Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zakavia
Zakavia — 1923-cü ildə Gürcüstanda, daha sonra isə Azərbaycanda yaranmış və 1929-cu ildə fəaliyyətini dayandıran aviaşirkət. 1923-cü il mayın 10-da Gürcüstanda yaradılmış Zakavia, Dobrolyot modeli üzrə təşkil edilmiş səhmdar cəmiyyəti idi. Bu, 1923-cü ildə Dobrolyot və Ukrvozduxput ilə birlikdə bu modelə uyğun təşkil edilən üç şirkətdən biri idi. Hər bir şəxs və ya təşkilat Zakavia səhmlərini ala bilərdi və müəyyən bir həddən artıq səhmə sahib olanlar, hərbi məqsədlər üçün lazım olmadığı təqdirdə, onlar üçün hazırlanmış təyyarədən ehtiyac duyduqları zaman istifadə edə bilərdilər. 1925-ci ildə Gürcüstan və Azərbaycanın mülki aviasiyası vahid Zakavia cəmiyyətinə birləşdirildi. 1926-cı ildə Qroznı, Mahaçqala, Bakı və Yevlax vasitəsilə Mineralnıye Vodı ilə Tbilisi arasında uçuşlar həyata keçirməyə başladı. 1929-cu ildə Zakavia Sovet respublikalarındakı oxşar təşkilatlarla birlikdə Aeroflotun sələfi olan Dobrolyot-a birləşdirildi.
Rakoviçka üsyanı
Rakoviçka üsyanı (xorv. Rakovička buna) — 1871-ci ilin 8–11 oktyabrında Xorvat siyasətçi Eugen Kvaternikin rəhbərliyi alttında Xorvatiyanın cənub-şərqində yerləşən Rakoviçka adlanan ərazidə başlayan Avstriya-Macarıstan hakimiyyətinə qarşı üsyan, Xorvat dövlətçiliyini ilk elan etmə cəhdi. XIX əsrin II yarısında Xorvatiya da Avstriya Macarıstan imperiyasının bir hissəsi idi. 1871-ci ilin oktyabrının əvvəllərində Eugen Kvaternik və Xorvatiya partiyasının bir neçə üzvü həm dövlətin, həm də öz partiyalarının fəaliyyətindən narazı olduqlarına görə Vyanada Osmanlı imperiyası ilə sərhəddə hərbi məntəqələrdə yaşayan "qraniçarlar" — Vyanada xorvat və serb mənşəli avstriyalı sərhədçilər arasındakı dövlətin hərbi-inzibati siyasətinə qarşı narazılığından istifadə etməyə cəhd etdilər və üsyan başladı. Üsyançılar aşağıdakı məqsədlərini bəyan etdilərː Xorvatların Avstriya və Macar sıxışdırılmasından azad edilməsi; Müstəqil Xorvatiya dövlətinin elan edilməsi; Hər kəsin qanun qarşısında bərabərliyi; Bələdiyyə özünüidarəçiliyi; Hərbi sərhədlərin ləğvi və azad jupaniyaların (Xorvatiyanın əsas inzibati-ərazi vahidi) yaradılması; Bütün dinlərə qarşı hörmət; Üsyan rəhbərləri bir neçə yüz "qraniçarı" silahlı mübarizəyə qaldırmağa nail oldular və Rakoviçkada Müvəqqəti Xorvat Xalq İdarəçiliyi (Privremenа narodnа hrvatskа vladа) formalaşdırdılar. Lakin Rakoviçkada qalxan üsyana qarşı Avstriya-Macarıstan hərbi hakimiyyətinin sürətli reaksiyası, nizamlı piyada alayı və jandarmeriyanın üsyanın yatırılmasına cəlb edilməsi Xorvat dövlətini yaratmaq istiqamətində edilən bu ilk cəhdi cəmi 4 günə yatırmağa imkan verdi. Eugen Kvaternik və bir neçə silahdaşı döyüş meydanında həlak oldu, üsyançıların bir çoxu ələ keçirilib hərbi məhkəmənin qərarı ilə güllələndi və ya uzunmüddətli həbs cəzasına məhkum edildi. Üsyan rəhbəri Kvaternikin Rakoviçkada 1933-cü ildə qoyulan abidəsi II Dünya Müharibəsi illərində kommunist hakimiyyət tərəfindən götürülsə də, yenidən yerinə qaytarılmışdır. Abidə Xorvatiyada müharibə vaxtı serb əsgərləri tərəfindən dağıntılara məruz qalıb və 1996-cı ildə yenidən bərpa edilib. Banac, Ivo (1988).