Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buqut abidəsi
Buqut yazısı — Monqolustan Xalq Respublikası sərhədləri daxilində Buqut dağı yaxınlığındakı bir ovada ucaldılmış, I Göytürk xaqanlığı dövrünə aid dikli daş. Bilinən qədim türk bengi daşlarındandır. 572-580-ci illər arasında keçən tarix hadisələrdən bəhs edildiyi bioqrafik və didaktik əsərdir. Adını Arhanqay Aymaq elinin Bayn Tsaqaan Gol (Müqəddəs Bəyaz göl) bölgəsindəki Buqut dağından almışdır. Bu dağın təxminən 10 km şərqindəki geniş ovada inşa edilmişdir. Birinci Göytürk xaqanlığı dövrünə aid xatirə məzar külliyyəsindəki əsərlərdəndir. Abidə tısbağa formalı daş üzərində oturdulmuşdur.Abidənni yeri 1956-cı ildə monqol elm xadimi Ts. Dorjsüren tərəfindən aşkarlanmışdır. Buqut abidəsi və bu abidəyə aid tısbağa formalı daş bu gün Çeçerleq muzeyinin baxçasındakı açıq sahədə nümayiş etdirilir. == İçindəkilər == I Göytürk xaqanlığı dövrünə aid abidənin üç üzündə Soqd hərfləri ilə yazılmış soqdca mətni, bir üzündə isə brahmi hərfləri ilə yazılmış sanskritçə mətn əks olunmuşdur.
Faik Bulut
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin] Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.
Riyazi sübut
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Subut Mehdiyev
Mehdiyev Subut Əyyub oğlu — yazıçı, "Qızıl qələm" mükafatı laureatı, "Aydın Fikir" ictimai-siyasi qəzetinin və "Qlobxeber.az" saytının təsisçisi və baş redaktoru. Mehdiyev Subut Əyyub oğlu 21 aprel 1971-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1978-ci ildə Minkənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin məktəbin 8-ci sinfini fərqlənmə ilə bitirmişdir. 1986-cı ildə Bakı şəhərində yerləşən 1 saylı Respublika Fizika-Riyaziyyat Təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuş və 1988-ci ildə bitirmişdir. 1988-ci ilin payızında Leninqrad Hərbi Akademiyasına daxil olmuş, lakin ailə vəziyyətinə görə təhsilimi davam etdirməmişdir. 1989-1991-ci illərdə həqiqi-hərbi xidmətə çağırılmış və vətənin müdafiəsində iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Universitetə daxil olmuş, ali təhsil almışdır. Ali məktəbdə təhsil aldığı müddət ərzində respublikada nəşr olunan “Ekspress” , “Ekspert” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışmış və bir neçə dövlət və müstəqil qəzetlərdə isə ölkə üçün mühüm əhəmiyyət daşıyan müxtəlif məqalələrlə çıxış etmişdir. 2003-cü ildə nəşr olunmuş “Diplomatiya və İqtisadiyyat” kitabının həmmüəllifidir. 7 noyabr 2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə "İnsan naminə" siyasi partiyalar blokunun 121 saylı Laçın seçki dairəsindən vahid namizədi kimi namizədliyi irəli sürülmüş və namizədliyi seçki komissiyası tərəfindən qeydə alınmışdır.
Sənədləşdirilmiş sübut
Sənədləşdirilmiş sübut, Yazılı sübut və ya Sənədli sübut — məhkəmə işi üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlərdən ibarət sübut. Bu mənada o, şifahi şahid ifadələrindən fərqlənir. Sənədləşdirilmiş sübut çox zaman yazılı sübutlarla (qəbz, müqavilə və ya vəsiyyətnamə kimi) əlaqədar istifadə edilir, lakin informasiyanı özündə əks etdirən digər vasitələr də, məsələn, fotoşəkillər; lent yazısı və film kimi nümayiş etdirilməsi üçün xüsusi mexaniki cihaza ehtiyacı olan vasitələr; həmçinin elektron poçt kimi rəqəmsal sübutların çap edilmiş forması da sənədləşdirilmiş sübut hesab olunur. Bir qayda olaraq, sənədləşdirilmiş sübutlar sübut kimi qəbul edilməzdən əvvəl, onların orijinallığı digər sübutlarla təsdiqlənməlidir. Əgər sənəd onun məzmununun müəyyənləşdirilməsi deyil, başqa məqsədlə təqdim edilmişdirsə, o, sənədli sübut hesab olunmayacaq. Məsələn, əgər üzərində qan ləkəsi olan məktub sadəcə cavabdehin məktubun müəllifini məktubu yazarkən arxadan bıçaqladığını göstərmək üçün təqdim olunubsa, o halda həmin məktub sənədli deyil, maddi sübut hesab olunacaq. Əəgr daha sonra eyni məktubun məzmunu qəsdən adamöldürmənin motivini sübut etmək üçün təqdim edilərsə, o halda həm maddi, həm də sənədli sübut hesab olunacaq. Sənədləşdirilmiş sübutların təsdiq edilməsi üçün müxtəlif autentikasiya üsulları tətbiq olunur: şahid ifadələri, sənədlərin həqiqiliyinin müəyyən edilməsi, ekspertiza, güman edilən müəllifin əlyazmasını müəyyən edə biləcək şahidin ifadəsi və s.
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Biyektiv sübut
Biyektiv sübut — iki sonlu A və B çoxluğu arasında f : A → B bijektiv funksiyasının və ya iki kombinator sinfi arasında ölçüsü qoruyan bijective funksiyasının tapıldığı sübut üsuludur və bununla da eyni sayda elementi sübut edir, |A| = |B|. Texnikanın faydalı olduğu yer A-nın ölçüsünü bilmək istədiyimiz, lakin çoxluğun elementlərini saymaq üçün birbaşa yol tapa bilmədiyimiz zamandır. Bu halda, B çoxluğunun elementlərinin sayını hesablamaq daha asan olarsa, A və bəzi B çoxluğu arasında bijection qurmaq problemi həll edir. Bu texnikanın digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, bijeksiyanın təbiəti çox vaxt iki dəstdən hər biri haqqında güclü məlumat verir. == Əsas nümunələr == === Binom əmsallarının simmetriyasının sübutu === Binom əmsallarının simmetriyası bildirir ki ( n k ) = ( n n − k ) . {\displaystyle {n \choose k}={n \choose n-k}.} Bu o deməkdir ki, n elementdən ibarət çoxluqda n − k elementin birləşmələri qədər k elementin kombinasiyası var. Biyektiv sübut Nəzərə alın ki, bərabərliyini sübut etdiyimiz iki kəmiyyət istənilən n elementli S çoxluğunun müvafiq olaraq k və n − k ölçülü alt çoxluqlarının sayını hesablayır. S alt çoxluqlarının iki ailəsi Fk və Fn − k arasında sadə biyeksiya mövcuddur. — hər bir k elementli alt çoxluğu S çoxluğunun tam olaraq qalan n − k elementlərini ehtiva edən tamamlayıcısı ilə əlaqələndirir. Fk və Fn − k elementlərinin sayı eyni olduğundan, müvafiq binom əmsalları bərabər olmalıdır.
Burhanəddin Bulut
Burhanəddin Bulut (25 avqust 1970, Bitlis) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Burhanəddin Bulut 25 avqust 1970-ci ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq bölməsindən və Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. 1993-cü ildə Adanada əczanə açaraq peşə fəaliyyətini davam edib. Dörd dəfə Adana Əczaçılar Palatasının sədri vəzifəsinə seçilib. 2011-ci ildə parlament seçimlərində namizəd olduğuna görə vəzifəsindən istefa verib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2014-cü ildə Çuxurova ilçə Bələdiyyə Məclisinin üzvü seçilib. 2015-ci ildə CHP Adana il sədri olduğuna görə vəzifəsindən istefa verib. 11 noyabr 2023-cü ildən CHP sədrinin Media və ictimaiyyətlə əlaqələr üzrə müavinidir.
Sübut (hüquq)
Hüquqda Sübut — qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, onların əsasında işə düzgün baxılması və həlli üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən edən faktlar haqqında məlumat. Beləliklə, fiqhdə dəlil məlumat, yəni idrak fəaliyyətinin nəticəsi kimi başa düşülürsə, məntiqdə dəlil həqiqətin, yəni əməlin əsaslandırılmasıdır. Həqiqəti müəyyən etmək üçün dəlil əldə etməyə yönəlmiş idraki fəaliyyət fiqhdə sübut adlanır. Sübut sübutların toplanması, təmin edilməsi, yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Sübut hüququnda ən mühüm anlayışlar sübut predmeti və müxtəlif iş kateqoriyaları üçün fərqli şəkildə müəyyən edilən sübutun hüdudlarıdır.
Yücel Bulut
Yücəl Bulut (1980, Samsun ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Yücəl Bulut 1980-ci ildə Samsun ilinin Bafra ilçəsində anadan olub. Orta təhsilini Gaziosmanpaşa Liseyində alıb. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. Ankara Vəkillər Kollegiyasının üzvü olub. Uzun illər Ortadoğu qəzetində məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2012-ci ildən MHP sədrinin hüquqşünasıdır. 4 noyabr 2012-ci ildə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının Katibi seçilib.
Yücəl Bulut
Yücəl Bulut (1980, Samsun ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Yücəl Bulut 1980-ci ildə Samsun ilinin Bafra ilçəsində anadan olub. Orta təhsilini Gaziosmanpaşa Liseyində alıb. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. Ankara Vəkillər Kollegiyasının üzvü olub. Uzun illər Ortadoğu qəzetində məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2012-ci ildən MHP sədrinin hüquqşünasıdır. 4 noyabr 2012-ci ildə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının Katibi seçilib.
Teoremlərin avtomatik sübutu
Teoremlərin avtomatik sübutu (ing. Automated Theorem Proving, ATP, həmçinin Automated deduction) — isbat, proqram vasitəsilə həyata keçirilmişdir. Riyazi məntiqin aparatına əsaslanır. Süni intellekt nəzəriyyəsinin fikirlərindən istifadə olunur. İsbat prosesi təkliflərin məntiqi və predikatların məntiqinə əsaslanır. Hətta olduqca sadə nəzəriyyələrin həllolunmazlığı səbəbindən yalnız yarı avtomatik insan maşın sübutları praktik tətbiq olunur. Üstəlik, tam avtomatlaşdırıldıqdan sonra sübut hesablama adlanır. Yalnız daha mürəkkəb nəzəriyyələrin sübutunu yoxlamaq üçün tam avtomatik ola bilər (bu üçün hazırlayırsınızsa). Hal-hazırda, sənayedəki teoremlərin avtomatik sübutu, əsasən inteqrasiya edilmiş sxemlərin və proqramların işlənməsi və yoxlanılmasında istifadə olunur. Pentium prosessorlarında bölmə xətası aşkar edildikdən sonra müasir mikroprosessorların üzən nöqtə əməliyyatlarının mürəkkəb modulları çox diqqətlə hazırlanır.
Aras Bulut İynemli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Aras Bulut İynəmli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Sübut edilməyən iddia (film, 2006)
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.