Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
Anton Fase
Anton Fase (6 fevral 2000, Harlem[d]) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Fase AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Fase öz peşəkar karyerasında debütünü 1 sentyabr 2017-ci ildə etmişdir. O, 86-cı dəqiqədə Yonq Utrext klubu ilə qarşılaşmada El Hasnaouini əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Utrextə 1-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
II Vaçe
II Vaçe — Qafqaz Albaniyası çarı. == Həyatı == Moisey Kalankatlının məlumatına görə Vaçe Sasani şahənşahı I Firuzun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuş Firuzabad (Partav -Bərdə) şəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürülməsi xarici-siyasi dəyişikliklərlə bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə keçirilməsinə səbəb olur. II Vaçenin hakimiyyət illəri Sasanilər əleyhinə baş verən dini azadlıq hərəkatları ilə əlamətdar oldu. Bunlardan Cənubi Qafqaz xalqlarının 450–451-ci illərdə erməni sərkərdəsi Vardan Mamikonyanın başçılığı ilə qaldırdıqları üsyanı, eləcə də 457–463-cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən əsas amil Sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuşdu. Bundan əlavə Sasani imperiyasındakı ara müharibələri üsyanı şiddətləndirirdi. == Hakimiyyətdən getməsi == 457-ci ildə II Yezdəgird vəfat etdi; onun ölümü Sasani xanədanında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüştçülükdən əl çəkməsində göstərdi.
I Vaçe
I Vaçe — sənədlərdə adı keçən ikinci Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Sasanilər dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir. == Roma-Sasani mübarizəsi == III-V əsrlərdə Ön Asiyada ağalıq uğrunda Roma ilə Sasanilər arasında mübarizə gedirdi. 260-cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianı məğlub edərək əsir aldı. Bu zaman Albaniya çarı I Vaçe Roma ilə ittifaqda idi .
Vale Tudo
Vale Tudo — 1920-ci ildə Braziliyada yaranıb. Mənası Portuqaliya dilində -"vali tudu",İngilis dilindən tərcümədə-"hər şey gedir" deməkdir.Müasir qarışıq hərbi döyüş sənəti kimi populyar olmuş Vale Tudo tək mübarizlik,silahsız özünü müadfiə məqsədilə yaradılmışdır.XXI-əsrdə dünyada keçirilən Qaydasız Döyüş yarışlarında(UFC,MMA,Pro FC) Vale Tudonun texnikalarında çox istifadə edilir.1990-cı ildən başlanılaraq Vale Tudo üzrə dünya çempionatıda keçirilir.
Vane (ada)
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Vasa (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaso Sanakoyev
Vaso Sanakoyev (oset. Санахъоты Уасо; 15 yanvar 1901, Tiflis – 1978, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi və dramaturqu. 15 yanvar 1901-ci ildə Tiflisdə anadan olmuşdur. 8 yaşında ikən atasını itirir. Anası tərəfindən böyüdülür. Ailənin çətin maddi vəziyyəti səbəbindən əmək fəaliyyətinə erkən, yetkinlik illərində başlamışdır. Dülgərlik emalatxanasında və daha sonra Tiflisdəki Vaxnyanski mexaniki zavodunun alət sexində şagird kimi işə düzəlir. 1916-cı ildə tətildə iştirak edir və bu səbəbdən fabrikdən qovulur. 1918-ci ildə kənd təsərrüfatı işləri ilə məşğul olduğu Siqnaxski rayonunun Kexviani kəndinə köçür. 1921-ci ildə XI Qızıl Ordunun 179-cu Piyada Alayına könüllü olaraq qəbul olunur.
Vaçe Zela
Vaçe Zela (7 aprel 1939 – 6 fevral 2014) — Albaniyalı müğənni. xalq musiqisi, şanson və bədii filmlərdə mahnı ifaçısı olub. O, karyerasına gənc yaşda başlayıb və 1962-ci ildə birinci Alban mahnı müsabiqəsinin (Festivali i Këngës).qalibi olmuşdur. Festivalın 11 qat qalibi Vaçe Albaniyada kommunist erasının zamanı məşhurlaşıb və 1973-cü ildə "Albaniya Əməkdar artisti" mükafatına və 1977-ci ildə "Xalq artisti" mükafatına layiq görülmüşdür. O, 24 dekabr 2002-ci ildə Albaniya Prezidenti Alfred Moysiu tərəfindən "Millətin şərəfi" mükafatı ilə təltif edilmişdir. Ömrünün son illərini İsveçrədə keçirtdi və 2014-cü ildə vəfat etdi. Zelanın istedadını birinci kəşf edən onun məktəb müəllimləri idi. O, təkçə musiqidə yox, həm də rəssamlıq və teatrda istedadlı idi. Zela Mizeki regionunun ənənəvi mahnılarını oxumağa başlayanda cəmi 10 yaşı var idi. O, çox vaxtı Luşni şəhərinin parklarında ifa eliyirdə, bununla da ətrafdakıların diqqətini cəlb edə bilirdi.
Yad Vaşem
Yad Vaşem (ivr. ‏יד ושם‏‎) — İsrailin Holokost qurbanlarına həsr olunmuş rəsmi memorialı. Bu, öldürülən yəhudilərin xatirəsini qorumağa, nasistlərə qarşı mübarizə aparan yəhudilərə və ehtiyacı olan yəhudilərə fədakarlıqla kömək edən qeyri-yəhudilərə həsr olunmuşdur. Yad Vaşem həm də xüsusilə Holokost fenomeni və bütövlükdə soyqırım ilə bağlı araşdırma mərkəzi kimi xidmət edir.
Çieko Hase
Çieko Hase (d. 25 oktyabr 1956) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
İvase Samuru
Santo Kyoden (山東 京伝, 13 sentyabr 1761, Kiba[d], Tokio – 27 oktyabr 1816) – Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi. Əsl adı İvase Samuru (岩瀬 醒) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅) təxəllüsündən istifadə etmişdir. Əsasən kibyoşi və şarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokan və yomihon janrlarında da əsərlər yaratmışdır. Bütün həyatını Edo şəhərində keçirmişdir. 1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir. Ev və terakoya təhsili almışdır. 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür. 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir. İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür. Cütlüyün heç vaxt uşağı olmamışdır.
Əl-Vasi
Əl-Vasi (ər. الواسع) — Allahın adlarından biri.
Pol Qaşe
Vane adası
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Aşe (Soçi)
Aşe — Krasnodar diyarının Soçi rayonunda yerləşən mikrorayon. Kurort rayonu olan Aşe Lazarevski rayonuna daxildir. Lazarevski isə Soçi kurort-şəhəri ərazisində olan 4 rayondan birirdir. == Coğrafiyası == Mikrorayon Qara dəniz sahilində, eyniadlı Aşe çayının mənsəbində yerləşir. Lazarevski regional mərkəzdən 2 km şimal-qərbdə, Mərkəzi Soçidən 57 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir. Rayon ərazisindən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Şimal-qərbdən Sovet-Kvaje, şimal-şərqdən Şxafit və Tixonovka, şərqdə Mamedov Şel və cənub-şərqdə Lazarevskoye yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir. Aşe Qara dəniz sahilinin dağətəyi zonasında dar alçaq bir vadidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 38 metr yüksəklikdədir. Yaxınlıqdakı dağlıq ərazidə dəniz səviyyəsindən 300 metrlik zirvə var.
Vaş (medye)
Vaş (mac. Vas, alm. Eisenburg‎, sloven. Železna županija) — Macarıstanın qərbində yerləşən medye. İnzibati mərkəz — Sombatxey. Vaş medyesi Avstriya və Sloveniya ilə həmçinin Dyör-Moşon-Şopron, Vesprem və Zala medyeləri ilə sərhəddir. 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir. Vikianbarda Vaş (medye) ilə əlaqəli mediafayllar var.
Fred Yannik Uvase
Fred Yannik Uvase (16 may 1994) — Ruandalı cüdoçu. Fred Yannik Uvase Ruandanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fred Yannik Uvase birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Bruno Mendonka ilə üz-üzə gəldi. Həmin görüşdə Fred Yannik Uvase rəqibinə 0:100 hesabı ilə uduzdu.
Maksim Vaşer-Laqrav
Maksim Vaşye-Laqrav (21 oktyabr 1990, Nojan-sür-Marn, Val-de-Marn, Fransa) — qrosmeyster (2005) və Gənclər arasında şahmat üzrə Dünya çempionu (2009), üçqat Fransa Çempionu (2007, 2011, 2012), Dünya Kubokunun yarımfinalçısı (2013), hazırda Fransanın 1, dünyanın isə 3 nömrəli oyunçusu. == Həyatı == Maksim Vaşye-Laqrav 21 oktyabr 1990-cı ildə Fransada doğulub.
Maksim Vaşye-Laqrav
Maksim Vaşye-Laqrav (21 oktyabr 1990, Nojan-sür-Marn, Val-de-Marn, Fransa) — qrosmeyster (2005) və Gənclər arasında şahmat üzrə Dünya çempionu (2009), üçqat Fransa Çempionu (2007, 2011, 2012), Dünya Kubokunun yarımfinalçısı (2013), hazırda Fransanın 1, dünyanın isə 3 nömrəli oyunçusu. == Həyatı == Maksim Vaşye-Laqrav 21 oktyabr 1990-cı ildə Fransada doğulub.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.