Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avena verna
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
2S31 Vena
2S31 Vena — SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusu. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. == Texniki məlumatlar == İstehsalçı firma: Zavod “SKB” Layihələşdirilməsi: 1980-2007 İstehsal tarixi: 1996 Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi. Ağırlıq: 19.5 ton. Ekipaj: 4 nəfər. Uzunluğu: 6.8 metr.
Körpücükaltı vena
== İstinadlar ==
Qarınaltı vena
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Vena (kommuna)
Vena (fr. Venas) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03303. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 105 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 72.7%). Aktiv fəaliyyət göstərən 105 nəfərdən 97 nəfər (57 kişi və 40 qadın), 8 nəfər işsiz (2 kişi və 6 qadın) işləmişdir. 35 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vena hypogastrica
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Yarımtək vena
Yarımtək vena (lat. v. hemiazygos) — onurğanın döş hissəsinin sol tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Sol qalxan bel venasından (lat. v. lumbalis ascendens sinistra) başlayaraq döş fəqərələrinin sol tərəfi ilə və döş aortasının dalı ilə yeddinci və ya səkkizinci döş fəqərəsinədək yuxarı qalxır və haman fəqərələrin bərabərliyində ümumi limfa axacağının, döş aortasının və qida borusunun dalından sağa keçir və tək venaya açılır. Bu damar aşağı dörd qabırğaarası venaları, qida borusu, orta divar, bronx və ürək kisəsi venalarını qəbul edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Dizaltı vena
Dizaltı vena — (lat. Vena poplitea) aşağı ətrafın venası. Aşağı ayağın dərin damarları ilə diz oynağının qoşalaşmış damarlarının birləşməsindən əmələ gəlir. Yanal və arxasında yerləşən dizaltı arteriyaya uyğun gəlir. Dizaltı arteriyadan medial olaraq keçir və bud venasına çevrilir. Ayaqdan qan çıxarır. Tibbi ultrasəs istifadə edərək müəyyən edilə bilər. O, təsirlənmiş dizaltı venanın tutulmasıva səbəb ola bilər. == Strukturu == Dizaltı vena dizaltı əzələnin aşağı kənarında anterior tibial ve posterior tibial venalarının qovuşduğu yerdə əmələ gəlir. Dizaltı arteriyanın medial tərəfi boyunca uzanır.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Dena
Dena, İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir.Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Lena
Lena — qız adı. Əsasən Lena çayının adına görə qız uşaqlarına verilir. Bu adı olan tanınmış şəxslər.Lena Tolstova — Aktrisa. Lena Meyer-Landrut — alman müğənni.DigərLena çayı — Rusiyada çay.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Rəna
Rəna — Qadın adı.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Venta
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010). == Coğrafiyası == Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır. == Tarixi == Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb.
Veqa
Veqa - Lira Bürcünün α ulduzu. Bütün ulduzlar içində parlaqlığına görə beşinci, şimal yarımkürəsində isə üçüncü ulduz. Yerdən 7.8 Parsek və ya təqribən 25.3 işıq ili uzaqlıqda yerləşir. Veqa Günəşdən sonra fotosu çəkilən ilk ulduzdur. Eyni zamanda, spektri fotoqraflanan ilk ulduzdur. Veqa adı ərəbcə النسر الواقع- ən nəsr əl vaqi (şığıyan qartal) sözündən götürülmüşdür. Vega, səmada Günəşdən sonrakı ən əhəmiyyətli ulduz olaraq astronomlar tərəfindən geniş bir şəkildə araşdırılmışdır. Vega, Günəşin fotoşəkili çəkilən ilk ulduz və spektri əldə edən ilk ulduzdu. Paralaks hesablamaları məsafəsi təxmin edilən ilk ulduzlardan biri idi. Vega yalnız Günəşin onda birinə qarşılıq gəlir, ancaq 2.1 qat daha böyük olduğu üçün gözlənilən ömrü Günəşin onda biridir.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Vəba
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Vəng
AzərbaycandaVəng (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Xocavənd) (20 okyabr 2020-ci il, işğaldan azad olunandan sonra: "Çinarlı" adına dəyişdirilmişdi ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.ErmənistandaVəng (Meğri) — Meğri rayonunun inzibati ərazi vahidində kənd.
Yena
Yena (alm. Jena‎ [ˈjeːna]) — Almaniyanın Türingiya torpağında, Zal çayı sahilində Erfurtdan sonra ikinci böyük şəhər olan universitet şəhəri. Şəhərin əhalisi 110.321 nəfərdir. (2016). Şəhər 1558-ci ildə açılmış, hazırda 20 mindən çox tələbənin təhsil aldığı universiteti ilə məşhurdur. 1874-cü ildə dəmir yolunun inşası ilə Yena sənaye mərkəzi kimi inkişaf etdi. ADR dövründə burada optik-mexaniki sənayenin mərkəzi - təxminən 60 min nəfərin işlədiyi ən böyük müəssisə olan Carl Zeiss zavodu yerləşirdi. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra Yena sənaye şəhərindən elm və təhsil mərkəzinə çevrildi. Yenada bir çox tədqiqat laboratoriyası və institutu var. Şəhərin öz planetarisi, rəsədxanası, botanika bağı və dəqiq mexanika, oftalmik optika və tibb sahəsində mütəxəssis hazırlayan bir məktəbi var.
Aşağı boş vena
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır. == Qəbul etdiyi venalar == ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir. == Təsvirlər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.