Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Gurab Zərmix
Gurab Zərmix — İranın Gilan ostanında yerləşən şəhər.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Həsənqala (Qusar)
Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri == Tarixi == Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır.
Həzrə (Qusar)
Həzrə və ya Yargun (ləzg. Яргун) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına == == Coğrafiyası == Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir. == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü.
Həzrəoba (Qusar)
Həzrəoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Həzrəoba oyk, mür. Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Kənd keçmişdə Həzrə kəndinə məxsus qışlaq yerində salınmışdır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Həzrə kəndinin obası" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 15 nəfər əhali yaşayır.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Laza (Qusar)
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Kənddə 1457 nəfər yaşayır.
Qular (Bükan)
Qular (fars. ‎‎قولر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (23 ailə).
Qular (Çaldıran)
Qular (fars. قولار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (11 ailə).
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Qusar (dəqiqləşdirmə)
Qusar
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Qusar (qəzet)
"Qusar" (ləzg. КцIар) — 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıb. İlk redaktoru Nurəddin Şərifov idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir. "Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Bölgədə mətbəənin yoxluğu səbəbilə Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet iki dildə - azərbaycanca və ləzgicə materiallar verir. Şəfəq (Azərbaycan qəzeti) Şəki (qəzet) Zaqatala (qəzet) Şərq qapısı (qəzet) "90 il fəaliyyət göstərən Qusar rayon qəzeti".
Qusar bələdiyyələri
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar bələdiyyəsi
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar gülxətmisi
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.
Qusar rayonu
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon. Ümumi ərazisi 1 542 km². Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 . Bakı şəhərindən məsafəsi 180 km-dir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi. Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak elədi, ümumilə 12.000 insan var idi.
Qusar sinaqoqu
Qusar sinaqoqu — Qubadakı Qırmızı Qəsəbədə yerləşən məbəd. Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır. Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. "Qusar" sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab "Aronhokodeş", yəni "Müqəddəs Mürcü" adlanır. Mürcü doqquz gözdən ibarətdir.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.