Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kondensator
Kondensator (elektrik) —
Kondensator (elektrik)
Kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən o lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətən kiçik olan dielektrikdən ibarətdir. Boş olan kondensatorun elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun tutumu adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir. Q = C ⋅ U {\displaystyle Q=C\cdot U} düsturu ilə bu asılılıq təsvir olunur, burada Q {\displaystyle Q} elektrik yükü, C {\displaystyle C} kondensatorun tutumu, U {\displaystyle U} isə gərginlikdir.
Kondensat
Kondensat — yeraltı qazların seperasiyasının maye məhsulu. Lay qazlarının kondensat normal şəraitdə əsasən maye karbohidrogenlərdən ibarətdir. Aktiv vulkanizm zonalarında yüksək temperaturlu qaz şırnaqlarında kondensat tərkibində su üstünlük təşkil edir. Sənaye praktikasında karbohidrogen tərkibli kondensat maraq doğurur. Ona başlıca olaraq pektan və alkan, tsiklan və aren tərkibli karbohidrogenlər aiddir. Kondensat sıxlığı 0,785-dən çox olmur (bəzən 0,82-yə qədər). Qaynamanın sonu 200-dən 3500 C-yə qədərdir. Xam və stabil kondensat fərqləndirilir. Xam kondensat seperasiya ilə, stabil kondensat isə xam kondensat dərin deqazasiyası nəticəsində alınır. Xam kondensat çoxlu komponentlərdən, xüsusilə bitumlardan, stabil kondensat isə praktiki olaraq pentan və daha ağır karbohidrogenlərdən ibarət olur.