Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəykəndi
Bəykəndi (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. Bəykəndi (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Bəykəndi (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Bəykəndi (Nəzərkəhrizi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd.
Bəykəndi (Həştrud)
Bəykəndi (fars. بيك كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 593 nəfər yaşayır (133 ailə).
Bəykəndi (Qəzvin)
Bəykəndi (fars. بک‌کندی‎, az.-əski. بَی‌کَندی‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəykəndi, Qaqazan mahalının böyük və önəmli yaşayış yerlərindən sayılaraq, Qəzvindən 42 kilometr qərbdə və Qəzvin- Rəşt yolunun yaxınlığında yerləşir. Kəndin ən yüksək nöqtəsi buradan quzeydə yerləşən 1,903 metr ucalığı olan Muradtəpə zirvəsidir. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 1.446 nəfər yaşayır (362 ailə). 2016-cı ildə kənd əhalisinin sayı 714 nəfər və 242 nəfərə azalıb. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Kəndlilərin gəliri əkinçilik, bağçılıq və maldarlıqdan əldə edilir. Üzüm və Buğda Bəykəndinin əsas məhsullarıdır.
Bəykəndi (Çaldıran)
Bəykəndi (fars. بيگ كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Görməli yerlər == Kənd yaxınlığında yerləşən istilik yaxud Kərimxan dərəsi adlanan çökəkliyin içində 50 metr yüksəkliyi olan bir şəlalə yerləşir. Yerlilər onu Yeddi Qazan adlandırır. Yeddi Qazan şəlaləsi axdığı qayaları dələrək, yeddi çökəklik (çuxur) əmələ gətirib ki kəndliləri bu çuxurları, qazana bənzədirlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (96 ailə).
Bəykəndi (Nəzərkəhrizi dehistanı)
Bəykəndi (fars. بيگ كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (17 ailə).