Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çırdaxan bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Çırağan sarayı
Çırağan sahilsarayı — İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Osmanlı sarayı. 1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı.
Əsrik Çırdaxan kəndi
Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.
Cırdaxan
Cırdaxan (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Düz Cırdaxan — Azərbaycanın Tovuz rayonunda kənd. Əsrik Cırdaxan — Azərbaycanın Tovuz rayonunda kənd.
Cırdaxan (Yevlax)
Cırdaxan — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cırdaxan Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən gəlmiş bir qrup ailə indiki ərazidə Cırdaxanlı adlı məntəqə salmışdır. Kollektivləşmə illərində Məşədialılar və Naibli məntəqələri ilə birləşdirildikdən sonra yaranmış kənd Cırdaxan adlandırılmışdır. Etnotoponimdir. Qızılbaş tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Şəmkir, Qazax rayonlarını əhatə edir..
Düz Cırdaxan
Düz Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Rayonun ərazisində Cırdaxan adlı iki kəndi fərqləndirmək üçün Əsrikçayın sahilindəki kənd Əsrik Cırdaxan, düzənlikdəki kənd isə Düz Cırdaxan adlandırılmışdır. Kəndin tarixi monqollar dövrünə gedib çıxır. Cənubi Qafqaz ərazisi 110 noyon arasında bölüsdürüləndə Şəmkir Mular noyona, Tovuzun bəzi hissələri isə Cırda xana düşmüşdür. Sonralar isə kənd elə Cırdaxan deyə adlandırılıb. Bir neçə kəndin adı Cırdaxan olduğundan kəndin adı Düz Cırdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş. == Tarixi == Kəndin tarixi monqollar dövrünə gedib çıxır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Dəllər Cırdaxan
Dəllər Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qeyri rəsmi olaraq Cəfər Cabbarlı kəndi kimi tanınır. Dəllər Cırdaxan Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Cırdaxan kəndini keçmış Qazax qəzasında eyniadlı kəndlərdən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cırdaxan kəndi" mənasındadır. == Tarix == Dəllər Cırdaxan yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvələrindən mövcuddur. Yalnız XX əsrin 30-cu illərində bir neçə yaylaq və qışlaqların birləşməsi nəticəsində kənd kimi formalaşmışdır. Kəndin ərazisində yerləşən və XVIII–XIX əsrlərə aid olan qəbiristanlıq bunun əyani sübutudur. Kəndin əsasını Mayarlı,Qımırlı, Kosalı, Dəlləkli kimi yerli və qədim türk tayfalarının nümayəndələri qurmuşlar.
Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var. Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.
Əsrik Cırdaxan
Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir. Kənddə Məstan Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbi fəaliyyət göstərir.
Dəllər Cırdaxan bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm Cırdaxan bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əsrik Cırdaxan kilsəsi
Əsrik Cırdaxan kilsəsi - Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən VII-X əsrlərə aid edilən alban məbədi və qala divarları. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Məbədin divarına əl vurmaq kifayıtdir ki, daşlar yerə tökülsün. Bütün bunlar azmış kimi abidənin ətrafını qamış və ot-alaq basıb. Tarixi abidə baxımsızlıqdan qəzalı vəziyyətə düşərək bir hissəsi uçub. Abidənin mütəxəssislər tərəfindən yenidən bərpasına ehtiyac var.