin xəlifələrindən.
Avşar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır.
Avşar xalçaları
Avşar xalçaları əsasən Urmiya ətrafında toxunur. Avşarların iqtisadi yaşamında qoyunçuluq təsərrüfatı ilə bağlı olan toxuculuq sahəsi də önəmli yеr tuturdu. Onların toxuculuq məhsullarından kilim, cеcim, кеçə, çadır, çuval, məfrəş, xurcun, hor, hеybə və sairə еl-еlat arasında yüksək dəyərləndirilirdi. Avşar еlinin bin tutub, buta bağladığı yеrlərdə «Avşar» adlı xalça toxunurdu. Avşar xalçaları bütün Şərq köçərilərinin istеhsal еtdikləri xalçalar arasında ən kеfiyyətlisi və zərifi hеsab olunurdu. Tehranda çıxan «Bərrəsi-yе sənət-е fərş dər Iran» nəşrinin vеrdiyi bilgiyə görə, Urmiyada istеhsal еdilən xalça növləri içərisində «Avşar» və yaxud «Əfşari» adlı xalçalar daha gözəl, daha kеyfiyyətli idi. «Avşar» xalçalarının alıcısı çox olduğundan sonralar bеlə xalıların istеhsalı Azərbaycanda və Iranda yayılmağa başlanmışdı. Avşar xalçalarının bir növü də Ağcabədi bölgəsinin Avşar kəndində toxunurdu. Bu növ xalçalar da şan-şöhrət qazanmışdılar. Avşar ulusu həm çöl, həm də еl dönəmində tutarlı mədəniyyət örnəkləri yaratmışdır.
Aşağı Avşar
Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır. == Tarixi == Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi 9.0 kv.km-dir. == Əhalisi == Əhalisi 1756 nəfərdir (2009). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Hülya Avşar
Hülya Avşar (10 oktyabr 1963, Balıkəsir, Türkiyə) — Türkiyə müğənnisi və aktrisası. == Həyatı == Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkəsirdə anadan olub. Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Gənc ikən Mehmet Tecirli ilə ailə həyatı qurub. Sonradan onlar boşanıblar. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat Gözəllik Yarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqda tacı geri alınıb. 1983-cü il Hülya Avşarın həyatında dönüş nöqtəsi olub. Fikrət Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmində aktrisa kimi debüt edib. "Berlin in Berlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Daha sonra musiqi təhsili alan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom və bir sinq çıxarıb.
Aşağı Avşar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəlal xan Avşar
Cəlal xan Cəmşid xan Məcdüssəltənə oğlu Avşar (1894, Urmiya – 1974, Tehran)—İranın ilk bioloqu. == Həyatı == Cəlal Cəmşid xan Məcdüssəltənə oğlu (Müzəffərəddin şahın qız nəvəsi) 1894-cü ildə Urmiya şəhərində doğulmuşdu. Bu şəhərdə ibtidai təhsilini alandan sonra Tiflisə yollanmışdı. Tehran Universitetində biologiya fakültəsində həşəratlar kafedrasını, Təbrizdə labarotoriya yaratmışdı. İranda və Orta Şərqdə bu sahə üzrə ən böyük alim sayılırdı. Cəlal xan Avşar 1974-cü ildə Tehran şəhərində vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Hacı Baba Avşar
Mirzə Hacı Baba Avşar, Həkim başı ləqəbi ilə İranın xaricdə təhsil almış ilk tələbə və doktoru idi ki Abbas mirzə Qovanlı-Qacarın əmri ilə bir ictimai fond ilə təhsil almaq üçün İngiltərəyə göndərildi. == Həyatı == Avropada ilk ali tibb təhsili almış azərbaycanlı həkim Mirzə Baba Avşar, yaxud Hacı Mirzə Baba Avşar isə Azərbaycan valisi Abbas mirzə Naibüssəltənənin ordusunun zabitlərindən birinin oğludur. O, Şahzadə Abbas mirzə tərəfindən 1811-ci ildə Avropaya tibb elmini və rəssamlıq sənətini öyrənmək üçün göndərilən iki gəncdən biri idi. Abbas mirzə 1811-ci ildə onun hüzuruna, Təbrizə gəlmiş Ingiltərənin xarici işlər naziri ilə görüşərək nazir ser Harford Consdan xahiş etdi ki, iki gənci, Mirzə Baba Avşarı və Nəqqaşbaşı oğlu Məhəmməd Kazımı özü ilə bərabər Londana aparsın. Səfir müasir elmləri öyrənməyin zəruri olduğunu düşünən Abbas mirzənin bu fikrini müsbət hal kimi qarşılandı. Hər iki gənc Azərbaycanın tanınmış, adlı-sanlı ailəsindən idilər. Abbas mirzə Naibüssəltənə bu iki gənci ser Harford Consla Londona yola salarkən demişdi: "Bu iki gənci təhsil almaq üçün aparın ki, qayıdandan sonra mənə, özlərinə və öz məmləkətlərinə fayda versinlər". Nəqqaşbaşı oğlu Məhəməd Kazımın rəssamlıq sənətində föqəladə bir istedadi var idi. Buna görə də onu bu sənətin görkəmli ustadlarının yanında təhsil almaq üçün qəbul etdilər. Mirzə Baba isə Tibb elminin ibtidasını öyrənməklə məşğul olmağa başladı.
Hüseyn xan Avşar
Hüseyn xan Avşar (1894-?) — İctimai-siyasi xadim, İran Məclisinin üzvü. == Həyatı == Hüseyn xan Avşar Avşar elinin Qasımlı oymağındandır. 1894-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsil almışdı. 14 yaşında Fransaya oxumağa getmişdi. Parisdə ali təhsil almışdı. I Dünya Müharibəsi ərəfəsində İrana qayıtdı. Osmanlı imperiyası ordusunda qulluq etdi. Mehdiqulu xan Hidayətin Baş nazirliyi dönəmində İranın Maliyə naziri olmuşdu. İran Milli Məclisinin üzvü idi.
Hüseynqulu xan Avşar
Hüseynqulu xan Avşar — Məhəmmədəli xan Avşarın oğlu və Zülfüqar xan Əmirli-Avşarın nəvəsi, Fətəli şah Qacar dövrünün şairlərindən dir. O, Abbas mirzə Qovanlı-Qacarın məiyyətində idi, ona görə şeirdə "Çakir" təxəllüs edirdi. Zülfüqar xan Əsəədəddövlə onun oğlu idi. Hüseynqulu xan, Azərbaycanca və farsca şeirlər yazıb. == Qaynaqlar == عاقلی، باقر. خاندان های حکومت گر در ايران (جلد دوم). تهران: نشر نامک، 1386. ISBN 964-6895-42-5.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Liliya Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Məhəmmədhəsən Avşar
Məhəmmədhəsən Avşar — (1835, Urmiya – 1865, Tehran) — İran rəssamı. == Həyatı == Məhəmmədhəsən 1835-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rəssamlıqla məşğul olmuşdu. Əsasən portret janrında işləyirdi. Qacar şahlarından Məhəmməd şahın, Nasirəddin şahın, dövlət xadimlərindən Mirzə Tağı xan Əmir Kəbirin portretlərini çəkmişdi. Nəqqaşbaşı ləqəbi almışdı. Onun albomları dünyanın müxtəlif muzeylərində saxlanılır. 1865-ci ildə vəfat edib.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məzahir Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (d. 12 yanvar, 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. == Həyatı == Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973-1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978-1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub.Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Rza Avşar
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). == Həyatı == Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965-1969-cu illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə.Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972-1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N.Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə “Respublika yaz sərgisi”ndə nümayiş etdirdiyi “Natürmort” əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər.Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir. Rza Avşarovun həyat yoldaşı İradə Avşarova da tanınmış rəssamdır.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Mahmud Avşar-Yəzdi
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. == Həyatı == M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Mirzə Mahmud Avşar
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. == Həyatı == M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Məhəmmədşüca xan Avşar
Şücaəddin Məhəmmədşüca xan Avşar (1727-1739) Behqaliyanın, Biharın, Orissanın nəvvabı. == Həyatı == Məhəmmədşüca xan Canməhəmməd xan oğlu Burhanpur şəhərində anadan olmuşdu. Behqaliyanın, Biharın, Orissanın nəvvabı olmuşdu. == Ailəsi == Məhəmmədşüca xan Zeynəbnisə bəyim Cəfər xan qızı ilə, Əzəmətnisə bəyim Əlaüddövlə qızı ilə ailə qurmuşdu.Əsədulla xan, Tağı xan adlı oğulları, Nəfisə bəyim və Dürdanə bəyim (əri Mirzə Lütfulla xan Məxmur)adlı qızları vardı. Mirzə Əsədulla xan Avşar(Sərfəraz xan) Mirzə Məhəmmədtağı xan Avşar == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, “Şuşa”, 2008, 352 səh.
Avşarlar
Əfşarlar — Türk xalqı, 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşarlar — 1732-1802-ci illərdə hökmranlıq etmiş xanədanlıq.
Avşarlar (film, 1996)
Avşarlar qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1996-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə Avşar elinin tarixi, etnoqrafiyası əks etdirilir. == Məzmun == Filmdə Oğuzların Avşar boyuna mənsub köçəbə tayfa ittifaqı, tarixboyu İranda, Azərbaycanda, Əfqanıstanda, İraq və Suriyada yaşayan Avşar elinin tarixi və etnoqrafiyası əks etdirilir.
Avşarlar (kitab)
Avşarlar — Ənvər Çingizoğlunun və Aydın Avşarın Avşar eli haqqında yazdığı kitab. Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və tədqiqatçı Aydın Avşarın kitab Azərbaycan xalqının etnogenezində, siyasətində və mədəniyyətində mühüm rol oynayan Avşar eli və oymaqlarının yaşam yolundan bəhs edir. Onların dünyaya bəxş etdiyi dühalardan, böyük simalardan söhbət açır.
Avşarlar sülaləsi
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) 1796-1736 — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. == Əfşarlar sülaləsinin mənşəyi == İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar.
Avşarı
Avşarı - qədim Azərbaycan rəqslərindən biri.[mənbə göstərin]Bu rəqsin adı bəzi mənbələrdə "Əfşarı" kimi də qeyd edilir. "Avşarı"da əhliləşdirilmiş mеymundan istifadə olunur. Mütəxəssislərin fikrincə "Avşarı" hərbi rəqs sayılırdı. Еnsiklopеdiyada yazılır: "Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsu 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xaraktеrli gеniş instrumеntal müqədimmə ilə başlanır. Sazda "Qaraçı" kökündə ifa olunur. Muğam əsası şurdur. Кuplеt formasında olan "Əfşarı"nın poеtik mətni qoşmadır".
Ağa xan Əbdülməliki-Avşar
Ağa xan Əbdüsəməd xan oğlu Əbdülməliki-Avşar-(?-1928), İran hərbçisi, general-mayor. == Həyatı == Ağa xan Əbdüssəməd xan oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Aga xan Sərdar Marağa ordusunun komandanı olmuşdu. Baba xan Əbdüssəməd xan Əzimüssəltənə Sərdar (1928-ci ilin yayında xristian keşiş Davud tərəfindən öldürüldü. Sərdar, bəlkə də 1914-1915-ci ilin qışında Urmiyanın ruslar tərəfindən boşaldılması və Türk-Kürdlerin gəlişi sırasında, kürdlər tərəfindən yağmalanan xristian kəndlərinin olduğu bölgədə və şəhərdə nizam-intizamı qorumağa çalışan tək şəxsdi. == Ailəsi == Ağa xanın Sadıq xan, Baba xan adlı oğlanları vardı.
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar
Ağa Əbülhəsən Allahverdi oğlu Nəqqaşbaşı Avşar(Urmiya – 1888) — Azərbaycan rəssamı. == Həyatı == Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümənə satılırdı. Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir. ("Əl-məsair vəl-asar"-"Hünərlər və əsərlər") == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh.
Ağası bəy Avşarov
Ağası bəy Avşarov (25 sentyabr 1833 – ?) — tam süvari qoşunu generalı (14 fevral 1906). == Həyatı == S.Semanov "Brusilov" kitabının altmış səkkizinci səhifəsində yazır:[mənbə göstərin] "1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi vəzifəsinə təyin olunur. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi-İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də suvari alaylarında şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az da tənbəllik vardı. 1902-ci il fevralın general-mayor Ağası bəy Avşarovu Peterburq Süvari. Məktəbinin rəisi vəzifəsindən azad edib Baş Qərargahda süvari ordusunun Baş müfəttişi təyin etdilər." == Mənbə == Şəmistan Nəzirli, Azərbaycan generalları. Bakı: Gənclik, 1991, 208 səh.
Bahadur xan Qasımlı-Avşar
Bahadur xan Əmirgunə xan oğlu Qasımlı-Avşar — Cənubi Azərbaycan azadlıq mücahidi, şair. == Həyatı == Bahadur xan Qasımlı-Avşar 1857-ci ildə Urmiya şəhərində anadan olub. 6 yaşı olarkən atasını itirmişdi. İlk təhsilini qardaşından almışdı. Sonra Urmiyada açılan Amerika gimnaziyasında oxumuşdu. 1906-cı ildə məşrutəçilərə qoşulmuşdu. Məcdüssəltənə Avşarla əməkdaşlıq etmişdi. 150 nəfər məşrutəçinin başçısı idi. Borucerddə Kazak dəstəsi ilə baş verən savaşda iştirak etmişdi. Həsən Müddərisin yaratdığı nazirlər kabinəsi dönəmində 6 ay Kirmanşahda ordu sıralarında xidmət etmişdi.
Fətəli xan Araşlı-Avşar
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. == Siyasəti == Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.Xorasanın Güneyində möhkəmlənmiş Kərim xan Zənd 1752-ci ilin sonunda Urmiya Xanlığı üzərinə yürüş edir.
Hacı Ərdəşir xan Qasımlı-Avşar
Hacı Ərdəşir xan Yusif xan oğlu Qasımlı-Avşar (?-?)—İran generalı. == Həyatı == Ərdəşir xan Yusif xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Xüsusi təhsil almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ərdəşir xan hərbçi idi. Sərtip rütbəsi daşıyırdı. == Ailəsi == Hacı Ərdəşir xan İqbalüddövlə İmamqulu xanın qızı ilə ailə qurmuşdu. Cəmşid xan adlı oğlu vardı. Cəlal xan Avşar-Hacı Ərdəşir xanın nəvəsidir. Məsturə Avşar-Hacı Ərdəşir xanın nəvəsidir.

Значение слова в других словарях

ве́стница мири́да морали́ст непоня́тно ока́рмливание портомо́я пребезобра́зно Ураза́-Байра́м хло́пнуться шлифова́льник ка́псула радиофо́бка раску́сывание фи́зико- шараба́н арифметика fugato protobiotic soup self-hatred simulation tetched не плачущий укомплектованный цимбалы