Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lagernıy adası
Lagernıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasından 800 m şimal-qərbdə yerləşir. Adada yerləşən Blizkaya çayının mənsəbinə yaxın ərazidə qərarlaşır. == Təsviri == Ovalvari formaya malikdir. Uzunluğu 1,3 km, eni isə 1 km təşkil edir. Adanı Komsomoles adası ilə sayla birləşir. Şimalında 26 metr hündürlüyə malik qaya vardır.
Nikita Naqornı
Nikita Vladimiroviç Naqornı (12 fevral 1997, Rostov-na-Donu) — Rusiya gimnastı. Üçqat dünya çempionu(2019), altıqat Avropa çemponu (2015, 2016, 2018, 2019), 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı.Rusiyanın əməkdar idman ustası. Beynəlxalq dərəcəli idman ustası. 12 fevral 1997-ci ildə Rostov na-Donuda doğulub. 2014-cü ildə yeniyetmələr arasında keçirilən Rusiya çempionatında Nikita çoxnövçülükdə bürünc medal qazandı. Bu ona Avropa Gənclər Çempionatına getməyə imkan verdi. 2015-ci ildə Rusiya çempionatında Nikita Moskva komandasının tərkibində bürünc medal qazandı. Bu nəticələrlə Nikita Monpelye şəhərində keçirilən Avropa çempionatına bilet qazandı. O 15.099 xal toplamaqla qızıl medal qazandı. 29 may 2016-cı ildə Berndə (İsveçrə) 2016 Avropa Çempionatında Nikita Naqornı komanda birinciliyində 15.566 xal toplayaraq Avropa çempionu oldu.
Zaqornıye Kletya (Şaran)
Zaqornıye Kletya (başq. Загорные Клетья, rus. Загорные Клетья) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 23 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 18 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 55 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (56%), ruslar (31%) üstünlük təşkil edir.