Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şükran Şükürani
Şükran Rüfət oğlu Şükürani (4 dekabr 2001; Xətai rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şükran Şükürani 2001-ci il dekabrın 4-də Xətai rayonunda anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şükran Şükürani oktyabrın 7-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükran Şükürani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şükran günü
Şükran günü (Thanksgiving Day), ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılaraq yalnız ailə və tanrıya adanan bir məna kəsb etmişdir. Hind toyuğu bugünün ənənəvi yeməyidir. Plimutda Şükran günü 1621-ci ildə Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis koloniyaçının ev heyvanı ovlamağa getməsi ilə başladı. Bir gün o qədər çox heyvan tutdular ki, təxminən 50 adam olan qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə bunlar hind toyuğu idi, lakin ovlanması daha asan olan qaz və ördək olması ehtimalı daha yüksəkdir. Bu hadisədən sonra təxminən 90 nəfərlik bir yerli "Wampanoag" qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Qırmızıdərililər özləri ilə hədiyyə olaraq maral əti gətirmişdilər.
Şükran Saleh ibn Adi
Şükran Saleh ibn Adi (güm. 590-cı illər, güm. Efiopiya – güm. 650-ci illər, güm. Bəsrə, ərəb. شقران صالح بن عدي‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabəsi. Bədr döyüşünün şahidi və Məhəmməd peyğəmbərin vəfatından sonra dəfn mərasimində iştirak edənlərdən biri olmuşdur. Saleh ibn Adi adı ilə deyil, Şükran ləqəbi ilə tanınır. Şükran Həbəş köləsi olmuşdur. Onun Həbəşistandan (Efiopiya) Ərəbistan yarımadasına nə vaxt və necə gəldiyi məlum deyil.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Surkan (Urmiya)
Surkan (fars. ‎‎‎‎سوركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 658 nəfər yaşayır (85 ailə).
Gábor Bukrán
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Sükan hidrogücləndiricisi
Sükan hidrogücləndiricisi - sükan idarə mexanizminin tərkib hissəi olub, avtomobilin hidravlik sistemi vasitəsilə hərəkət zamanı avtomobilin idarə olunmasını asanlaşdırır və əksəlaqəni saxlayaraq verilmiş trayektoriya üzrə hərəkətin stabilliyini təmin edir. Sükan hidrogücləndiricisi elə quraşdırılmışdır ki, onun sıradan çıxması zamanı sükanın idarə edilməsi pozulmayır, bu halda sükan sadəcə ağır işləyir. Hidrogücləndirici özündə qapalı hidravlik sistemi təsvir edir. Buraya nasos, təzyiq tənzimləyicisi, hidravlik maye qabı, ventili və hidrosilindri idarəedən siistem daxildirlər. Avtomobilin mühərrikindən hərəkət alan nasos, mayeni lazımi səviyyədə saxlayan təzyiq tənzimləyicisi və maye qabı hidrogücləndiricidə təzyiq meyillənməsini stabilləşdirməyə xidmət edir. İkitərəfli gücləndirici hidrosilindr müasir avtomobillrdə adətən sükanın idarə sistemindəki darağa birləşdirilir və onun hərəkətinə güc verir. Ventil sükan valına bərkidilir və ona düşən momentə uyğun reaksiya verir. Sükanın dönmə hərəkətini ventilin işləməsinə çevirmək üçün çoxlu sayda üsullar mövcuddur. Bunların əksəriyyəti valda hərəkətli hissənin yerləşdirilməsinə əsaslanır. Müasir avtomobillərdə valın hərəkətli hissəsi rolunu torsion oynayır.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Suran nahiyəsi
Suran nahiyəsi (ərəb. ناحية صوران‎) — Suriyada, Hələb mühafəzəsinin Əzaz məntəqəsində inzibati–ərazi vahidi. Nahiyənin inzibati mərkəzi Suran şəhəridir. 2004–cü il siyahıyaalınmasına əsasən Suran nahiyəsinin əhalisi 4.874 ailədə 15.336 nəfəri kişilər və 14.696 nəfəri qadınlar olmaqla cəmi 30.032 nəfərdir. 2004–cü il siyahıyaalınması tarixinə olan məlumata əsasən nahiyə ərazisində Suran şəhəri və 17 kənd yerləşir.
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Sib və Suran şəhristanı
Sib və Suran şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Suran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,514 nəfər və 12,663 ailədən ibarət idi.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Cübran Xəlil Cübran
Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبران‎ Jubrān Khalīl Jubrān; ing. Kahlil Gibran; 6 yanvar 1883[…], Bişari[d], Osmanlı imperiyası – 10 aprel 1931[…], Nyu-York, ABŞ) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur. Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin, ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Şoran
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağbaş (Şabran)
Ağbaş – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur-Abşeron kanalının kənarında, Samur-Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmış İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir. Kəndin əhalisi 2605 nəfər təşkil edir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Günəşli (Şabran)
Günəşli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Günəşli Şabran rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi keçmiş SSRİ Konstitusiyası sovxozunun 2 nömrəli malikanəsi yanında salınmışdır. 1965-ci ildə rəmzi olaraq Günəşli adlandırılmışdır. Kəndin əhalisi 693 nəfər təşkil edir.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. Kəndin əhalisi 2.296 nəfər təşkil edir. Etnik tərkib baxımından kəndin əhalisi müxtəlifliyi ilə seçilir. Belə ki burada tatlar, mesxeti türkləri, Azərbaycan türkləri həmçinin ləzgilər yaşayır.
Hişkədərə (Şabran)
Hişkədərə — Azərbaycan Respublikasının Şabran rayonunun Zarat inzibati ərazi vahidində kənd. Xişgədərə kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim tat dilindəki xişk/xişg (quru), -ə (bitişdirici sait) və dərə (çay dərəsi) komponentlərindən düzəlib, "quru dərə" mənasındadır. Yaşayış məntəqəsi quru çay dərəsində yerləşdiyi üçün belə adlandırılmışdır. HiŞgədərə variantında qeydə alınmışdır.
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 326 nəfər təşkil edir.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Kəndin əhalisi 563 nəfər təşkil edir. Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Qızılqazma (Şabran)
Qızılqazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Türkan (Maku)
Türkan (fars. ‎تركان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Türkan (dəqiqləşdirmə)
Türkan — Bakı şəhərinin Xəzər rayonunda qəsəbə. Yeni Türkan — Bakı şəhərinin Əzizbəyov rayonunda mövcud olmuş qəsəbə.
Türkan Akyol
Türkan Akyol (12 sentyabr 1928, Konstantinopol – 7 sentyabr 2017, Ankara) — Professor (1969), Türk siyasətçi, Türkiyənin ilk qadın naziri (1971). Türkan Akyol 1928-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Erenköy Qız Məktəbində almışdır (1947). Ankara Universitetinin Tibb fakültəsini bitirmişdir. Ankara Universitetində rektor vəzifəsində çalışmışdır (1980). 12 mart 1971-ci ildə Silahlı Qüvvələr çevirilişindən sonra 19 martda Nihad Erimin qurduğu 33-cü hökumətdə səhiyyə naziri olaraq vəzifə almışdır. 1993-cü ildə Tansu Çillərin qurduğu 50-ci hökumətdə DYP-SHP koalisiyasından SHP millət vəkili olub. Bursada 16 yanvar 1995-ci il tarixində səhiyyə nazirliyinə bağlı olaraq açılan döş xəstəlikləri xəstəxanasına keçmiş səhiyyə naziri Türkan Akyol Döş Xəstəlikləri Xəstəxanası adı verilmişdir. Evlidir, iki uşaq anasıdır.
Türkan Məmmədyarova
Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb. 2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb. 2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır. FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb. Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.
Lukian
Samsatlı Lukian (q.yun. Λουκιανὸς ὁ Σαμοσατεύς, lat. Lucianus Samosatensis; təq. 120 – təq. 180, Afina, Axeya) — qədim yunan yazıçısı. Satirik yazılarda Lukian ictimai, dini və fəlsəfi mövhumatı, həmçinin müasir ictimaiyyətin digər çətinliklərini tənqid etmişdir. Bundan əlavə, onun "Doğru tarix" adlı əsəri, xüsusilə Ay və Veneraya səyahət ilə, elmi fantastikanın yaranmasına təsir göstərmişdir. Lucian of Samosata Project - Library/Texts, Articles, Timeline, Maps, and Themes A.M. Harmon, Introduction to Lucian of Samosata of Samosata tərəfindən əsərlər Qutenberq layihəsində Əsərləri və ya müəllifi olduğu işlər: Lukian İnternet arxivində Lukian tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar) Dickinson College Commentaries: True Histories Alexander the False Prophet - the successful travelling prophet of Asclepius and his oracular serpent god Works of Lucian of Samostata at sacred-texts.com The Syrian Goddess, at sacred-texts.com Macrobii and Lucius (The Ass), at attalus.org Contents – Harvard University Press P. P. Fuentes González, art. Lucien de Samosate, DPhA IV, 2005, 131-160.
Muaran
Muaran (fr. Moirans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38239. Kommunanın 2006-cı il üçün əhalisi 7860 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Qutran
Qutran (fr. Goutrens, oks. Gotrens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 20 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfər (15-64 yaş arasında) arasında 185 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,7%, 1999-cu ildə bu 68.1%).
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Sekban
Sekban — (Farsca seg-ban: "köpək baxıcısı"), Yeniçəri ocağının altmış beşinci bölük üzvünə verilən ad. Sekbanlar, Osmanlı imperiyasında kəndli kökənli muzdlular idi. Sekban termini əvvəlcə nizamsız hərbi hissələrə, xüsusən də silahsız olanlara deyilirdi, lakin nəticədə nizami hərbi qüvvələrdən kənar hər hansı bir orduya da bu cürə müraciət edilə bilərdi. Sekbanlar nəinki Osmanlı dövlətinə sadiq idilər, həm də onlara kifayət qədər maaş verən hər kəsə sadiq ola bilərdilər. Sekban təşkilatı, Murad Hüdavəndigar dövründə sultanın ovçusu olaraq mövcud idi. 1451-ci ildə Fateh Sultan Mehmed dövrünə qədər müstəqil bir təşkilat olan Sekban ocağı, Yeniçərlərin itaətsizliyi səbəbi ilə,onların üsyan meylini pozmaq üçün Fatihin əmri ilə Yeniçəri ocağına paylandılar. O zaman onların sayı altı-yeddi min idi. Beş yüz sekban da ov xidmətinə görə saxlanıldı. Yavuz Sultan Səlimin hakimiyyəti dövründə bütün sekbanlar bölüyə çevrildi və yeniçəri mərkəzinin altmış beşinci bölüyünü təşkil etdi. Piyada və süvari sekbanlar, padşahla ova çıxır, ov itlərini böyüdür və sekban təndirində çalışırdılar.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469, Afina – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
Sudcan
Sudcan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Laran bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,415 nəfər və 1,214 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Sufyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sukarno
Sukarno (6 iyun 1901[…], Surabaya, Niderland Ost-Hindi – 21 iyun 1970[…], Cakarta) — İndoneziyanın ilk prezidenti. O, 1945–1967-ci illərdə bu vəzifəni icra etmişdir. İndoneziya milli partiyasının yaradıcılarından və İndoneziya millətçiliyinin banilərindən biri sayılır. Yoldaş Karno ləqəbi ilə tanınır. Sukarno 6 iyun 1901-ci ildə Surabae şəhərində anadan olub. Onun xəstə və zəif böyüməsini valideynləri adının uğursuz olamsı ilə bağlayıb və onun adını qədim hind eposu "Mahabharata" qəhrəmanı olan Karnonun adını qoyublar. Əhməd adı oğlanın ikinci adıdır. Gənc Sukarno "Sarekat islam" (islam birliyi) hərəkatına qoşulub və bu hərəkatının liderinin — Çokroaminotonun evində dörd il yaşayıb. 1920-ci ildə Sukarno Ömar Səid Çokroaminotonun qızı Siti Oetari ilə evləndi. Bu illərdə o ilk siyasi dərslər almağa başladı.
Suklen
Suklen (fr. Souclin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01411. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 40 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 261 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu 61,9%). 119 fəal sakindən 113 nəfər (63 kişi və 50 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) işlədi.
Sulpan
Sulpan (Auırqazı)
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Şukrut
Şukrut və ya Choucroute garnie — Alsatiya mətbəxinin ənənəvi yeməyi. Kolbasa və digər duzlu ətlər və kartof ilə kələm hazırlamaq üçün istifadə edilən bir Alsas reseptidir.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.