Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Demon
Demon (q.slav. де́монъ) (q.yun. δαίμων «ruh», «ilah»<ref)— həm müsbət, həm də mənfi rol oynaya bilən, tanrılarla müqayisədə daha aşağı mövqe tutan fövqəltəbii varlıqların və ya ruhların ümumi adıdır. Qədim yunanlarda Daimonia fəlsəfi konsepsiyası mövcud idi. Sokrat və onun davamçıları - Platon, stoaçılar və başqaları, daimonia ilə insanın "daxili səsi"-ni, vicdanı eyniləşdirir. Roma mifologiyasında onlar (lat. genius «ruh»)a<ref, xristianlıqda isə qoruyucu mələyə uyğun gəlir. Xristianlıq dönəmində slavyanlar arasında demon bes sözünün sinonimi olub, Rusiyada XI əsrdən bəri xristianlar bütün bütpərəst tanrıları ümumi demon adlandırdılar. Həmçinin İncil yunan dilindən kilsə slavyan dilinə və rus dillərinə tərcümə edilərkən yunanca demon sözü bes sözü ilə, ingilis və alman İncillərində isə şeytan – ing. devil, alm.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Demo
Acacia daemon
Acacia daemon (lat. Acacia daemon) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Aleksandr Hemon
Aleksandr Hemon (bosn. Aleksandar Hemon, 9 sentyabr 1964, Sarayevo) — Bosniya əsilli Amerika yazıçısı, publisist. Əsərlərini ingilis dilində yazır. == Tərcümeyi-hal == Atası yarı ukraynalı (yazıçı babası Birinci Dünya Müharibəsi dövründə Qərbi Ukraynadan Bosniyaya gəlmişdir), anası bosniyalı serbdir. Sarayevo Universitetini bitirib, 1990-cı ildən çap olunmağa başladı. 1992- ci ildə Çikaqoya turist olaraq gəldi , Bosniya müharibəsi başladıqdan sonra ABŞ-də qalmaq qərarına gəldi. İngilis dilini demək olar ki bilmirdi. Bir neçə peşə dəyişdirdi, sonra isə ingilis dilində yazmağa başladı. İngilis dilində ilk nəşri 1995-ci ildə baş tutdu. New York Times, New Yorker, Esquire, Paris Review, Granta və s.
Alen Delon
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[…], So[d], Sena[d], Fransa) — fransız aktyoru. == Həyatı == Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına rəğmən ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi.
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. == Coğrafiya == Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.
Devon (pornoaktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsidir. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır.İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır. Daha sonra "Digital Playground" Devonla 2004-cü ildə müqavilə imzalamışdır.
Devon Aoki
Devon Aoki (10 avqust 1982, Nyu-York, ABŞ) — amerikalı aktrisa və model. == Filmoqrafiya == Bu Amerikalı aktrisa və top model bir çox filmlərdə çəkilib. Bunlara misal olaraq "Forsaj 2" (ingiliscə: 2 fast 2 furious), "Günahlar şəhəri" (ingiliscə: Sin city), "Müharibə (ing. War), "Mutantların xronikası" filmlərini göstərmək olar.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Deymon Albarn
Deymon Albarn (ing. Damon Albarn; 23 mart 1968, London) — İngilis-İsland musiqiçi, müğənni-bəstəkar. Blur və Gorillaz qruplarının yaradıcıdır. Stenvey məktəbində təhsil alan Albarn orada gitaraçı Qrem Kokson ilə tanış oldu, ikisi sonradan Blur qrupunu yaratdılar. Onların ilk albomu Leisure 1991-ci ildə buraxıldı. Albarn 1960-cı illərin Britaniya qruplarından ilham aldı. O, Modern Life Is Rubbish (1993), Parklife (1994) və The Great Escape (1995) albomlarını buraxdı. Hər üçü tənqidi bəyənmə qazandı və Blur Britaniyanın ən böyük qruplarından birinə çevrildi. Blur (1997), 13 (1999) və Think Tank (2003) kimi sonrakı albomlarında lou-fay, art rok, elektronika musiqi üslubundan istifadə etdi. Aradan keçən 12 il fasilədən sonra Blur-un studiya albomu olan The Magic Whip 2015-ci ildə işıq üzü gördü.
Edmon Rostan
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[…], Marsel, İkinci Fransa İmperiyası – 2 dekabr 1918[…], Paris) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi. == Həyatı == Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi. == Karyerası == İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi.
Edmon Səbri
Yeni İraq nəsrinin ən görkəmli nümayəndəsi Edmon Səbridir. == Həyatı == O, 1921-ci ildə anadan olmuş, 1951-ci ildə Bağdadda iqtisadiyyat kollecini bitirmişdir.Lakin o, iqtisadiyyatla deyil,ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. O, on üç hekayələr məcmuəsi, iki roman və altı pyes müəllifidir. == Yaradıcılığı == Edmon Səbri yaradıcılığı üç mərhələyə ayrılır: 1.Birinci mərhələ onun bədii yaradıcılığının hazırlıq mərhələsidir.
Frederik Desmon
Frederik Desmon (fr. Frédéric Desmons; 14 oktyabr 1832[…] – 4 yanvar 1910[…], Paris) — fransız kalvinist rahib və mason. == Həyatı == Frederik Desmon 1832-ci ildə Brinonda Qar departamentində anadan olmuşdur. Nim şəhərində kollecdə təhsil almışdır. Nimdəki təhsilini bitirdikdən sonra Cenevrəyə kalvinizmin ən önəmli tərəflərindən olan ilahiyyatı öyrənməyə getdi.
Mark Deymon
Mark Deymon (ing. Mark Damon, 22 aprel 1933, ABŞ) – ABŞ prodüseridir. Mark Deymon Marqaret Markov ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya gəlmişdi.
Mett Deymon
Mett Deymon(ing. Matthew Paige «Matt» Damon; 8 oktyabr 1970 Kembric, Massaçusets ştatı, ABŞ) — ABŞ aktyoru, prodüseri, ssenaristi.Forbes jurnalına əsasən dünyanın ən çox gəlir gətirən aktyorlarından biri hesab olunur. == Həyatı və karyerası == === Erkən həyatı === Mett Deymon 8 oktyabr 1970-ci ildə məşhur Harvard universitetinin də yerləşdiyi ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində anadan olub.İlk 2 yaşını Bostonun varlı rayonu sayılan Nyutonda keçirir.Atası Kent Deymon vergi müfəttişi,anası isə Lesley universitetində professor idi.O yarışotland,yarıingilis,babası isə fin əsillidir.Onun həmçinin sonralar heykəltaraşlıqla məşğul olan Kayıl adında böyük qardaşı var. 1973-cü ildə hələ Mett-in 3 yaşı tamam olmamış onun valideynləri boşanır və buna görə də o qardaşı Kayıl ilə birlikdə Kembricdə anasının himayəsi altına keçir.Gələcək aktyor 5 nəfər ailənin birlikdə yaşadığı evdə böyüməli olur.Onun qonşularından biri də “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabının müəllifi amerikalı tarixçi,yazıçı Hovard Zinn olmuşdur. 1978-ci ildə onun artıq 8 yaşı olanda uzaq qohumu olan və öz yaşadığı evdən 2 məhəllə uzaqda yaşıyan digər gələcək aktyor Ben Affleklə tanış olur.1986-cı ildə Mett ancaq aktyor olacağı barədə qəti qərar qəbul edir və şansını yoxlamaq üçün Nyu York şəhərində kasting üzrə agentliklərdən birində iştirak etmək barədə planını valideynlərinə bildirir.Ancaq valideynləri bu qərarı heç də yaxşı qarşılamır.Ancaq sonda onu bütün yol xərclərini özü ödəyəcəyi təqdirdə getməsinə razı olurlar.Sonda Nyu-York şəhərində gələcək aktyora reklam çarxlarından birində çəkilmək nəsib olur. == Karyerası == Mett 1988-ci ildə ABŞ-nin və dünyanın ən məşhur və ən qədim universiteti olan Harvard universitetinə daxil olur və orda Burn This,My name is Alice adlı və bir neçə başqa tamaşalarda iştirak edir.1992-ci ildə Mett kino sənayesinin ona böyük uğur gətirəcəyinə inanaraq,Los-Anceles şəhərində Geronimo: An American Legend adlı filmdə çəkilmək üçün universitetin bakalavr dərəcəsini yarımçıq qoyur.1990-cı ilin əvvələrində Deymon və Afflek özlərinə böyük şöhrət gətirəcək və oskar qazandıracaq cavan dahi riyaziyyatçı alimin həyatından bəhs edən Ağıllı Uill Hantinq filminin ssenarisini yazmağa başladılar.Film Mett və Afflekin hər birinə 6000000 $ gəlir gətirməklə yanaşı,həmçinin ən yaxşı ssenari üzrə Qızıl Qlobus mükafatına layiq görüldü.Filmin dünya üzrə gəliri isə 225 milyon dollar təşkil etdi.Bundan sonra 1998-ci ildə Deymonla Ağıllı Uill Hanting filminin çəkilişləri zamanı tanış olan məşhur rejissor Steven Spielberg onu ikinci dünya müharibəsinə həsr edilmiş Sıravi Rayanı xilas etməli adlı filmində müharibədə bütün qardaşlarını itirmiş əsgər obrazını canlandırmağa dəvət etmişdir.Bundan sonra aktyor 1999-cu ildə triller,drama filmi olan İstedadlı cənab Ripli filmində Tom Ripli və həmkarı Ben Affleklə fentezi komediya janrında olan "Dogma" filmində Loki rollarını ifa edir. 2001-ci ildən 2007-ci ilə qədər ona dünya şöhrəti gətirən əsas rollardan biri də Stiven Soderberqin "Ouşenin 11 dostu","Ouşenin 12 dostu" və "Ouşenin 13 dostu" adlı filmlərdə Linus Kaldvel adında canlandırdığı oğru obrazı olur.Bununla kifayətlənməyən Mett ona həmçinin daha çox şöhrət gətirən Robert Ladlemin romanı əsasında çəkilmiş amneziyalı,dövlətin sifarişi ilə siyasi qətllər törədən keçmiş Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını canlandıran "Bournun İdentifikasiyası", "Bournun Mükəmməlliyi" və "Bournun Ultimatumu" adlı filmlərində də çəkilməyə macal tapır. 2006-cı ildə Mett məşhur və dünyaşöhrətli aktyor Robert de Niro və kinoaktrisa Ancelina Coli ilə birlikdə "Saxta tamah" adlı filmdə Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını və hadisələrin öz doğma Boston şəhərində baş verməsini əks etdirən rejissor Martin Skorseze-in çəkdiyi və digər bir neçə Leonardo Dikaprio, Cek Nikolson,Mark Uolberq,Alek Bolduin kimi kinoulduzlarla bərabər Dönüklər filmində polis akademiyasının içinə sızmış gizli mafiya qruplaşmasının üzvü kimi rollardan da çəkilməkdən çəkinmir.Film ən yaxşı filmə,ən yaxşı rejissor işinə,ən yaxşı ssenariyə və ən yaxşı montaja görə 4 "Oskar mükafatına" layiq görülür. 2009-cu ildən bu yana Mett Ulduzlararası(2014-cü il) və Marslı(2015-ci il) adlı fantastik və macəra janrlı filmləri də nəzərə almaqla daha 16 filmdə çəkilib.O özünü aktyorluqla yanaşı ssenarist və prodüsser kimi də sahələrdə də sınayıb. == Şəxsi həyatı == Mett 2003-cü ildə əslən Argentinalı olan və Mayami şəhərində barmen kimi çalışan Luciana Bozan Barosso ilə tanış olur.2005-ci ilin Sentyabr ayında onlar nişanlandılar.Toy həmən ilin Dekabr ayının 9-da baş tutur.Cütlüyün İzabella,Cia və Stella adında 3 qız övladları var.
Semon (İzer)
Semon (fr. Semons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38479. Kommunanın 1999-cu il üçün əhalisi 291 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Edmon Marukyan
Edmond Qraçikoviç Marukyan (erm. Էդմոն Հրաչիկի Մարուքյան; 13 yanvar 1981, Kirovakan) — Ermənistan hüquq müdafiəçisi, siyasətçisi, Ermənistan Milli Məclisinin beşinci, altıncı və yeddinci çağırış deputatı, Ermənistan Milli Assambleyasının "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri. AŞPA-nın İnsan Hüquqları və Hüquq Məsələləri Komitəsi sədrinin birinci müavini, "İşıqlı Ermənistan" partiyasının və "Elk" bloklarının yaradıcılarından biri. 2022-ci ilin martından bəri xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini icra edir. == Şəxsi həyatı == Ailəlidir, üç övladı var. == İstinadlar == == Xarici keçidlər == "National Assembly of the Republic of Armenia | Official Web Site | parliament.am". www.parliament.am. İstifadə tarixi: 2018-11-06.
Devon (porno aktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsidir. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır.İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır. Daha sonra "Digital Playground" Devonla 2004-cü ildə müqavilə imzalamışdır.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
NTD Servis Devon
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Abdemon
Abdemon (q.yun. Αυδήμονας) — e.ə. V əsrin sonlarında hakimiyyətdə olmuş Kipr hökmdarlardan biri. Mənşəcə finikiyalı idi və doğum yeri ya Tir, yada Kition şəhəri sayılır. E.ə. 415-ci ildə Salaminin finikiyalı hökmdarı seçildi. Abdemon mənşəcə yunan əsilli olan Evaqoru şəhərdən qaçmağa məcbur etdi və Soliyə sürgünə göndərdi. E.ə. 411-ci ildə Evaqor öz tərəfdarlarıyla qayıtdı və Abdemonu devirdi. == İstinadlar == == Ədəbiyyat == Abdemon // ''Neuer Pauly'' (English: ''Brill’s New Pauly''), vol.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Apemon
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.