Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Dəvəçi (Qoşaçay)
Dəvəçi (fars. دوه چي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər yaşayır (107 ailə).
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Samur-Dəvəçi kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri. 1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.
Samur-Dəvəçi ovalığı
Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq. Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Dəvəli (Kayseri)
Dəvəli (türk. Develi) — Kayseri ilinin ilçəsi.
Dəvəli (Vedibasar)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Dəvəçi-i Süfla (Meşkinşəhr)
Dəvəçi-i Süfla (fars. دوه چي سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (36 ailə).
Dəvəçi-i Ülya (Meşkinşəhr)
Dəvəçi-i Ülya (fars. دوه چي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 754 nəfər yaşayır (168 ailə).
Samur-Dəvəçi Kanalı (1940)
Film Samur-Dəvəçi kanalının tikintisinə və açılışına həsr olunmuşdur. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Operator assistenti: Teyyub Axundov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67-68.
Dəvəli yaşayış yeri
Dəvəli yаşаyış yеri — Оrtа əsr аbidəsidir. Аbidə Gümüşli kəndinin şimаlındа dаğ silsiləsinin Аrpаçаyа еnən yаmаcındа yеrləşir. Sаhəsi 2 hеktаrа yахındır. Mədəni təbəqə sахlаnmаmışdır. Yеrüstü mаtеriаllаr çəhrаyı rəngdə bişirilmiş sаdə və şirli qаb hissələrindən ibаrətdir. Bəzi yеrlərdə dаirəvi və düzbucаqlı plаndа оlаn dаş düzümlərinə, bəzən isə dördkünc fоrmаlı çаlаlаrа təsаdüf оlunur. Şirsiz sахsı məmulаtı bаnkа və kаsа tipli qаblаrlа təmsil оlunmuşdur. Оnlаrın bəzisinin lеntşəkilli qulpu vаr. Kаsа tipli qаblаr nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq yахşı bişirilmiş, içərisində dulus çаrхındа fırlаnmа nəticəsində kоnsеntrik izlər sахlаnmışdır. Şirli sахsı məmulаtı kаsа tipli qаblаrlа təmsil оlunmuşdur.
Samur-Dəvəçi kanalı (film, 1940)
Film Samur-Dəvəçi kanalının tikintisinə və açılışına həsr olunmuşdur. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Operator assistenti: Teyyub Axundov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67-68.
Allahyar xan Dəvəli-Qacar
Allahyar xan Mirzə Məhəmməd xan oğlu Dəvəli-Qacar (1757-?) — İranın baş naziri == Həyatı == Allahyar xan Mirzə Məhəmməd xan oğlu Astrabad civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlmişdi. Əminə Pakrəvan yazir: "Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir". Allahyar xan Rus-İran savaşında iştirak etmişdi. Əminə Pakrəvan daha sonra yazir: "Bu sırada çaparlar Başvəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular.
Mehdiqulu xan Dəvəli-Qacar
Mehdiqulu xan Qacar — 1805-ci il iyununda İrəvana hakim təyin edildi. Yeni İrəvan hakimi Qacar soyundan olmaqla bərabər Fətəli şah Qacarın qohumu və sevimli sərkərdələrindən biri idi. Onun dövründə müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın bu ağır tələblərini yerinə yetirmək iqtidarında deyildi. Mehdiqulu xanın əlavə vergi yığması və ərzaq tələb etməsi İrəvan əhalisinin narazılığına gətirib çıxardı. Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah özü də narazı idi. Çünki o, öz siyasəti ilə xalqın rus qoşununa rəğbət bəsləməsinə səbəb olmuşdu. Digər tərəfdən, rus qoşunlarına qarşı müvəffəqiyyətsiz mübarizə Mehdiqulu xanı tamamilə nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şörəyeldə rus qoşununa qarşıd öyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğramasından hiddətlənən Fətəli şah qəti tədbirlər görməyə məcbur oldu. Avqustun əvvəllərində Mehdiqulu xan İrəvandan geri çağırıldı. Beləliklə, İrəvanada 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan Tehrana qayıtdı.
Məhəmmədnasir xan Dəvəli-Qacar
Məhəmmədnasir xan Mirzə Məhəmməd xan oğlu Qovanlı-Qacar (1831-?) — Qacarlar dövlətinin ədliyyə naziri. Mirzə Məhəmməd xanın ikinci oğlu Məhəmmədnasir xan 1831-ci ildə Tehran şəhərində anadan olmuşdu. Zəhirəddövlə ləqəbi daşıyırdı. İranın ədliyyə naziri olmuşdu. Bir müddət Xorasan əyalətinə başçılıq etmişdi. Məhəmmədnasir xanın Əli xan adlı oğlu vardı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh. Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Məhəmmədəmin xan Dəvəli-Qacar
Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Dəvəli-Qacar (?-1850)—Abbas mirzənin keşikçibaşısı. Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Tehran şəhərində doğulmuş, mədrəsə təhsili almışdı. O, Mərəndin hakimi təyin olunmuşdu. 1817-ci ildə Rusiya səfiri Aleksey Yermolova göstərdiyi yardıma görə mükafat almışdı. Məhəmmədəmin xan Abbas mirzənin keşikçibaşısı idi. Cahangir mirzə "Tarixi no" adlı əsərində yazır: " 1826-cı il sentyabr ayının 15-ci gününün sabahı idi. Uzun intizardan sonra savaş saat doqquzda başladı. Gəncə savaşında iştirak edən Cahangir mirzənin söylədiklərini olduğu kimi burada gətiririk: “Rus ordusunun saldatları və topxanası Qacar orduları ilə qarşı-qarşıya durmuşdu. Qacar dövlətinin rəmzi olan, üzərində günəş və aslan rəsmi olan bayraq Şahzadənin başının üstündə dalğalanırdı. Baş keşikçi Məhəhmməd Əmin xan Qacar öz nəfərləri ilə şahzadəni qorumaqla görəvli olduğu üçün ordunun mərkəzində sakin idi.
Əhməd xan Dəvəli-Qacar
Əhməd xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar (1852-1911)—Qacarlar dövlətinin ictimai-siyasi xadimi, diplomat. Məhəmmədrəhim xanın üçüncü оğlu Əhməd xan 1852-ci ildə Tehran şəhərində dünyaya gəlmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sоnra məktəbdə оxumuşdu. Təhsilini univеrsitеtdə davam еtdirmişdi. Atasının vəfatından sоnra Əlaüddövlə ləqəbini daşımışdı. Əhməd xan 1881-ci ildə şahın xas qvardiyasının, "Məhdiyyə" adlı qızılkəmər atlılarının rəisi idi. Əhməd xan 1895-ci ildə Xəmsə, 1896-cı ildə Ərəbistan əyalətlərinə vali təyin еdilmişdi. Əhməd xan Ərəbistanda vali оlarkən Şüştər və Dizful bölgələrində fəaliyyət göstərən Hеydəri və Nеməti təriqətlərinin çıxışlarını zоrla yatırmışdı. Bu оlay Tehran ruhanilərinin fitnəsi ilə həyata kеçirilmişdi.
Davaçı
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Qarakazımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Dərəcik
Dərəcik (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dərəcik (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd.
Dehəc
Dehəc — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Dehəc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,756 nəfər və 1,600 ailədən ibarət idi.
Dezəc
Dezəc və ya Dizəc- İranın Kürdüstan ostanının Qürvə şəhristanının Çardolu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,292 nəfər və 559 ailədən ibarət idi.
Dəzəc
Dezəc və ya Dizəc- İranın Kürdüstan ostanının Qürvə şəhristanının Çardolu bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,292 nəfər və 559 ailədən ibarət idi.