Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir. Sağ və sol limitlər funksiyanın x dəyəri müəyyən bir dəyərə yaxınlaşdıqda onun dəyərinin nə olacağını müəyyənləşdirir. Funksiyanın sağ və sol hədlərini tapmaq üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz: 1. Sağ Limit (x → a+): — Əgər funksiyanın x qiyməti a qiymətinə, x qiyməti isə a-dan sağa yaxınlaşırsa, onda doğru həddi tapılır. — Düzgün həddi tapmaq üçün funksiyanın a-dan bir qədər böyük olan x dəyərlərinə yaxınlaşmasına icazə verin (məsələn, a + ε, burada ε kiçik müsbət qiymətdir). — Bu yaxınlaşan x dəyərlərinə uyğun gələn funksiya dəyərlərini hesablayın və bu dəyərlərin sərhədlərini yoxlayın. 2.
Limit (iqtisadiyyat)
Limit - Hədd, sərhəd, məhdudiyyət, norma və bu kimi bir sıra sinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar: Fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı-satqı əməliyyatları aparmağa imkan verir. Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər. Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həcminin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşa bilməz. Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nisbətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Limit (riyaziyyat)
Limit (lat. Limes - uc nöqtə) — funksiyanın limiti cəbr analizinin əsas anlayışlarından biridir. İlk dəfə yunan filosofları Arximed və Evklidin əsərlərində rast gəlinir. Müasir riyaziyyatda isə ingilis alimi İsaak Nyuton tərəfindən işlədilmişdir. lim x → ∞ ( 1 + 1 x ) x = e {\displaystyle \lim _{x\to \infty }(1+{\frac {1}{x}})^{x}=e} lim x → 0 ( 1 + x ) k x = e k ( k = 1 : x ) {\displaystyle \lim _{x\to 0}(1+x)^{\frac {k}{x}}=e^{k}(k=1:x)} lim x → 0 cos ⁡ ( x ) = 1 {\displaystyle \lim _{x\to 0}\cos(x)=1} lim x → 0 tan ⁡ ( x ) x = 1 {\displaystyle \lim _{x\to 0}{\frac {\tan(x)}{x}}=1} lim n → ∞ ( a n + b n ) = lim n → ∞ a n + lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}+b_{n})=\lim _{n\to \infty }a_{n}+\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ ( a n − b n ) = lim n → ∞ a n − lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}-b_{n})=\lim _{n\to \infty }a_{n}-\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ ( a n . b n ) = lim n → ∞ a n . lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}.b_{n})=\lim _{n\to \infty }a_{n}.\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ a n b n = lim n → ∞ a n lim n → ∞ b n .
Roland Vimi
Roland Vimi (21 iyun 1961) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. Roland Vimi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Avimim
Аvimim (lat. Avimimus — "Quşa bənzəyir") — Avimimidae fəsiləsinə aid dinozavr növü. Bu dinozavrlar 1,5 m uzunluğa və 70 sm hündürlüyə malik olmuşlar. 15 kq çəkiyə malik imişlər. Onlar quşlar kimi lələklərə sahib olsalarda heç uça bilməmişlər. Güçlü ayaqlar sayəsində 1/s 70 /km sürətlə qaca bilirlər. Çox böyük ehtimal ki, digər növlərin yuvalarına basqın edərək yumurtalarla qidalanırmış. Onlar əsasən Monqolustan ərazisində Təbaşir dövründə təxmini olaraq 85–70 milyon il önçə yaşamışlar. Avimimlər ilk dəfə sovet paleontoloq Sergey Kurzanov tərəfindən 1981-ci ildə aşkarlanmışdır. Все о динозаврах.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin. Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır.
Nimits
"Nimits" ABŞ hərbi donanmasının Nimits sinifli aviadaşıyıcısı. Donanma admiralı Çester Nimitsin şərəfinə adlandırılmışdır. Çoxməqsədli atom aviadaşıyıcısı olan, dünyanın ən iri hərbi gəmilərindən biridir. Su basımı 101-104 min ton, uzunluğu 333 metr, eni 76,8 metrdir. Qüvvə qurğusu əsasən iki Vestinqhaus A4W atom reaktoru və 4 buxar turbinindən ibarətdir, təchizinin tərkibində iki hava axtarış radarı, bir hədəf radarı, üç hava hərəkat üzrə nəzarət radarı, eniş yardımı radarları və elektron hərbi cihazları var. Ekipaj 3200 nəfərdir, habelə 2480 nəfər aviasiyasına baxır. Gəminin ana limanı San Diyeqo hərbi-dəniz bazasıdır. Səfər məsafəsi həddsizdir. 1967 il martın 31-də sifariş edilmiş superaviadaşıyıcının tikintisi növbəti il iyunun 22-də Virciniya ştatında başlandı və 1972 il mayın 13-də başa çatdı. 1975 il mayın 3-də gəmi xidmətə qəbul edilmişdir və həmin il iyunun 30-da "Nimitsin" CVAN-68 işarəsi indiki CVN-68-ə dəyişdirmişdir.
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd. Qımırlı — Şəmkir rayonunda yerləşən Dəllər Cırdaxan kəndinin bir hissəsinin tarixi adı.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Vicia
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 267 nəfərdir. Rvarud Orand Nücü Təngəbin 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit] ( dinlə) və ya [ʕivˈrit] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər. Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. kəskin rinit.