Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Veto
Veto — (lat.- veto — qadağan edirəm) Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
In vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir. Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır. Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır. Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.
Metro-2
"Metro-2" (rus. Метро-2) — Moskvada yerləşən ictimai metro ilə paralel yerləşən məxfi yeraltı tuneldir. Belə bir tunelin fəaliyyət göstərməsi indiyədək nə təkzib, nə də təsdiq edilməmişdir. Stalinin dövründə KGB tərəfindən D-6 (rus. Д-6) kodlaşması altında tikilib. Yeraltı ərazidən hazırda Rusiya Müdafiə Nazirliyi istifadə edir. Qeyri-rəsmi məlumatlara görə, "Metro-2" Kremli Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərargahı ilə birləşdirir. A thorough site on the subject (rus.) Detailed analysis of the system Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine (rus.) GlobalSecurity.org article (ing.) BBC News article (ing.) Detailed map of the famous part of the system (D6 system, OAO "TransInzhStroy" system, and not very famous "SovMin system") by NIO "Azimut" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine A supposed map of the system (rus.) Moscow's "Metro-2": The Ultimate "Secret Subway", The World’s Ultimate Secret Subway Network! Moscow Metro-2!! Detailed Line Descriptions!!!, Moscow's Metro-2: Fact or Fantasy?
Metro 2034
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Petro-Canada
Petro-Canada — Şimali Amerikanın ən böyük neft şirkətlərindəndir. Baş qərargahı Kanadanın Kalqari şəhərində (Alberta əyaləti) yerləşir. Petro-Canada 1975-ci ildə Crown Corporation tərəfindən qurulmuşdur. Şirkət həmçinin avtomobil və sənaye yağları istehsalı ilə şöhrət qazanmışdır. Şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi də fəaliyyət göstərir.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir.
Petro Paxnyuk
Petro Paxnyuk (26 noyabr 1991, Kiyev) — Azərbaycanı və Ukraynaı təmsil edən idman gimnastı, Avropa Çempionatının qalibi. Petro Paxnyuk 2013-cü ildə Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarında 2 gümüş medala sahib oldu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Petro Paxnyuk Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ildə Petro Paxnyuk Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Petro Vladimiroviç Paxnyuk "Tərəqqi" medalı ilə təltif edildi. 2014–2015-ci illərdə bir sıra beynəlxalq turnirlərdə, həmçinin Azərbaycan Çempionatlarında medallara sahib olan Petro Paxnyuk Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ümumi nəticədə Petro Paxnyuk təsnifat mərhələsini 84.215 balla 34-cü pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi. Olimpiadadan sonra, 2017-ci ildə Petro Paxnyuk Azərbaycan yığmasından imtina elədi və yenidən Ukrayna yığmasının heyətində beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Həmin ilin avqustunda Petro Paxnyuk Tayvanda baş tutan Universiada Oyunlarını 2 gümüş medalla başa vurdu. Petro Paxnyuk 2019-cu ildə Polşada baş tutan Avropa Çempionatında gümüş və Belarusda baş tutan Avropa Oyunlarında bürünc medallara sahib oldu.
Petro Poroşenko
Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.. Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard). Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti. 1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il). Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir. 26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Ruminiya kralliği, Bessarabiya (indiki Odissey əyalətinin İsmayıl rayonu) əsilli atası Aleksey İvanoviç Poroşenko(d.t. 1936) 1959-cu ildən Bolqradda işləməyə başlayıb.
Retro Gamer
"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır. "Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir. Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir. "Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur. 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur. "Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.
Vetra FK
Vetra — Litvanın futbol klubu. 1 dəfə Avropa kuboklarında iştirak edib.
Petro Kapşuçenko
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir. Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir. 1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır.
Metro 2033
Metro 2033 bu mənalara gələ bilər:
Metro (dəqiqləşdirmə)
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi.
Vero (Averon)
Vero (fr. Veyreau, oks. Vairau) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Perlo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12293. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 65 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 126 nəfər təşkil edirdi. 2007-ci ildə 74 yaş arasında (15-64 yaş arasında) 50 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə 65,3%).
Metro-Goldwyn-Mayer
Metro-Goldwyn-Mayer (Qısaldılmış forması: MGM, tələffüz edilir: Em-Ci-Em) – ABŞ mediya şirkətidir. Hollivud şəhərindəki bir sıra studiyalara rəhbərlik edir. Təxminən, bu şirkətin çəkdiyi filmlər 205 Oskar mükafatına layiq görülmüşdür. 15 film isə "Ən yaxşı film" mükafatına layiq görülmüşdür. Metro-Goldwyn-Mayer mediya şirkətinin əsası 1924-cü ildə ABŞ-də Markus Lou tərəfindən qoyulmuşdur. Mediya şirkəti "Metro Pictures", "Goldwyn Pictures" və "Louis B. Mayer Pictures" şirkətlərinin birləşməsindən yaranmışdır. Metro-Goldwyn-Mayer şirkəti Ceyms Bond haqqında filmlər çəkmişdir. Metro-Goldwyn-Mayer mediya şirkətinin rəhbərlik etdiyi "MGM Cartoon Department" şirkəti animasiya filmləri istehsal edir.
Metro 2033 (roman)
Metro 2033 (rus. Метро 2033) — Rusiya yazıçısı Dmitri Qluxovski tərəfindən 2005-ci ildə yazılmış fantastik roman. Roman 2005-ci ildə Rusiyada, 18 mart 2010-cu ildə isə ABŞ-də nəşr olunmuşdur. Roman əsasında videooyun hazırlanmışdır. Dmitri Qluxovski daha sonra romanın davamı olan "Metro 2034" kitabını yazmışdır. Hadisələr 2033-cü ildə baş verir. Nüvə müharibələrindən sonra dünya radiasiya ilə örtülüb, şəhərlər mutasiyaya uğramış heyvan sürüləri ilə doludur. İnsanlar dünyanın ən böyük metrosu — Moskva metrosunda sağ qalmağa çalışırlar. Romanın baş qəhrəmanı Artyomun stansiyası olan VDNÇ digər mutantların əksinə ağıllı olan, insanların zehinlərini oxuya bilən və onları toxunmadan öldürə bilən qəribə mutantların — Qaradərililərin təhlükəsi altındadır. Artyomun ögey atası Suxoyun keçmiş dostu cəsur Hanter Qaradərililərin sirrini açmaq üçün hər kəsin getməyə qorxduğu VDNÇ stansiyasının şimalındakı tunelləri öyrənməyə gedir.
Metro 2034 (roman)
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir. 2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter.
Petro Paolo Virdis
Antonio Petro Paolo Virdis (it. Antonio Pietro Paolo Virdis; 26 iyun 1957, Sassari[d], Sardiniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu Sassaridə dünyaya gəlib. Hal-hazırda Milanda yaşayır, yemək və şərab satan kiçik bir "Virdisin dadı" adlı dükana sahibdir. Pietro Paolo Virdis "Juvenilia Sassari" klubunun gənclər komandasında futbol oynamağa başlayıb. 1971–1973-cü illərdə burada iki il keçirəndən sonra 16 yaşında D Seriyası klubu olan "Nuoreze"yə dəvət edilir. Virdis burada bir mövsumdə meydana çıxdığı 35 oyunda 11 qol vurur. 1974-cü ildə "Kalyari" klubu tərəfindən satın alınır. Onun İtaliya çempionatında debütu 6 oktyabr 1974-cü ildə "Udineze" ilə görüşdə təsadüf edri.
Petro Poroşenkonun Bloku
Avropa həmrəyliyi ( ukr. Європейська Солідарність; 27 avqust 2014-cü ilədək — Həmrəylik" Partiyası ukr. Партія «Солідарність») — Ukrayna siyasi partiyası.
Retro (veriliş, 1979)
"Retro" — 1983-cü ildən 2001-ci ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan film verilişi. Verilişin aparıcıları 1983-cü ildən 1985-ci ilə qədər kinorejissor Ayaz Salayev, 1985-ci ildən 2001-ci ilə qədər aktrisa Həmidə Ömərova olub. Veriliş ilk dəfə 1983-cü il mayın 5-də yayımlanıb. Verilişin ilk buraxılışında ABŞ-nin 1941-ci ildə çəkilmiş "Günəşli vadinin serenadası" tamaşaçılara nümayiş edilib.
Retro (veriliş, 1983)
"Retro" — 1983-cü ildən 2001-ci ilə qədər Azərbaycanın AzTV və ANS TV kanallarında yayımlanan film verilişi. Verilişin aparıcıları 1983-cü ildən 1985-ci ilə qədər kinorejissor Ayaz Salayev, 1985-ci ildən 2001-ci ilə qədər aktrisa Həmidə Ömərova olub. Veriliş ilk dəfə 1983-cü il mayın 5-də yayımlanıb. Verilişin ilk buraxılışında ABŞ-nin 1941-ci ildə çəkilmiş "Günəşli vadinin serenadası" tamaşaçılara nümayiş edilib.
Salam, Metro! (1988)
Film-reportaj Bakı metrosu xidmətinin gecə necə işləməsi barədədir. Kinolendə gənclərin fəhlə peşələrinə meyl göstərməsi probleminə toxunulmuşdur.
Getto
Getto (it. ghetto) — orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Gettolar müasir dövrdə adətən böyük şəhərin kənarında yerləşən və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlardır. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir.
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Petrol
Petrol (mahnı) —
Tetra
Tetra (lat. Lyrurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Tetri
Tetri (gürc. თეთრი) — Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari = 100 tetri. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Tetrod
Tetrod — dörd elektrodu olan elektron lampadır: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), iki tor və anod. 1919-cu ildə Valter Şottki tərəfindən icad edilmişdir. Pentodlar geniş yayılmazdan əvvəl qəbuledici və gücləndirici tetrodlar radioqəbuledici yollarda istifadə olunurdu. Generator və modulyator tetrodları bu gün də radio ötürücülərin güc mərhələlərində istifadə olunur.