Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Vladimir Zvariç
Vladimir Vasilyeviç Zvariç (Zvarıç) (ukr. Володимир Васильович Зварич; 7 fevral 1919 – 5 dekabr 1998, Lvov) — Ukrayna və sovet numizmatika alimi və arxeoloq. Orta gəlirli kəndli ailəsində anadan olmuşdur. 1938-ci ildə Ternopil Ukrayna Gimnaziyasını bitirdikdən sonra Lvov İlahiyyat Akademiyasına daxil oldu. Lakin artıq 1939-cu ildə Qərbi Ukraynanın Ukrayna SSR-ə birləşdirilməsindən sonra akademiya fəaliyyətini dayandırdı və bağlandı. V. Zvariç doğma kəndinə qayıtdı, burada ibtidai məktəbin rəhbəri oldu. Müharibənin başlanğıcında, xəbərçilik etdiyinə görə alman hakimiyyəti 1941-ci ilin yayında gənc pedaqoqu tutaraq Ternopil həbsxanasına göndərdi. Altı aylıq istintaqdan sonra V. Zvariç nasistlərin bir düşərgəsindən o birisinə göndərilirdi. Əvvəlcə Lvovda Yanovsk konslagerində oldu, daha sonra dəhşətli nasist məhv düşərgələrindən biri olan Maydanek və həmçinin Qross-Rozen və Litomerjitsedə (Çexiya) oldu. Yalnız 12 may 1945-ci ildə Amerika qoşunları Zvariç də daxil olmaqla sağ qalan az sayda məhbusu sərbəst buraxdı.