Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Git
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Git (proqramlama)
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Get, it, get! (cizgi serialı)
"Get, it, get!" (ing. Go, Dog. Go!) — Netflix üçün Adam Peltzman tərəfindən hazırlanan amerikan cizgi-serialı. Daha sonralar istehsalı DreamWorks Animation Television və WildBrain Studios tərəfindən həyata keçirilmişdir. == Səsləndirənlər == Mişela Luci - Taq Barker Kallum Şoniker - Skoç Poç Keti Qriffin - Ma Barker Martin Roach - Paw Barker Tajja Isen - Çeddar Biskvit Lyon Smit - Spayk Barker / Qilber Barker Cudi Marşank - Grandma Marge Barker / Vaqnes Patrik Makkenna - Grandpaw Mort Barker / Cerald / Mutfild Linda Ballantyne - Lady Lydia / Çavuş Poç / Mer Sniffinqton Coşua Qraham - Sem Whippet Zarina Roça - Kit Bıskerton Pol Braunşteyn - Tom Bıskerton Devid Berni - Frenk Con Stoker - Leo Yоlstead Anand Rajaram - Beans / Bouzer / Çili Metyu Mucci - Böyük it Hatti Kraqten - Kiçik it == İstinadlar == == Xarici keçidlər == dreamworks.com/shows/go,-dog.-go! — Rəsmi saytı Get, it, get! Netflix-də Get, it, get!
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.
GTT
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı. == Tarixi == GTT özfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranmışdır. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil olundu. 14 yaşlı Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olundu. 1927-ci il mart ayının 15-də Bakıda Lətif Kərimlinin "Fırtına" tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun quruluşunda göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda keçirilən Azərbaycan LKGİ-nin VIII qurultayı nümayəndələrinə göstərildi. Nümayəndələr Bakıda Uşaq teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdı. 1928-ci il oktyabrın 5-də Azərbaycan XMK-nın qərarı ilə Bakı Uşaq Teatrı rəsmi fəaliyyətə başladı. 1928-ci il noyabr ayının 6-da N. Smirnov və S. Şerbakovun "Beş nəfər" adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da N. İvanterin "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə Azərbaycan bölməsi fəaliyyətə başladı. Ilk milli uşaq dramaturgiyası – A. Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları ilə yaranmışdır.
Gil
Gil — üzvi maddəsiz bərk lil == Daşvari gillər == Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790 °C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir. == Çökmə gillər == Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlar Hit kompüter oyunlarında zərbənin loru dildə adı. Adlar Hit — ingilis ad və soyadı Edvard Hit (1916–2005) — Böyük Britaniyanın Baş Naziri (1970–1974) Lecer Hit (1979–2008) — Avstraliyalı aktyor Kompüter və internet Hit (internet) — brauzerin veb-serverə müraciəti. Hit — axtarış proqramı və ya axtarış sisteminin axtarılan tapşırığa cavabı. Мoda Hit (mövsüm) — mövsüm modasının aparıcı tendensiyası. İdman Hit (beysbol) — zərbə adı.
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
QHT
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. Transparency International Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Qir
Qir- İranın Fars ostanının şəhərlərindən və Qir və Karzin şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,839 nəfər və 3,722 ailədən ibarət idi.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir.
Qot
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Qıç
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Qış
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləri Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Tit
Tit (imperator)
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Qıl
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Göt
Sağrı (lat. Clunis) — çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
QİO
Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir. == Osmanlı dövlətinin Qafqaza ordu göndərmək qərarı == İnqilab nəticəsində Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşanın köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi Sədri Məqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna biləcəyini bildirmişdi. Kazan, Türkistan və Azərbaycan türkləri, rus işğalının sona çatması və müstəqilliklərini qazana bilmələri üçün Qafqaz və Bakının bir an öncə ələ keçirilməsinin vacibliyi görüşünü hərarətlə müdafiə edirdilər. Bu və buna bənzər nümunələrin artması nəticəsində türk ellərinin müstəqilliyini qazanması üçün hərəkətə keçilməsi haqqındakı görüş, Hərbiyə naziri və baş komandan vəkili Ənvər paşa ilə ziyalılar və siyasətçilər arasında getdikcə güc qazandı.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Barnaul-Т
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».