Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalxınış meydanı
Qalxınış meydanı (türkm. Galkynysh meýdany) — Türkmənistanın Aşqabad şəhərində yerləşən meydandır. Türkmənbaşı və Qalxınış prospektlərinin birləşməsində yerləşir.
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Çalxan kəndi
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. == Ümumi məlumat == Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Bahar qalxanı əməliyyatı
Bahar qalxanı əməliyyatı (türk. Bahar Kalkanı Harekâtı) - 2020-ci ilin fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı hərbi əməliyyat. Rusiya və Türkiyə rəhbərlərinin görüşünün nəticəsində döyüş əməliyyatları ərazisində martın 6-da atəşkəs elan edilmişdir.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Çalxan kənd yaşayış yeri
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. == Ümumi məlumat == Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Baltik sipəri və ya Baltik qalxanı
== Baltik sipəri və ya Baltik qalxanı == Baltik sipəri və ya Baltik qalxanı– Avropanın şimal – qərbində kembriyəqədərki süxurların səthə çıxdığı sahəyə deyilir. Baltik sipəri Finlandiya, Kareliyanı, Skandinaviya və Kola yarımadalarını əhatə edir. Baltik sipəri güclü metamorfizmə uğramış süxurlardan qneysdən, kristallik şistlərdən, fillitlərdən, konqlomeratlardan və arxey, proterozoy yaşlı mərmərlərdən ibarətdir. Baltik sipərində qranit intruziyalı sahələr də geniş yer tutur.
Senecio calianus
Senecio calianus (lat. Senecio calianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Alanis Morissett
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Alanis Morissette