Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gikaqu
Giqaku (伎楽)- VII- XV əsrlərdə Yaponiyada mövcud olmuş teatr tamaşasıdır. Şahzadə-regent Şotokunun himayəsi altında gikaqu ölkədə buddizmin yayılması məqsədilə istifadə olunmuşdur. Getdikcə bu sənət saray məişətinə daxil olaraq buddist ayinlərindən birinə çevrilmişdir. Tamaşa üç hissədən ibarət idi: ifaçıların səhnəyə çıxma nümayişləri; musiqi nömrələri, pantomima, rəqslər; səhnəni tərketmə nümayişləri. == Adı == VI əsrdə buddizmin yayılması ilə bu sənət ilk əvvəl "gokaqu" ("Qonun musiqisi") adlanmış, sonradan "giqaku" adlanmağa başlamışdır. "Gikaqu" "musiqi"sözünün sanskritdən çin dilinə tərcüməsidir: buddist mətnlərində bu söz tanrılara gətirilən musiqini bildirirdi. Çində bu anlayış "szyiue" kimi oxunan heroqliflərlə yazılaraq, "mahir musiqi", "mahir ayin", "mahir teatr" mənasını verirdi. Tədqiqatçı K.Siqetosinin fikrincə, "giqaku" sözünü şahzadə-regent Şotoku ona oxunulan "Saddharma pundarika" adlı sutradan götürmüşdür. == Giqaku tamaşasının mənşəyi == Giqakunun mənşəyi haqda bir neçə hipotez vardır. Versiyalardan birinə görə, çin mənşəli bu sənət Çinin cənub-şərq hissəsindəki erkən mənbələrdə kure-no qaku, kure-no utaman adı ilə mövcud olmuşdur.
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Nao Şikata
Nao Şikata (d. 5 noyabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Nikolay Gikalo
Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930). Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib.
Tazi Qizzat
Tazi Qizzat (tatar. Таҗи́ Гыйззә́т, tam adı Тази́ Калиму́ллович Гизза́т (Гиззату́ллин) (tatar. Таҗи́ Калимулла́ улы Гыйззәту́ллин); (15 aprel 1895 — 7 may 1955) - tatar dramaturq. Tatarıstan MSSR-nın (1939) və Rusiya SFSR-nın əməkdar incəsənət xadimi. Ümumilikdə, T. Qizzat 37 pyes yaratmışdır. Onlardan bəziləri aşağıdakılardır: "Qığılcım" (1934) "Bişbulek" (1938) "Müqəddəs tapşırıq" (1946) "Eqoizm qurbanı" (1950) və digərləri. Tazi Qizzat, həmçinin Sergey Mixalkov və Aleksandr Korneyçukun əsərlərini tatar dilinə tərcümə etmişdir. Dramaturq-klassik Tazi Qizzatın əsərləri tatar dramaturgiyasının inkişafına mühüm töhfə vermişdir.
Ziraat Bank
Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir. Türkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir. Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir.
Kriminal qiraət
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Giant Bomb
"Giant Bomb" — ABŞ videooyun veb saytı. Saytda videooyunlar, sənaye xəbərləri haqqında resenziya və rəylər dərc edilir. Həmçinin, saytın tərkibində videooyun mövzularının verilənlər bazası var. "Giant Bomb" keçmiş "GameSpot" redaktorları Ceff Cerstmann və Rayan Devis tərəfindən "Whiskey Media" ilə əməkdaşlıq çərçivəsində təsis edilmişdir. == Tarixi == 28 noyabr 2007-ci ildə Ceff Cerstmann "GameSpot"da redaksiya direktoru vəzifəsindən azad edilmişdir. İşdən çıxarıldıqdan sonra Ceff yeni veb-sayt yaratmaq üçün bir qrup veb-dizaynerlə əməkdaşlıq etməyə başlamışdır. İşdən çıxarıldıqdan dərhal sonra internetdə bunun səbəbinin "Kane & Lynch: Dead Men" videooyununun istehsalçısı "Eidos Interactive"in təzyiqi olması ilə bağlı şayiələr yayılmağa başlamışdır. Odur ki, Ceff oyunu "GameSpot"a yerləşdirdikdən sonra ona mənfi rəy vermişdi, lakin saytın redaktorları və ana şirkət "CNET Networks" bunun onun işdən azad edilməsi ilə əlaqəsi yoxdur. Bu hadisədən sonra bir sıra işçilər şirkəti tərk etmişdir. Rayan Devis 2008-ci ilin fevralında təqaüdə çıxdığını açıqlamışdır.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Giqant-hüceyrəli arteriit
Giqant-hüceyrəli arteriit və ya Xorton xəstəliyi – 50 yaşdan yuxarı, xüsusi ilə qadınlarda rast gələn iri damar vaskulitidir, çox vaxt revmatik polimialgiya ilə birgə təsadüf edir. Klinik yeni tip baş ağrıları, çənənin "fasiləli" axsaması (kladikasyon), görmənin pozulması (korluq birdən və ağrısız yaranır və biopsiyanın cavabını gözləmədən yüksək doza QK tələb olunan haldır), EÇS 50 mm/saat yuxarı olması, temporal arteriyada nəbzin zəifləməsi və ya olmaması, sistem əlamətlərlə özünü göstərir. Seroloji analizlər (RF, anti-CCP, ANA) mənfidir. Aortanın zədələnməsi anevrizmaya gətirir və IgG 4-assosiasiyalı xəstəliyi inkar etmək lazımdır. Gicgah arteriyasının dəyişilmiş hissəsinin biopsiyası önəmlidir.
Kaat Dumarey
Kaat Dumarey (d. 8 sentyabr 1999) — Belçikanı təmsil edən akrobatika gimnastı. Dumarey 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həm də 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kaat Dumarey 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Julie van Qelder və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
Kriminal qiraət (film, 1994)
Kriminal qiraət (ing. Pulp Fiction) — Kventin Tarantinonun filmlərindən biri, adı XX əsrin ortalarında yayılmış kriminal jurnallar və novellalardan gəlir. O dövrdə ucuz, aşağı keyfiyyətli kağızlardan istifadə edilərək nəşr olunan nəşrlər belə adlanırdı. Filmdəki obrazlardan Vinsent Veqa da belə bir kitab oxuyur. Filmin özü də belə ucuz romanların mövzusu ilə oxşarlıq təşkil edir. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribütoru "Miramax Films"dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994-cü il sentyabrın 23-də olub.
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.