Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nihon Şoki
Nihonqi (日本紀) və ya Nihon Şoki (日本書紀), — Antik Yaponiyanın tarixinə dair yazılmış ikinci ən qədim əsər (720-ci il). «Kociki» adlanan dini və əbədi abidənin tərtib edilməsindən cəmi səkkiz il sonra, yəni 720-ci ildə, ikinci bir salnamə meydana çıxdı, işıq üzü gördü. Bu kitab əslində mifoloji salnamə – qanun namə idi. Bu «Nihonqi» idi. Bu məcəllə şahzadə Tonerinin rəhbərliyi altında hazırlanmışdı. Bu kitab qədim Çin dilində yazılmışdı. Bu abidənin «Kodziqi»dən fərqləndirən formal cəhət ondan ibarətdir ki, burada fiksasiya üsulundan istifadə edilmişdir: yəni «Nihonqi» xronikası qədim Çin ədəbi dilində bəzi fonetik üslubları təqlid etmək yolu ilə yazılıb, lakin hər iki xronikanın yazılmasında məqsəd birdir: hökmranlıq edən sülalənin legitimliyi, yəni qanuniliyi. Lakin burada hakim sülaləsinin adı çəkilmir. Burada yalnız allah Amatarasu yüksək dərəcəyə qaldırılırdı və belə inama işarə vurulurdu ki, bütün imperatorların və hakimlərin əsli-kökü ilahi mənşədəndir. Nihonqinin məzmunu zəngindir.
Qen Şoci
Qen Şoci (d. 11 dekabr 1992) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Rodriqo Tosi
Rodriqo Tosi (6 yanvar 1983, Kuritiba) — Braziliya əsilli İtaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Tosi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Yunanıstanın İraklis və İsveçrənin FC LS klublarında oynamışdır.
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Riu-Dosi
Riu-Dosi (port. Rio Doce) — Cənubi Amerika ərazisindən axan çay. Braziliyanın cənub-şərqində yerləşir. Çayın uzunluğu 853 km, hövzəsinin sahəsi 83400 km² təşkil edir. Qərbdən şərqə axır. Piranqa və Karmu çaylarının birləşməsindən əmələ gəlir. Atlantik okeana tökülür. Gursululuq dövrü oktyabrdan aprel-maya qədərdir. 5 noyabr 2015-ci ildə Samaro dağ-mədənində bəndin partlayışı baş verir. Nəticədə 11 nəfər həlak olmuşdur.
Tava kosi
Tava Kosi (alban. Tavë kosi) Albaniyada olan milli yemək. Albaniyanın Elbasan şəhərində daha çox məşhurdur. Yeməyin tarixi haqqında Albaniyada belə bir əhvalat danışırlar ki, 1452-ci ildə Osmanlı sultanı II Mehmed Albaniyanın Kruya şəhərini mühasirəyə almağa gəlir. Osmanlı sultanı Kruya yaxınlığında düşərgə qurur. Burada yerli alban aşpaz köhnəlmiş qoyun ətini ədviyyatlar qataraq keçi südundən alınmış qatıqda bişirərək sultana verir. Alban aşpazın köhnə qoyun ətinin iyini itirmək üçun qatıq və ədviyyat əlavə etməklə hazırladığı bu yemək sultanın çox xoşuna gəlir. Sonralar sultanın düşərgə saldığı yerdə Elbasan şəhəri yaranır və alban aşpazın hazırladığı bu yemək isə "Elbasan güvəci" adını alır. Kruyer şəhərinin mühasirəsini bitirdikdən sorna sultan geri döndukdə bu yemək Osmanlı imperiyasının digər ərazilərindədə yayılır. Tava Kosininin tərkibində qoyun əti, düyü , qatıq və yumurta olur.
Şoci Co
Şoci Co (d. 17 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 7 qol vurub.
Şoci Seto
Şoci Seto (瀬藤象二, Seto Şoci, 18 mart 1891 – 20 oktyabr 1977) – Yaponiya elektrik mühəndisi və biznesmeni. Şoci Seto 1891-ci ildə Yaponiyanın Vakayama prefekturasında doğulmuşdur. 1915-ci ildə Tokio Universitetindən məzun olmuşdur. 1923-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə Almaniya, İngiltərə, ABŞ və İsveçrədə təhsil almışdır. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru olmuş, Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda anodlaşmış alüminium üzərində araşdırmalara başlamışdır. İkinci dünya müharibəsi illərində Yaponiyanın müstəqil elektron mikroskop layihəsinin aktiv iştirakçılarından biri olmuşdur. 1959-cu ildə "Toshiba" elektrik şirkətinin direktoru təyin olunmuşdur. Gördüyü işlərə görə 1973-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm).
Şoci Yonemura
Şoci Yonemura (yap. 米村正二; 1964, Fukuoka) — Yaponiya anime və tokusatsu ssenaristi. Şoci Yonemura anime və tokusatsu ssenaristi olaraq fəaliyyət göstərir. O, "Pokemon" filmindəki rolu ilə tanınır. Yonemura Tokio Zokei Universitetində təhsil almışdır. O, bir müddət Arakavada ştatdankənar işləmişdir.
Stalin abidəsi (Şovi)
Stalin abidəsi — Gürcüstanın Şovi kəndində Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinə həsr olunmuş gümüş heykəl. Əsərdə kresloda oturan Stalin fiquru Odessada tikilmiş digər Stalin heykəlinə bənzəyir. Bu gün Gürcüstanda Stalinin nadir heykəllərindən biridir.
Şossi (Val-d'Uaz)
Şossi (fr. Chaussy) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 602 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbində, Serji bələdiyyəsinin 30 km qərbində yerləşir.
Sofi
Sofi (Səfəvi imperiyası) — Avropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Sofi Həmid türbəsi — Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Sofi Marso — Fransa kinoaktrisası. Sofi Həsən türbəsi — Abidə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tapılmışdır. Sofi Lakaz — fransız bəstəkarı. Ağa sofi — Ermənistanın Əzizbəyov r-nunda dağ adı.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Soçi
Soçi — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. Soçi — Rusiya Federasiyasının Krasnodar diyarının şəhəri. Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır. Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir.
Suşi
Suşi (yap. 寿司, 鮨, 鮓) — balıqdan hazırlanmış yemək növü. İlk suşi adlı yemək Cənubi Asiyada meydana gəlmişdir. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürürdülər və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyı, mayalanırdı və məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu suşinin adı narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və nəticədə balığın qoxusunu udmağı bacarır.
Şöşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Noşi
Noşi (熨斗) – Yaponiya mədəniyyətində hədiyyələrə yapışdırılan oriqami ornamenti. Uğur diləmək üçün istifadə olunur və abalonu təmsil edir. Yaponiya mətbəxində qida məhsulu istifadə olunan abalonlar keçmiş dövrlərdə dini əhəmiyyətə malik idi və qızardılaraq dini qida kimi kamilərə təqdim olunurdu. Belə ki, yapon dilində abalon tikəsini bildirmək üçün "noşiavabi" sözündən istifadə olunur. Yapon dilində "noşi" sözü "uzanmaq" mənasına gəldiyi üçün abalonlar uzunömürlülük diləmək üçün təqdim olunan qida məhsulu kimi tanınmışdır və əhəmiyyətli tədbirlər üçün göndərilmiş hədiyyələrin üstünə əlavə olunurdu. Tədricən noşi adəti sadələşmiş və uğur dilmək üçün kağızdan hazırlanmış noşilər hazırlanmağa başlanmışdır. Müasir dövrdə noşilər toy, ad günü kimi tədbirlər üçün göndərilmiş hədiyyələrə yapışdırılan oriqami ornamentidir. Bəzən kağızdan hazırlanmış noşi yerinə noşi simvolundan istifadə olunur. Noşi hoşoqami adlı bərk kağızdan hazırlanır və mizuhiki adlı xüsusi iplə bağlanır. Hazırlanması zamanı ağ və qırmızı kağızdan, eləcə də, sarı zolaqdan istifadə olunur.
OSI
OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. Fiziki səviyyə (Physical layer) Kanal səviyyəsi (Data Link) Şəbəkə səviyyəsi (Network layer) Nəqliyyat səviyyəsi (Transport layer) Seans səviyyəsi (Session layer) Təqdimetmə səviyyəsi (Prezentation layer) Tətbiqi səviyyə (Application Layer) Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Crypturellus soui
Kiçik tinamu (lat. Crypturellus soui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Kalinovka (Soçi)
Kalinovka — Krasnodar diyarının Soçi şəhərində yerləşən mikrorayon. Kalinovka mikrorayonu Lazarevski rayonuna aiddir. Lazarevski rayonunun şimal hissəsində, Vodopadnaya və Makopsinka çaylarının qovşağında yerləşir. Lazarevskoye regional mərkəzdən 10 km şimal-qərbdə , Mərkəzi Soçidən 65 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir. A-147 "Cubga-Adler" federal magistral yolu Kalinovkadan keçir. Şimali Qafqaz dəmiryolunun Krasnodar qolunun ən yaxın stansiyası Sputnikdir. Şimal-qərbdən Vişnyovka və cənub-şərqdə Makopse yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir. Kalinovka Qara dəniz sahilinə yaxın meşəli dağətəyi ərazidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən təxminən 30 metr yüksəklikdədir. Yaxınlıqdakı mütləq yüksəkliklər dəniz səviyyəsindən 250 metr hündürlüyə çatır.
Ket Susi
Ketrin Ellen Susi (ing. Katherine Elaine Soucie; 20 fevral 1967, Klivlend, Ohayo) — ABŞ səs aktrisası . Adı tez-tez Ket Susi və ya Ket Eleonor Susi kimi qeyd edilir. O, əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır və bu günə kimi fəaliyyətini davam etdirir. O, cizgi filmlərində və cizgi seriallarında (xüsusilə "The Walt Disney Company" tərəfindən istehsal olunanlar), eləcə də video oyunlarda bir çox personajları səsləndirmişdir. Susi Ohayo ştatının Klivlend şəhərində anadan olmuşdur.
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Koşi kriteriyası
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Koşi tənliyi
Koşi ötürmə tənliyi Optikada müəyyən bir şəffaf material üçün işığın sınma indeksi və dalğa uzunluğu arasında empirik əlaqə . Adını 1837-ci ildə təyin edən riyaziyyatçı Oqüsten Koşinin şərəfinə almışdır. Koşi tənliyinin ən ümumi forması n ( λ ) = A + B λ 2 + C λ 4 + ⋯ , {\displaystyle n(\lambda )=A+{\frac {B}{\lambda ^{2}}}+{\frac {C}{\lambda ^{4}}}+\cdots ,} burada n sınma əmsalıdır, λ dalğa uzunluğu, A, B, C və s., tənliyi məlum dalğa uzunluqlarında ölçülmüş sındırma göstəricilərinə uyğunlaşdırmaqla material üçün müəyyən edilə bilən əmsallardır . Əmsallar adətən mikrometrlərdə vakuum dalğa uzunluğu (materialın daxilində olan λ/n kimi deyil) kimi λ üçün göstərilir. Adətən, tənliyin ilk iki həddindən istifadə etmək kifayətdir: n ( λ ) = A + B λ 2 , {\displaystyle n(\lambda )=A+{\frac {B}{\lambda ^{2}}},} burada A və B əmsalları tənliyin bu forması üçün xüsusi olaraq təyin edilir. Ümumi optik materiallar üçün əmsallar cədvəli aşağıda göstərilmişdir: işıq-maddə qarşılıqlı əlaqəni əsaslandıran Koşinin bu tənliyi sonradan yanlış olduğu məlum oldu. Xüsusilə, tənlik yalnız görünən dalğa uzunluğu bölgəsində normal dispersiya bölgələri üçün keçərlidir. İnfraqırmızı dalğalarda tənlik qeyri-dəqiq olur və anomal dispersiya bölgələrini təmsil edə bilmir. Buna baxmayaraq, onun riyazi sadəliyi onu bəzi tətbiqlərdə faydalı edir. Zelmeyer tənliyi anomal dispersiv bölgələri əhatə edən və ultrabənövşəyi, görünən(400-700 nm dalğa uzunluqlu şüalar) və infraqırmızı spektrdə materialın sındırma indeksini daha dəqiq modelləşdirən Koşinin çalışmasının genişləndirilmiş formasıdır.
Koşi əlaməti
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. (,) m m x y ,(,) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Maçesta (Soçi)
Maçesta — Krasnodar diyarında, Soçi şəhəri ərazisində qəsəbə. Qəsəbə hidrogen-sulfidli bulaqları və onların əsasında yaradılan sanatoriyalarla ilə məşhurdur. Mikrorayon Xosta rayonunda, Maçesta çayı vadisində yerləşir. 1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti ləğv edilmiş Soçi vilayətindən Maçesta kənd sovetini Maçesta kurort kəndi adı ilə yenidən Soçi şəhər sovetinin tərkibinə daxil etdi. Bundan əvvəl Köhnə Maçesta kənd şurası Yeni Maçesta qəsəbəsinə tabe idi və Maçesta kurort kəndi adlandırıldı. 10 fevral 1961-ci ildə Adler (keçmiş Soçi) ​​və Lazarevski rayonlarının Soçiyə birləşdirilidi və Soçi şəhərində Mərkəzi Soçi rayonu yaradıldı. 1951-ci ildə yaradılan Xostinski rayonunun sərhədləri 1961-ci il aprelin 7-dən Soçinin mərkəzinə doğru, Vereşaginka çayına qədər genişləndi. Beləliklə, Soçinin Xostinski rayonuı Maçesta mikrorayonunu da öz ərazisinə daxil etdi. Hidrogen sulfid bulaqlar Köhnə Maçestada yerləşir. Burada görəcəyiniz ilk şey daha çox antik məbədi xatırladan 4 saylı hidropatiya müəssisəsinin monumental binasıdır.
Naxçıvanın səsi
Naxçıvanın səsi - 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış radio. “Naxçıvanın Səsi” Radiosu: “Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanır. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək 16 saat efirdə yayım həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərir. "Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində - 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfındən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.
Oqüsten Koşi
Koşi (fr. Augustin Louis Cauchy; 21 avqust 1789[…], Paris – 23 may 1857[…], So[d]) — fransız riyaziyyatçısı. Məşhur fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu. Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi. Yarı aclıq içində ancaq atasının hesabına yaşadı. Atası parlamentin vəkili idi. Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifidir. Analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Qolovinka (Soçi)
Qolovinka (adıq Шэхап) — Krasnodar diyarında, Soçi şəhərində mikrorayon. Soçi kurort şəhərinin Lazarevski rayonuna daxildir. Qolovinka Şahe çayının mənsəbində, Qara dəniz sahilində yerləşir. Regional mərkəz olan Lazarevskidən 25 km cənub-şərqdə, Soçinin mərkəzindən 43 km şimalda və Krasnodar şəhərindən 250 km cənubda (yolla) yerləşir. Şəhər aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: şimal-qərbdən Qlubokaya Şellə, cənub-şərqdən Malıy Kiçmay ilə, şimal-şərqdən Şaxe və Axintamla, cənub-şərqdə isə Yakornaya Şellə. Qolovinkadan A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Qolovinka və Lazurnıy Bereq dəmir yolu platformaları var. Kurort Baş Qafqaz silsiləsinin cənub yamacında, düzənlik ərazidə yerləşir. Qolovinkanın orta yüksəkliyi dəniz səviyyəsindən təxminən 30 metrdir. Ən hündür nöqtə 224 metr hündürlüyündə adsız dağdır.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Aksi
Aksi, Akti (lat. Actium, yun. Άκτιον) — Yunanıstanın qərb sahilində, Arta körfəzindən İon dənizinə çıxan yerdə yerləşən burun. B.e.ə 31-ci il sentyabrın 2-də Oktavian (Avqust) Aksi yaxınlığında Antoni və Kleopatranın donanmasını məğlub etmişdir.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Boesi
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi. == Həyatı == Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə "sonuncu romalı" ləqəbi vermişdilər. == Fəlsəfəsi == Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) "Başlanğıclar" əsərini tərcümə etmişdi.
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Ersi
Ersi (Xoy)
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Ensi
Ensi — Qədim Mesopotamiyada e.ə. 27–26-cı əsrlərdə şəhər-dövlətdə hakim rütbəsi. Kahinlik və inzibati səlahiyyətləri var idi. E.ə. XXI əsrdə hökmdar tərəfindən təyin olunan mahal rəisləri Ensi adlanırdı. E.ə. 2-ci minillikdə istehsal vasitələri üzərində mülkiyyətdən məhrum edilən, yarımqul vəziyyətinə düşən, hökmdar və məbəd təsərrüfatlarında işləyən əkinçi-yardarlara da Ensi deyilirdi.
Sofi Bodi-Qendrot
Sofi Bodi-Qendrot (30 oktyabr 1942, Verden – 21 sentyabr 2018[…], XV arondisman (Paris)) — təhlükəsizlik məsələləri, şəhər zorakılığı, sosial bərabərsizlik və Avropa və Amerika şəhərlərində gənc miqrantların məruz qaldıqları ayrı-seçkilik mövzularında ixtisaslaşmış fransız politoloqu, kriminoloq və sosioloq idi. O, Siyasi Araşdırmalar İnstitutu (Paris), Nyu Orlean Universiteti, Midlberi kolleci, Kolumbiya Universiteti, Nyu-York Universiteti, Sosial Elmlər Ali Məktəbi, Paris Nanterre Universiteti, Blez Paskal Universiteti, Paris Sorbon Universitetində mühazirələr oxuyub. Bodi-Qendrot ingilis və fransız dillərində 20-dən çox kitabın, eləcə də 150-dən çox fəsil və akademik məqalənin müəllifi və ya birgə redaktoru olub. O, 2005-ci ildə Akademik Palma ordeninə layiq görülmüş və 2012-ci ildə Fəxri Legion Ordeni ilə təltif edilmişdir. Bodi Qendrot 30 oktyabr 1942-ci ildə Verden, Mözdə anadan olub. O, həkim Moris Bodi və rəssam Jaklin Kontantın qızı idi. Bodi-Qendrot 17 yaşına qədər Verdendə böyüdü və Verdendəki Margueritte Liseyində, sonra Parisdəki Sévigné Kollecində təhsil aldı. 1963-cü ildə o, Paris Universitetində ingilis dili üzrə magistr dərəcəsi alıb, beş ildən sonra Parisdəki Siyasi Araşdırmalar İnstitutundan Amerika vətəndaş hüquqları hərəkatı üzrə diplomunu qazanıb və 1979-cu ildə Nyu-Yorkda məktəb münaqişələri sahəsində siyasi elmlər üzrə post-dövlət magistr dərəcəsini əldə etmişdir. O, İngiltərənin Uolsoll şəhərində oxucu kimi vəzifəyə başlayıb və sonra 1964–1965-ci illər arasında Romadakı Amerika Xarici Məktəbində dərs deyib. Bodi-Qendrot Kofremka Rəy Tədqiqat İnstitutunda işləyib və 1975-ci ildə Parisdə Midlberi məktəbinin direktor köməkçisi kimi işləmək üçün Parisə köçməmişdən əvvəl Nyu Orlean Universitetində tələbələrə dərs deyib.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Desi Trayan
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Desmond Doss
Desmond Doss (ing. Desmond Thomas Doss; 7 fevral 1919 – 23 mart 2006) — İkinci Dünya Müharibəsi veteranı, ABŞ-nin ən yüksək hərbi mükafatı - Şərəf medalı ilə təltif edilən üç vicdanlı hərbi xidmətdən imtina edən şəxsdən birincisi. Təltif edildiyi qəhrəmanlıq hərəkətləri zamanı o, ABŞ ordusunda 77-ci piyada diviziyasının 307-ci alayının tibb hissəsinə təyin edilmiş kapral olmuşdur. Desmond Doss 7 fevral 1919-cu ildə Linçburqda dülgər Uilyam Tomas Dossun və adi ayaqqabı fabrikində işləyən Berta Edvard Oliver Dossun ailəsində anadan olub. O, Yeddinci günün adventistlərinin prinsiplərinə uyğun olaraq böyümüş və 21 yaşında artıq kilsədə diakon və həmçinin vegetarian idi. Hərbi xidmətə götürülməzdən əvvəl o, Newport News Shipbuilding-də işləyib. İmanın təsiri ilə o, vicdanlı şəkildə hərbi xidmətdən imtina etdi - özünə silah gəzdirməyi və üstəlik, insanlara münasibətdə ondan istifadə etməyi özünə qadağan etdi. Ondan hərbi xidməti təxirə salmağı xahiş etdilər, lakin o, rədd etdi, çünki o, müharibə və qətllərin əleyhinə olsa da, inancının icazə verdiyi qədər vətənə xidmət etmək istəyirdi. Nəhayət, hərbi rəhbərliyin xahişindən sonra o, 77-ci Piyada diviziyasının 307-ci Piyada alayına komandir təyin edildi. Silah gəzdirməkdən imtina etdiyinə görə, Doss tez-tez həmkarları tərəfindən ələ salınır və hücuma məruz qalır, rəsmi vəzifəsini yerinə yetirməməkdə günahlandırılır.
Devid Boui
Devid Boui (ing. David Bowie,/ˈdeɪvɪd ˈboʊ.i/; əsl adı Devid Robert Cons (ing. David Robert Jones); 8 yanvar 1947, Brikston, London, Böyük Britaniya — 10 yanvar 2016, Manhetten, Nyu-York, ABŞ) — britaniyalı rok musiqiçisi, müğənni və mahnı müəllifi, həmçinin prodüser, rəssam və aktyor kimi fəaliyyət göstərmişdi. Musiqi sənayesinin aparıcı musiqiçisi, 20-ci əsrin ən nüfuzlu musiqiçilərindən biri hesab olunur. Xüsusilə 1970-ci illərdə Boui yenilikçi fəaliyyətnə görə tənqidçilər və musiqiçilər tərəfindən yüksək qiymətləndirilirdi. Onun karyerası yenilik ixtira ilə və vizual təqdimatla yadda qalmışdır, musiqisi və səhnə sənəti isə populyar musiqiyə əhəmiyyətli təsir göstərmişdi. 50 il ərzində o, musiqi ilə məşğul olub. İllər ərzində tərzini tez-tez dəyişməsinə görə və yaradıcılığını uğurla aktual musiqi janrlarına uyğunlaşdırdıqna görə "rok musiqi xamelyonu" ləqəbini almışdı..
Devon Aoki
Devon Aoki (10 avqust 1982, Nyu-York, ABŞ) — amerikalı aktrisa və model. Bu Amerikalı aktrisa və top model bir çox filmlərdə çəkilib. Bunlara misal olaraq "Forsaj 2" (ingiliscə: 2 fast 2 furious), "Günahlar şəhəri" (ingiliscə: Sin city), "Müharibə (ing. War), "Mutantların xronikası" filmlərini göstərmək olar. Aktrisa bir çox məşhur müğənnilərin klip çəkilişlərində rol alıb. Qatillər adlı qrupun “Zibilxanalar” adlı mahnısının klipində , 2018-ci ildə - BTS qrupunun “Mənə sərf et” adlı mahnısının klipində rol alıb. Devon 2010-cu ilin iyun ayında Ceyms Beyli ilə nişanlanıb. Cütlüyün 4 uşağı var.