Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vasak Qabur
Vasak Qabur, Vasak Haykazun (Qabur – hərfi tərcümədə “yumşaq, həlim”) (təxm. 859-cu ildə vəfat edib.) – IX əsrin II yarısında Qeqarqunik hakimi. Sünik sülaləsinin Qeqarqunik haykazunları nəslindən olan Vasak I Qriqor Supanın böyük oğludur. Xarici siyasətdə Baqratuni sülaləsinin Şirak qoluna meyl etmişdir. Vasak İşxanikin səfərdə olduğu dövrdə bütün Sünik ərazisini idarə etmişdir.. I Aşot Baqratuninin Sivəng monastırını inşa etdimiş qızı Məryəmlə evli olmuşdur. Onları üç oğlu vardı: II Qriqor Supan, Saak və Vasak..
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483[…], Əndican, Teymurilər dövləti – 26 dekabr 1530, Aqra, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Gavur arxı
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. == Gavur arxının tarixi == Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Melierax gabar
Micronisus gabar (lat. Micronisus gabar) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin micronisus cinsinə aid heyvan növü.
Nabur bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nabur müqaviləsi
Nabur müqaviləsi — Rusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə. Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi. Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.
Nabur xalçaları
Nabur xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. "Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25 km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda — Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər. "Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər hallarda xalçanın ara sahəsində üç göl yerləşir. Xalçanın uzunluğundan asılı olaraq göllərin sayı beş və daha çox ola bilər. Bir cüt gölü olan "Nabur" xalçasına nadir hallarda rast gəlmək olar. "Nabur" xalçalarının köbə zolağı "kaşı" adlnan orta haşiyədən, iki zəncirədən və ara sahəni haşiyələndirən iki çəpərdən ibarətdir.
Qabar Əli
Qabarəli — İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qabor Andreanski
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. Voltziales Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.
Qabor Qubadov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Qafur Məmmədov
Qafur Nəsir oğlu Məmmədov (5 mart 1922, Bakı – 18 oktyabr 1942, Tuapse, Krasnodar diyarı) — matros, Sovet İttifaqı Qəhrəmanı. Məmmədov Qafur Nəsir oğlu dünyaya Bakıda göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilmişdir. Мамедов Кафур Насырович 9may.az. Qəhrəmanlar.
Qafur Qulam
Qafur Qulam (27 aprel (10 may) 1903, Daşkənd, Sırdərya vilayəti, Rusiya imperiyası – 10 iyul 1966, Daşkənd) — Özbəkistan şairi, akademik. Qafur Qulam 1903-cü il mayın 10-da Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur. Dayısı Mirzə Abdulla "Mirzə" təxəllüsü ilə tacik dilində şeirlər yazardı. Atası Qulam ağa da savadlı şəxs idi. O, ana dilindən başqa tacik dilini də gözəl bilirdi. Ağır kənd həyatı, böyük bir ailəni dolandırmaq üçün ağır zəhmətlərə qatlaşan Qulam ağa 44 yaşında dünyasını dəyişmiş, beş uşağı yetim qalmışdı. Onda Qafurun 9 yaşı, ailənin körpəsi isə 6 aylıq idi. Qafur Qulamın anası da özbəkcə, tacikcə yazıb-oxumağı bacarır, el ədəbiyyatını gözəl bilirdi. Poeziyasevərlər (ata-anası və dayısı) arasında böyüyən Qafur Qulam özbək və fars-tacik klassiklərinə kiçik yaşlarından maraq göstərməyə başlamışdı. O, sonralar yazırdı: "mən öz mütaliəmə, biliklər əldə etdiyimə görə əvvəlcə atama, sonra isə anama borcluyam." O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir.
Qafur Quləhmədiyev
Qafur Yunis oğlu Quləhmədov (tatar. Гафур Коләхмәтов, rus. Гафу́р Юну́сович Кулахме́тов, həmçinin Quləhmədiyev, rus. Кулахме́тьев) və ya Əbdülqafur Quləhmədov (tatar. Габделгафур Коләхмәтов, rus. Габдулгафу́р Кулахме́тов; 22 aprel (4 may) 1881, Penza – 1 aprel 1918, Yenə[d], Penza quberniyası[d]) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi. Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir. 1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur.
Qafur Quləhmədov
Qafur Yunis oğlu Quləhmədov (tatar. Гафур Коләхмәтов, rus. Гафу́р Юну́сович Кулахме́тов, həmçinin Quləhmədiyev, rus. Кулахме́тьев) və ya Əbdülqafur Quləhmədov (tatar. Габделгафур Коләхмәтов, rus. Габдулгафу́р Кулахме́тов; 22 aprel (4 may) 1881, Penza – 1 aprel 1918, Yenə[d], Penza quberniyası[d]) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi. Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir. 1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur.
Qafur Əfəndizadə
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Qantəmir Qafur
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Gábor Bukrán
Halil Babür
Halil İbrahim Babür(26 iyun 1987, Bitlis ili) – Türk aktyor, dramaturq və teatr rejissoru. == Həyatı və karyerası == 26 iyun 1987-ci ildə Bitlisdə anadan olan Babür 3 yaşında İstanbula gəldi. 2014-cü ildə Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir. O, 2011-2014-cü illər arasında "Show TV"də yayımlanan "Pis Yedili" serialındakı "Trafo" obrazı ilə tanınıb. O, Çukurda “Veysəl” obrazını canlandırıb. 2017-ci ildə çəkdiyi "Qar" filmi ilə 24-cü Beynəlxalq Adana Film Festivalında "Ən perspektivli aktyor" mükafatına layiq görüldü. O, 11-dən 11-ə, Qəssab, He-Go və İçimdəki od» pyeslərini yazdı. Nəhayət, FOX-da yayımlanan son yaz serialında “Soner Sancaktar” obrazını canlandırıb.
Qabor Laurenczy
Gábor Laurenczy (19 mart 1954, Bekeşçaba) — Macar-İsveçrəli kimyaçı və akademik . O, Lozanna Federal Politexnik Məktəbinin fəxri professorudur . Akademik, Macarıstan Elmlər Akademiyasının xarici üzvüdür . Laurenczy-nin tədqiqat maraqları reaksiya kinetikası sahəsindədir, əsasən kiçik molekullu hidrogen saxlama, hidrogenləşdirmə və katalitik aktivləşdirməyə diqqət yetirir. O, Macarıstan Kimya Cəmiyyətinin Rudolf Fabinyi Xatirə Mükafatının laureatıdır . Laurenczy 1978-ci ildə Kossuth Universitetində (Debresen, Macarıstan) kimya üzrə magistr dərəcəsi almışdır. Daha sonra 1980-ci ildə həmin institutda qeyri-üzvi kimya üzrə fəlsəfə doktoru dissertasiyasını bitirmişdir . Laurenczy akademik karyerasına 1984-cü ildə Kossuth Universitetində dosent kimi başlayıb. 1985-ci ildə İsveçrəyə (UNIL) köçdü. 1991-ci ildə habilitasiyasını başa vurmuşdur (Macarıstan Elmlər Akademiyası, Budapeşt).
Qabor Tardos
Gábor Tardos (11 iyul 1964, Budapeşt) — macar riyaziyyatçısı, hazırda Mərkəzi Avropa Universitetinin professoru və əvvəllər Simon Fraser Universitetində Kanadalı tədqiqatçıdır. O, əsasən kombinatorika və informatika sahəsində çalışır. O , Éva Tardosun kiçik qardaşıdır. Qabor Tardos 1988-ci ildə Budapeştdəki Eötvös Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alıb. Onun məsləhətçiləri László Babai və Péter Pálfy idi. O, Çikaqo Universitetində, Rutgers Universitetində, Toronto Universitetində və Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda postdoktorluq vəzifələrində çalışmışdır. 2005–2013-cü illərdə Simon Fraser Universitetində Diskret və Hesablama Həndəsəsi üzrə Kanada Tədqiqat Kafedrası vəzifəsində çalışmışdır. Daha sonra Budapeştə qayıdıb, Alfred Reni adına Riyaziyyat İnstitutunda 1991-ci ildən tədqiqatçı kimi çalışıb . Tardos universal cəbr nəticəsində başladı: o, yerli nizamı qoruyan əməliyyatların maksimal klonunu nümayiş etdirdi. O, Hanna Neumanın zənninin qismən nəticələrinə nail olmuşdur .