Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfrand Daşdəmirov
Əfrand Firudin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru. == Həyatı == Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir. == Pedaqoji fəaliyyəti == Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Əflan İbrahimov
Əflan Həsən oğlu İbrahimov (5 mart 1956, Nərimankənd, Mərəzə rayonu) — Müstəqil Xalq Partiyasının sədri, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, Müasir Müsavat Partiyasının sabiq sədr müavini, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, siyasətçi. == Həyatı == Əflan Həsən oğlu İbrahimov 5 mart 1956-cı ildə Nərimankənd kəndində doğulub. O, 1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbində, 1973–1977-ci illər Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır. 1977–1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir. Əflan İbrahimov 1981–1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində, 1988–1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan idarələrdə usta-mexanik kimi çalışmışdır. O, 1992–1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır. Əflan İbrahimov 1994–1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir. 2002–2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2008–2009-cu illərdə isə Loğman Tibb Məktəbində şöbə müdiri vəzifəsində işləmişdir.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Giora Eyland
Giora Eyland (ivr. ‏גיורא איילנד‏‎; 1952 və ya 22 aprel 1952) — İsrail Müdafiə Qüvvələrinin istefada olan general-mayoru və İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri. Dövlət sektorundan təqaüdə çıxdıqdan sonra Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda baş elmi işçi olmuşdur. Eyland yerli və xarici mediada beynəlxalq təhlükəsizlik məsələlərinə dair tez-tez şərhçi və müəllifdir. 2007-ci ildə hökumətlər və çoxmillətli təşkilatlar üçün milli təhlükəsizlik və strateji xidmətlər üzrə konsaltinq şirkəti yaratmışdır. Bar-İlan Universitetində iqtisadiyyat üzrə MBA və bakalavr dərəcəsinə malikdir.
Siland
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır: Heyvanlar, quşlar haqqında; Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında; Yer adları haqqında; Tayfa, el, xalq, nəsil haqqında; Səma cisimləri haqqında; Tarixi şəxsiyyətlər haqqında; Nizami mövzuları haqqında; Ailə məişət məsələləri haqqında. . Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir. Folklorun digər janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda — salnamə, xronika, cünk və əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə — dildə-ağızda dolaşa-dolaşa müasir dövrə qədər gəlib çatmışdır. 70ci illərdə bu şifahi xalq ədəbiyyatının əsasını qoymuşdu.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Henrix Viland
Henrix Viland (alm. Heinrich Otto Wieland‎) (4 iyun 1877, Pfortshaym, Baden, — 5 avqust 1957, Ştarnberq) — Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1927). == Həyatı == Pforxtsxeymdə (Baden torpağı) (1877- 1957) anadan olmuş, alman üzvi- kimyaçısı və biokimyaçısı, Viland Henrix Otto 1896- cı ildə Münhen, 1897- ci ildə Berlin Universitetində, 1898- ci ildə Ştutqartdakı Ali Texniki Məktəbində təhsil almışdır. 1909- cu ildə professor adını almışdır. Çoxlu sayda öd turşylarının sintezi və öyrənilməsi, habelə onların quruluşunun müəyyən edilməsi sahəsində kompleks tədqiqat işləri həyata keçirdiyinə görə 1927- ci ildə alim Nobel mükafatına layiq görülmüşdür.
Mulan (əfsanə)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. == Həyatı == Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Robert Baland
Robert Balard (ing. Robert Duane Ballard) - amerikalı dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Roland Qlavani
Roland Qlavani (20 Aprel 1922 – 16 Yanvar 2017) — Fransalı ordu generalı.
Roland Vimi
Roland Vimi (21 iyun 1961) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Roland Vimi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Stone Island
Stone İsland — İtalyan şirkəti, yüksək-səviyyəli geyim istehsalçısı. == Şirkətin tarixçəsi == 1982-ci ildə Stone İsland geyim markası C.P.Company adını daşıyan şirkətin məhsulu kimi yaranıb. Onun işi nəticəsində Stone İsland markası altında həm materialın keyfiyyətinə, emal texnologiyalarına, həm də ekstremal dizayna görə nadir əşyaların sırasına peyda olmağa başladı. Stone İsland məhsullarının istehsalı zamanı istifadə edilən texnoloji prosedurların kökləri tez-tez qeyri-standart geyim istehsal etməyə imkan verən müxtəlif sənaye sahələrinə gedir. Yuxarıda sadalanan texnoloji gedişlərin tətbiqi nəticəsində şirkət Avropada populyarlıq qazanmağa başlayıb. Stone Island geyimləri tekstil brendlərinin A (lüks) seqmentinə daxildir. == Marka nişanı == Stone İsland paltarının əsas və ən vacib detallarından biri, kompas şəklində bir şirkət emblemi ilə bir yamaq tikmədir. Adətən o sol qolda iki düymə (bəzi modellərdə — çiyində) bərkidilir. 1980-ci illərin ortalarında, əsasən, bu dizayner tapıntısı sayəsində Stone Island markası altında olan geyim eyni İngilis futbol azarkeşləri arasında populyarlaşdı. Stone İsland geyimlərinin vəziyyətində bu yamaq elementi, hətta paltardan belə vacib detala çevrildi.
Treasure Island
Takarajima (yap. 宝島 , azərb. Dəfinələr adası‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı.
Viktoriya Nuland
Viktoriya Nuland (ing. Victoria Nuland; d. 1961, Konnektikut) — ABŞ siyasətçisi, peşəkar diplomat, ABŞ Dövlət Katibinin köməkçisi. == Şəxsi həyatı == Atası Yel Universitetinin tibb və bioetika professoru Şervin Nulanddır. Nuland milliyətcə yəhudidir. O, Braun Universitetini bakalavr pilləsini bitirib. Rus, fransız və bir qədər çin dilini bilir. Robert Kaqanla ailə həyatı qurub, iki övladı var.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
İrland dili
İrland dili — İrlandiyada və Şimali İrlandiyada danışılan dil. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.
İrland dənizi
İrland dənizi (ing. Irish Sea,vall Môr Iwerddon,irl. Muir Éireann,) — Atlantik okeanın ucqar dənizi. Şərqdə Böyük Britaniya və qərbdə İrlandiya adalarının arasında yerləşmişdir (51° 40' — 54° 30' ş.e ; 3° — 6° q.u). Şimalda Şotlandiyanın qərb sahillərini — İrlandiya Respublikasını və Şimali İrlandiyanı əhatə edir. Dənizdən cənuba Uels krallığı yerləşmişdir. Cənub-qərbdə Müqəddəs George boğazı, şimalda — Şimal boğazı ilə və Kelt dənizi vasitəsilə okeanla birləşir. Sahəsi təxminən 100 min km², ən böyük dərinliyi 175 metrdir. Antik dövrlərdə İrlandiya dənizi İberiya okeanı adlandırılırdı. (lat.
İsland dili
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə — doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə — 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941–1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. == Qarabağ müharibəsində iştirakı == Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.
Əfsanə Hüseynova
Əfsanə Məmmədova
Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi. == Həyatı == Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Roland Juhász
Roland Juhász (1 iyul 1983-cü ildə anadan olub) — mərkəz müdafiəçisi kimi çıxış edən macar keçmiş peşəkar futbolçudur . == Karyera == === MTK Budapeşt === Juhász gənclik karyerasını Tápiószecső-da yerli Tápiószecső FC klubunda oynayıb. Peşəkar karyerasına 1999-cu ildə MTK Budapest FK-da başlayıb. O, Macarıstan Liqasında 107 oyun keçirərək və 12 qol vurarak Macarıstan Milli Futbol Komandasının məşqçisini onu heyətə cəlb etməyə razı salıb. Juhasz 2002–03 mövsümündə MTK Budapest ilə Macarıstan Liqası çempionu olub. Macarıstan Liqasının 2004–05 mövsümünün sonunda Belçikanın RSC Anderlecht klubu ilə müqavilə imzaladı. === Anderlext === Juhasz 29 avqust 2005-ci ildə Anderlext ilə müqavilə imzaladı O , UEFA Çempionlar Liqasında Chelsea ilə oyunda klubda debüt etdi. 2005-ci il sentyabrın 19-da ayağında sümüyü sındırdı ki, bu da "Anderlext"in bir neçə həftəlik macar müdafiəçidən məhrum olması anlamına gəlirdi. Juhász 2005–06, 2006–07, 2009–10, 2011–12 mövsümlərində klubla dörd dəfə Belçika Pro Liqasının qalibi olub. 2009-cu ildə Macarıstan Futbol Federasiyası tərəfindən Belçika Birinci Divizionunun ən yaxşı müdafiəçisi və 2009-cu ilin ən yaxşı oyunçusu seçilib.
Roland Yuxas
Roland Juhász (1 iyul 1983-cü ildə anadan olub) — mərkəz müdafiəçisi kimi çıxış edən macar keçmiş peşəkar futbolçudur . == Karyera == === MTK Budapeşt === Juhász gənclik karyerasını Tápiószecső-da yerli Tápiószecső FC klubunda oynayıb. Peşəkar karyerasına 1999-cu ildə MTK Budapest FK-da başlayıb. O, Macarıstan Liqasında 107 oyun keçirərək və 12 qol vurarak Macarıstan Milli Futbol Komandasının məşqçisini onu heyətə cəlb etməyə razı salıb. Juhasz 2002–03 mövsümündə MTK Budapest ilə Macarıstan Liqası çempionu olub. Macarıstan Liqasının 2004–05 mövsümünün sonunda Belçikanın RSC Anderlecht klubu ilə müqavilə imzaladı. === Anderlext === Juhasz 29 avqust 2005-ci ildə Anderlext ilə müqavilə imzaladı O , UEFA Çempionlar Liqasında Chelsea ilə oyunda klubda debüt etdi. 2005-ci il sentyabrın 19-da ayağında sümüyü sındırdı ki, bu da "Anderlext"in bir neçə həftəlik macar müdafiəçidən məhrum olması anlamına gəlirdi. Juhász 2005–06, 2006–07, 2009–10, 2011–12 mövsümlərində klubla dörd dəfə Belçika Pro Liqasının qalibi olub. 2009-cu ildə Macarıstan Futbol Federasiyası tərəfindən Belçika Birinci Divizionunun ən yaxşı müdafiəçisi və 2009-cu ilin ən yaxşı oyunçusu seçilib.
Roland Bart
Rolan Jerar Bart (fr. Roland Gérard Barthes, fransız: [ʁɔlɑ̃ baʁt]; 12 noyabr 1915[…], Şerburq[d] – 26 mart 1980[…], XIII arondisman və ya Paris) — Fransa ədəbiyyat nəzəriyyəçisi, esseisti, filosofy, tənqidçisi və semiotiki. Onun işi əsasən Qərbin populyar mədəniyyətindən qaynaqlanan müxtəlif işarə sistemlərinin təhlili ilə məşğul olmuşdur. Onun ideyaları müxtəlif sahələri araşdırmış, strukturalizm, antropologiya, ədəbiyyat nəzəriyyəsi və poststrukturalizm də daxil olmaqla bir çox nəzəriyyə məktəblərinin inkişafına təsir göstərmişdir. Bart 1957-ci ildə populyar mədəniyyət haqqında düşüncələri özündə əks etdirən "Mifologiyalar" esse toplusu və 1967-ci ildə ədəbi tənqiddə ənənəvi yanaşmaları tənqid edən "Müəllifin ölümü" essesi ilə məşhurdur. O, akademik karyerası ərzində ilk növbədə Sosial Elmlər Ali Məktəbi və Sosial Elmlər Ali Məktəbi ilə əlaqələndirilmişdir. == Əsərləri == == İstinadlar == == Əlavə ədəbiyyat == Réda Bensmaïa, The Barthes Effect: The Essay as Reflective Text, trans. Pat Fedkiew, Minneapolis: University of Minnesota Press, 1987. Luca Cian, "A comparative analysis of print advertising applying the two main plastic semiotics schools: Barthes' and Greimas'", Semiotica 190: 57–79, 2012. Paul de Man, "Roland Barthes and the Limits of Structuralism", in Romanticism and Contemporary Criticism, ed.
Efalid
Efalid ( q.yun. Αἰθαλίδης ) — qədim yunan mifologiyasında personaj, Hermes və Evpolemeyin oğlu. Fessaliyada Amfrisos çayının axınları boyunca anadan olmuş və Apole və ya Larissa şəhərində yaşamışdır. Ölümdən sonra o, Aid yaddaşını saxlayan bir neçə nəfərdən biri olmuşdur. Həmçinin, onun ruhu yeraltı və yer üzündə növbə ilə yaşamaq fürsəti əldə etmişdir.
Şetland adaları
Şetland adaları (ing. Shetland; şot.kelt Sealtainn; q.skan. Hjaltland) — Birləşmiş Krallığın şimalında, Orkney və Farer adaları arasında yerləşən, Şotlandiyaya məxsus arxipelaq. Şetland adalarının sahəsi 1,466 km2, sahil xətti 1,500 kilometrdən çox və əhalisi təxminən 22 min nəfərdir. İnzibati mərkəzi Lervik şəhəridir. Adalar Birləşmiş Krallığın ən şimal nöqtəsidir. Şetland Şotlandiyanın 32 qraflığından biridir. Əvvəlcə Norveç müstəmləkəsi olan adalar 12 fevral 1472-ci ildə Şotlandiya tacının nəzarətinə keçmişdir.
Şetland plitəsi
Şetland plitəsi — litosfer plitəsi olaraq, 0.00178 steradion sahəsinə malikdir. Antarktika plitəsinin bir hissəsi kimi götürülür. Antarktik yarımadası yaxınlığında, Dreyk boğazında ərazisində yerləşir. Plitə üzərində Cənubi Şetland adaları yerləşir. Skotiya plitəsi ilə konvergend sərhədə malikdir.