Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akimat
Akimat, Akimiat (idarəetmə; qaz. әкімшілік, әкімдік, qırğ. акимчилик) — Qazaxıstanda regional icra orqanı, Qırğızıstanda rayon dövlət idarəsi. Əyalət başçısı (regional hökumət) bələdiyyə sədridir, bölgədə respublikanın prezidentini və hökumətini təmsil edir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın icra hakimləri prezident tərəfindən təyin edilir. Təşkilati struktur yerli icra hakimiyyətinin icra orqanı kimi məsuliyyət və səlahiyyətləri ilə müəyyən edilir. Bələdiyyə, bələdiyyə sədrindən, müavinlərindən, şöbələrdən, şöbələrdən və digər xidmət bölmələrindən ibarətdir. Əyalətin quruluşu bölgənin, rayonun, şəhərin idarəetmə sxeminə uyğun olaraq müəyyən edildikdən dərhal sonra bələdiyyə başçısının təklifi ilə məsləhət tərəfindən təsdiq edilir. Yerli icra orqanlarının iqtisadi və maliyyə əsaslarını inzibati ərazi vahidlərinin əmlakı (onlara aid olan məsləhətin və yerli idarəetmə orqanlarının əmlakı), yerli büdcədən vəsaiti, büdcədən ayrılan yerli vergilər, qrantlar və yardımlar, dövlət rüsumları təşkil edir. Şəhər və rayon mülkləri üçün icarə, vergi və digər ödənişlər tutulur.
Akinak
Akinak (q.yun. ἀκινάκης) — gödək (40—60 sm) dəmir qılınc, skiflər tərəfindən işlənirdi. == Tarixi məlumat == Bəzi antik müəlliflər skiflərin adətləri haqqında da məlumat verirlər. Skiflərin səciyyəvi adətlərindən biri at südü içmək idi. Hələ Homer kimmerləri "at südü içənlər" adlandırmışdı. Maldar türk tayfaları tarix boyu at südü içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, "skiflərin böyük əksəriyyəti yalnız at südü ilə qidalanırlar". İrandilli xalqların heç birində bu adət olmamışdır. Arxeoloqlar skiflər üçün səciyyəvi ox ucluqlarının və "skif heyvan stili"nin Altayda və Qərbi Sibirdə təşəkkül tapdığını artıq sübut etmişlər. Altayda və Sibirdə irandilli etnosların heç zaman yaşamadığını sübut etməyə isə ehtiyac yoxdur.
Salima
Salima — Malavinin üç bölgəsindən biri olan Mərkəz bölgəsi mərkəzi şəhəri.
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. == Həyatı == Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132-64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Makinak boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. == Mənbə == === Ədəbiyyat === Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Şalimar bağları
Şalimar bağları — Pakistanın Lahor şəhərində yerləşən Moğol bağları kompleksi. 1641-ci ildə tikinti işlərinə başlanılmış növbəti ildə isə tamamlanmışdır. Layihənin idarə olunması Şahcahan sarayının əyanı, Əlimərdan Xan və Molla Alaul Maulk Tuni ilə əməkdaşlıq edən Xəlilullah xanın nəzarəti altında həyata keçirilib. Şalimar sözünün mənası sirli olaraq qalır, ancaq güman ki, Anna Suvorovanın "Lahoru sevmək: şərq şəhərinin topofiliyası" kitabında irəli sürdüyü kimi söz Ərəb və ya Fars mənşəli ola bilər. Şalimar bağları Lahor şəhərinin əsas hissəsindən təxminən 5 km şimal – şərqdə olan böyük magistral yol boyu Baqbanpura yaxınlığında yerləşir. Şalimar bağlarının yaradılması üçün ilham mənbəyi olan əsasən beş coğrafi məkan var: Mərkəzi Asiya , Kəşmir, Pəncab, İran və Dehli sultanlığı. == Tarixi == Şalimar bağlarının yeri Arain qəbiləsindən olan Mian ailəsinə məxsusdur. Ailəyə imperiyadakı xidmətlərinə görə Moğol imperatoru tərəfindən Mian kral titulu verilib. Mian ailəsinin başçısı Məhəmməd Yusif təzyiqlərdən sonra imperator Şahcahana yaxşı vəziyyəti və torpağı olan İshaq Puranı verib. Şahcahan isə bunun əvəzində Şalimar bağlarını ailənin idarəsinə verib.
Liliya Sakmar
Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi, dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009) == Həyatı == Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir. == Mükafatları == Teşekkür belgesi.
Sakmar (Baymak)
Sakmar (başq. Һакмар, rus. Сакмар) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 45 km, kənd sovetliyindən (Teməs): 18 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 85 km.Kənd Sakmara çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (90%) üstünlük təşkil edir.
Sakuma Kanae
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu. Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur. Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır. Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir.Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh.
Salima (mahal)
Salima — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Salima ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Salima şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Dedza mahalı, şimalda Nxotakota mahalı, şimal-qərbdə Ntçisi mahalı, qərbdə Dova mahalı və Lilonqve mahalı ilə qonşudur. == Əhali == Salima mahalında 340,327 nəfər yaşayır.
Salima dairəsi
Salima — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Salima ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Salima şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Dedza mahalı, şimalda Nxotakota mahalı, şimal-qərbdə Ntçisi mahalı, qərbdə Dova mahalı və Lilonqve mahalı ilə qonşudur. == Əhali == Salima mahalında 340,327 nəfər yaşayır.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şakira Ripoll
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şirinxanım Kərimbəyli Şadiman
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.