Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Tanrı övladı (film, 2013)
"Tanrı övladı" (ing. Child of God) — 2013-cü ilin, rejissor Ceyms Frankonun psixoloji dram filmi. Kormak Makkartinin eyniadlı romanının ekranizasiyasıdır. Filmin təqdimatı 31 avqust 2013-cü ildə 70-ci Venesiya Kino Festivalında keçirilmişdi. == Məzmun == Film Lester Ballardın həyatı haqda danışır. Cəmiyyətdən qovulmuş səfil Laster, getdikcə sosial dərinliyə gərg olur və elə güclü deqradasiyaya uğrayır ki, sonda mağaraya yaşamağa köçür və sonda manyak-nekrofilə çevrilir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Child of God — Internet Movie Database saytında.
İnsan övladı (film, 2006)
İnsan övladı — Fillis Doroti Ceymsin eyni adlı romanı əsasında rejissor Alfonso Kuaronun çəkdiyi film.
İnsan övladı (rəsm əsəri)
İnsan övladı (fr. Le fils de l'homme) — Belçika sürrealist rəssamı Rene Maqritin 1946-cı ildə çəkdiyi rəsm əsəri. Rene əsəri avtoportreti kimi çəkmişdir. Rəsmdə kotelok və palto geyinmiş kişi təsvir olunmuşdur. O, alçaq divarın qabağında dayanır, arxasında dəniz və buludlu səma görünür. Kişinin qabağında levistasiya vəziyyətində olan yaşıl alma dayanır və alma onun üzünün böyük hissəsini gizlədir, lakin almanın kənarlarından çətin də olsa, adamın gözlərini görmək mümkündür. Başqa hiss edilməyən detal şəkildə təsvir olunmuş şəxsin sol qolunun dirsəkdən geriyə çevrilmiş vəziyyətdə təsvir olunmasıdır. Şəkil haqqında Maqrit deyir: == Oxşar əsərlər == "İnsan övladı" əsəri bədiilik baxımından Maqritin digər əsəri olan "Fasadlarda Böyük müharibə" əsərinə bənzəyir. Hər iki əsərdə ayaq üstə dayanan adam və dəniz təsvir olunmuşdur, amma ikinci əsərdə əlində çətir tutan qadın təsvir olunmuşdu və üzü çiçəklə örtülmüşdü. Başqa bənzər əsər "Koteloklu adam" əsəridir, amma bu əsərdə alma əvəzinə təsvir olunmuş şəxsin sifətini quş gizlədir.
Qarağac küçəsində qarabasma 5: Yuxu övladı (film, 1989)
Qarağac küçəsində qarabasma 5 (ing. A Nightmare Elm Street 5) – 1989-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ssenariyası bir neçə dəfə yazılmışdır. Filmin ssenarisi orijinal ssenaridən tamamilə fərqlidir. Filmin çəkilişinə bir neçə gün qalmış Maykl De Luka bütov ssenarini hazırlamışdır. Film "Ən pis mahnı" səslənməsinə görə Qızıl Moruq Mükafatı mükafatına layiq görülmüşdür. == Şüarlar == «It’s A Boy.» (azərb. «O uşaqdır!»‎) «Freddy Delivers.» (azərb. «Onu Freddi gətirdi!»‎) «Evil Has Spawned.» (azərb. «Bu uşaq qorxuncdur!»‎) «Freddy has a son.» (azərb.
Poladlı
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Fuladlı (Urmiya)
Fuladlı (fars. فولادلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (13 ailə).
Heraklın övladları
Herakl (yunanca Ἡρακλῆς, latınca Herculēs) qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. Bəzi mənbələr Heraklın 3 fərqli qadınla münasibəti olduğunu yazır. Heraklın həyat yoldaşı kimi Kreontun qızı Fivan şahzadəsi Meqara göstəriılir. Herakl və Meqaranın bir 2, 4 və ya 8 övladı olub. Əfsanəyə əsasən Herakl ağlını itirdiyi zaman Meqaradan olan bütün uşaqlarını öldürür, sonra isə Meqeranı İolaya ərə verir. Heraklın digər həyat yoldaşı Kalidon kralının qızı Deyanira olub. Əfsanələrə görə Heraklın ölümündə Deyaniranın əli var idi. Deyaniradan bir oğlu və bir qızı olub. Oğlunun adı Heraklid (Hill), qızının adı isə Makariya idi. Makariya döyüşlərdən birində qələbə qazanmaq üçün özünü tanrılara qurban verir.
Poladlı (Ağcabədi)
Poladlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Poladlı (Ağdam)
Poladlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponomiyası == Yaşayış məntəqəsi Ağdam rayonunda, Qasımlı inzibati-ərazi vahidində, Qarqar çayının sahilində yerləşir. "Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşlar". Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır. Poladlı "Poladın nəslindən olanlar" anlamını verir. Polad farsca "boz rəngli bərk metal" deməkdir. == Xarici keçidlər == "Ağdam rayonu".
Poladlı (Gədəbəy)
Poladlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, poladlıların bir hissəsi vaxtilə Qarabağdan köçərək Böyük Qaramurad kəndində məskunlaşmış və kəndin indiki ərazisindən binə kimi istifadə etmişdir. Sonralar onların bir qismi burada daimi məskunlaşmışdır. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Poladlı (Qobustan)
Poladlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim şahsevənlərin poladlı tayfasmın adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekoli tirələri haqqında məlumat verilir. Kəlamların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax r-nunun ərazisinə köçməsi haqqında da məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1552 nəfər əhali yaşayır.
Poladlı (Qubadlı)
Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Coğrafiyası və iqlimi == Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Poladlı (Tərtər)
Poladlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Mamırlı kənd inzibati ərazi dairəsində kənd.
Poladlı (dəqiqləşdirmə)
Poladlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Poladlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Poladlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Poladlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Poladlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Poladlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Poladlı bələdiyyəsi
Poladlı bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə
Tanrı Övladları
Tanrı övladları - müasir dini cərəyan === Yaranması === "Ailə", "Sevgi ailəsi", "Beynəlmiləl ailə", "Xristian ailəsinin xidmətçiləri", "Səmavi magiya", "Müstəqil xristian missioner cəmiyyətlərinin birliyi", "Sevgi Nazirliyi" kimi adlarla da tanınan bu qeyri-ənənəvi dini cərəyan 1968-ci ildə ABŞ-nin Kaliforniya ştatının Hantinqton Biç adlı şəhərciyində yaranmışdır. Onun qurucusu Devid Brand Berq 1919-cu ildə yevangelist-əllincilər təriqətinə mənsub ailədə dünyaya göz açmışdır. Bir müddət Arizonada baptist kilsəsində vaiz işləsə də, uğur qazana bilməyəcəyini başa düşüb, peyğəmbərlik iddiasına düşmüşdür. 1968-ci ildə Berq özünü Musa-Davud ("Axır günlərin peyğəmbəri Musa" və "İsrail kralı Davud"), yaxud sadəcə "Mo" elan edərək, Bibliyanı tədris etmək məqsədilə "Məsihlik üçün yeniyetmələr" adlı birlik yaratmışdı. (ABŞ-da "Tanrı övladları" kimi tanınır). === Əqidəsi === Cərəyanın meydana gəlməsi gənclərin hippi adlanan fəlsəfi-ideoloji hərəkatının yaranması ilə eyni vaxta düşdüyündən, onun ilk üzvləri də məhz hippilər olmuşlar. Hippilərin əksəriyyəti narkotik maddələrə və spirtli içkilərə qurşanmış, yüngül həyat tərzi keçirən evsiz gənclər idi. Berq onları inandırmağa çalışırmış ki, hər biri "Tanrının oğlu və ya qızı" ola bilər. Bunun üçün sevmək kifayətdir. Çünki sevgi inamın və mövcudluğun əsasıdır.
İsrail övladları
İsrail övladları və ya İsrail xalqı İbrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının nəsillərinə verilmiş addır. İbrahimi dinlərdə Tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub İslama görə peyğəmbərdir və Quranda İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxdı. İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (İbranicə güləşmək) və əl (Semit dillərində Tanrı). Tanaxda Yaqubun Tanrı ilə güləşindən bəhs edilir. == Yaqubun uşaqları == Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.
Ammon övladları
Əmunilər, həmçinin Əmmun xalqı, əmmunlular, Ammon övladları və ya ammonlular (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. ‏עַמּוֹן‏‎ ʻAmmōn; ərəb. عمّون‎) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq. == Dili == Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur. Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir. Əmuni dilində müxtəlif kitabələr məlumdur. == Dini == Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi.
Günəşin övladları (mif)
Günəşin övladları — azərbaycanlıların mifologiyasında təbiət cisimləri ilə bağlı anlayış. Qaynağı Azərbaycan ritual nəğmələridir. == Ritual nəğmələrində təsviri == === Birinci versiya === Kainatın yaradıcısı və idarəçisi olan Günəşin həddin artıq övladları, nəvə və nəticələri var. Qış aylarında o, yaratdığı dünyanı övladlarına tapşıraraq kəhər atın üzərində səyahətə çıxır, kainatı gəzib-dolaşır. Gün Atanın övladlarından Qış, Duman və Bulud (Keçəl qız) onun istəklisi Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar.Qış, Duman və Bulud Saçlı qızın törəmələri və Gün Atanın istəkli nəvələri olan insanlardan üz döndərir, onları Soyuğun, Şaxtanın və Qarın ixtiyarına buraxırlar. Qış, Duman və Bulud meşələri, çəmənləri, dağları işğal edir, canlılara əziyyət verirlər. Günəşin dağların ardında yoxa çıxdığını görən insanlar fikirləşirlər ki, o, xəstələndiyinə görə evində yatır, buna görə də ətrafı Qara bürüyüb. İnsanlar Qışın azğınlığını dayandırmaq üçün Yel Babanı Günəşin yanına göndərirlər. Günəş geri qayıtdıqdan sonra Saçlı qızı əsirlikdə olduğu təndirdən xilas edir, naxələf övladlarını cəzalandırır. Qış yer üzündən qovulur, Duman qayalara, Bulud isə dağlara göndərilir.
Poladlı bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Poladlı bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alça-i Fuladlı (Ərdəbil)
Alça-i Fuladlı (fars. الوچه فولادلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (79 ailə).
Çovlaqlı (Miyanə)
Çovlaqlı (fars. چولاقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 151 nəfər yaşayır (44 ailə).
Marina Vladi
Marina Vladi (fr. Marina Vlady; əsl adı və soyadı — Yekatrina Marina Vladimirovna Polyakova-Baydarova, Katrin Marina de Polyakoff-Baydaroff kimi də məşhurdur (fr. Catherine Marina de Poliakoff-Baïdaroff); doğ. 10 may 1938 — rus əsilli fransa aktrisası və müğənnisi. == Həyatı == Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir. Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
Ovalı (Urmiya)
Ovalı (fars. اوعلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (20 ailə).