AXMAQ₁

f.
1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). Çay axır. Su axır. Damarlarda qan axır.
– Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Səhhət.
[Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana yuxuya getdi. M.Hüseyn.

2. Sızmaq, xarab olduğu üçün mayeni buraxmaq. Dam axır. Qab axır. Kran axır.
3. Damcı-damcı tökülmək (axmaq).
Qapında inləyim mən; Sözü de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı).

4. məc. Gəlmək, tökülmək.
Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun.
[Mürsəl kişi] qəmli ürəyinə axan bir sevincin təsiri ilə gülümsündü. M.Hüseyn.

5. məc. Qüvvətli kütlə və ya izdiham halında hərəkət etmək, irəliləmək, yerimək, getmək, gəlmək. Qoşunlar ardı-arası kəsilmədən axıb gedirdi.
– Nəhayət, kəndlilərdən biri ayını tüfəng ilə vurub öldürüncə qələbəlik ayının yuvasına doğru axdı. A.Şaiq.
Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. M.S.Ordubadi.
Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı. S.S.Axundov.

6. məc. Sakit, müntəzəm hərəkət etmək. Buludlar sakit-sakit göydə axır.
// Səlislik, ahəngdarlıq mənasında. Musiqinin səsi axır.
7. məc. Getmək, ötmək, keçmək (bəzən “axıb getmək” şəklində işlənir). Vaxt çox tez axıb gedir. Həyat öz qaydası ilə axıb gedir. Hər şey axır, hər şey dəyişir.
– Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M.Müşfiq.
Fikrində, hissində inqilab yarat; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun.

// məc. Cərəyan etmək, başa gəlmək, keçmək. Həyat öz məcrası ilə axır.
8. Suyun üzü ilə, cərəyanı ilə getmək; cərəyan aparmaq. Qayıqlar sahil yanından axıb keçdi.
9. məc. Süzgün göz haqqında.
Min yerdən “can!” deyildi; Hər axan süzgün gözə. Ə.Cavad.

// Özündən gedən, can verən adamın gözləri haqqında.

Синонимы

  • AXMAQ I AXMAQ (müxtəlif mənalarda), SIZMAQ, TÖKÜLMƏK II axmaq bax səfeh
  • AXMAQ getmək — ötmək — keçmək
  • AXMAQ süzmək — baxmaq
  • AXMAQ tökmək
  • AXMAQ sızmaq — tökülmək
  • AXMAQ göndərmək — yollamaq
  • AXMAQ səfeh — ağılsız — gic

Антонимы

  • AXMAQ AXMAQ – DAYANMAQ Axır şırıltıyla köpüklü çaylar (S.Vurğun); Gözündə qalmadı xalqın diləyi; Dayandı qan seli, səmum küləyi (O

Этимология

  • AXMAQ Suyun axması ağmaq kimi olub. Ağ isə “hündür” deməkdir. Su da həmişə hündürdən aşağıya axır (“su axar, çuxurunu tapar” deyirik)
AXMAQ
AXMAQ-AXMAQ
OBASTAN VİKİ
Axmaq (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Axmaq matı (şahmat)
Axmaq matı – şahmatda ən tez mümkün olan mat növü. 2 gedişə olan bu mata — Axmaq Matı (ing — fool's mate) deylir. Bu mat növü olduqca ağılsızdır və gerçəkləşməsi üçün iki tərəfdən birinin çox pis gedişlər etməsi gərəkdir. Onun üçün də belə bir ad verilmişdir. Hətta yeni başlayan həvəskar oyunçular arasında belə bu cür mata demək olar ki, rast gəlinmir. Axmaq matının olması üçün gedişlər aşağıda göstərilmişdir. 1. f3 e5 2. g4 Qh4 #Bu mat üçün ağların öncə f piyadasını bir, ya da iki dama irəli oynaması gərəkdir. Qaralar daha sonra e piyadasını irəli oynayıb vəzirin yolunu açmalıdır.
3 axmaq (film, 2009)
"3 axmaq" (ing. 3 idiots) — Hindistan filmi. 2009-cu il Bollivud istehsalıdır. Film Hindistanda ən böyük muhəndis universitetində 3 tələbənin yaşadığı hadisələrdən bəhs edir. Rejissorluğunu Rajkumar Hiraninin etdiyi filmdə həmçinin Əmir Xan,Karina Kapur kimi məşhur aktyorlar da səhnə alıb. Film həmçinin Hindistanda ve dünyada ən cox satılan hind filmidir. == Filmin mövzusu == Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan şagirdlərin həyatını qısa olaraq izah edir. Sistemin daim yarış üzərinə qurulduğu, hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə sistemi dəyişdirməyə çalışan bir şagird və onun ən yaxın 2 yoldaşı. Başlarından keçənlər, həyatdan əslində nə istədikləri. Ranco xarakterinin baş rol oynadığı film dram və komediya növünü ən yaxşı şəkildə bizə çatdırır.
10-cu əsrin axmaqları(film, 2003)
X əsrin axmaqları — Amitabh Baççan tərəfindən 2003-cü ildə çəkilmiş Hindistan fantastik komediya filmidir. Baş rolda Fəridə Cəlal, Pariş Raval və Gülşən Qrover oynayıb.Bəstəkar Pritam və Salim-Süleymanın bu filmə bəstələdiyi mahnılar özü bir albom olmuşdular. == Məzmun == Mumbay özünü Çindi Çor ( Gülşən Qrover ) adlandıran bədnam oğru qorxusundan yaşayır və təhlükəsizlik və polis qorunmasına heç bir əhəmiyyət vermədən istədiyi zaman və istədiyi şeyi oğurlayır. Ghoshal ( Ashish Vidyarthi ) İmperator Babuşanın ( Gülşən Qroverin də oynadığı ) tacının sərgisini və sonrakı auksionunu elan edərkən , Chindi bu qiymətsiz tacı oğurlamaq niyyətində olduğunu iddia edir və Ghosal bu çətinliyi qəbul edir və xüsusi təhlükəsizlik işçilərini işə götürür. .Çindi oğurluğu həyata keçirir və təhlükəsizlik işçilərindən ikisi Vikram ( Məhəmməd İqbal Xan ) və Ajay ( Anuj Sawhney ) və ortağı John D'Souza ( Paresh Rawal)), şübhəli olmaq və qaçışda olmaq. Bu cinayətdən yaxa qurtarmaq üçün Çindini tutmalı və tacı bərpa etməlidirlər. Təhlükəsizlik işçiləri tərəfindən təqib edilərkən üçlük bir divara çırpılır və 10-cu əsrdə yenidən imperator Babuşanın sarayına aparılır. Üçlülər bir Bollivud filminin çəkilişlərində olduqlarını düşünür və həbs olunana qədər heç bir şeyə ciddi yanaşmırlar. Bədbəxt üçlük bu cinayətdən yaxa qurtarmaq üçün təkcə qaçmaqla yanaşı, tacı da 21-ci əsrdə geri götürməli olduqlarını başa düşür. Yalnız bir möcüzənin 21-ci əsrə qayıda biləcəyini başa düşürlər.
X əsrin axmaqları (film, 2003)

Значение слова в других словарях

бровь внедре́нческий желе́зный ка́торжник наворо́вывать пусты́ня фанфарообра́зный неприхотли́во обгрыза́ние пы́точный разреши́тельный уксусноки́слый натычанка Святое тун(н)ель alleyway anticolonialism Bismarck clevis ee Erato pentimento tonally unbuttoning циклический